Boşanma prosesindən sonra valideynlərin uşaqlarla ünsiyyət hüquqları və bu prosesin Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi çərçivəsində necə tənzimləndiyi haqqında ətraflı baxış. Bu məqalə, boşanmış valideynlərin uşaqları ilə sağlam və qanuni əsasda ünsiyyət qurmağa necə davam edə biləcəkləri üzərində durur.
Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi valideynlərə uşaqların tərbiyəsində iştirak etmək və valideyn hüquqlarını həyata keçirmək üçün bərabər hüquqlar verir. Boşanmadan sonra mürəkkəb psixoloji vəziyyətə baxmayaraq, uşaqlar anası ilə və atası ilə tam hüquqlu ünsiyyətdən məhrum olmamalıdırlar.
Təcrübə göstərir ki, boşanmış şəxslər arasında uşaqla görüş barədə qarşılıqlı razılaşmalar nadir hallarda baş tutur və keçmiş həyat yoldaşları uşaqlarla normal münasibətləri saxlamaq əvəzinə, maraqlar münaqişəsinə başlayır və uşağı təzyiq vasitəsi kimi istifadə edirlər. Belə ki, ədavət nəticəsində ata uşaqların saxlanılması və tərbiyəsindən açıq şəkildə imtina edə bilər, ana isə uşaqların keçmiş həyat yoldaşı ilə tam hüquqlu ünsiyyətə hər cür maneə törədə bilər. Bu vəziyyətdə uşaqlar əziyyət çəkir və münaqişə tez-tez məhkəmə mübahisəsinə çatır
Statistikaya əasən boşanmadan sonra uşaqlar daha çox analarla qalır ki, bu da anaların öz hüquqlarından sui-istifadə etməsinə səbəb olur. İncikliklər, maddi iddialar, intiqam almaq istəyi kimi səbəblər uşağın atası ilə ünsiyyət qaydasının ananın tərəfindən müstəqil müəyyən edilməsi, birgə vaxt keçirmək üçün vaxtın məhdudlaşdırılması və ya görüşlərə tamamilə icazə verilməməsi kimi vəziyyətlərə yol açır.
Uşaqla görüşlərin məhdudlaşdırılması hüquqi mexanizmlərlə müəyyən edilən hallar da var. Əgər ünsiyyət uşağa psixoloji travma vurur, uşağın tam hüquqlu fiziki inkişafına mane olur, əgər ata əxlaqsız həyat tərzi sürür, alkoqol və ya narkotik maddələrdən sui-istifadə edirsə, ana məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər.
Digər hallarda, atanın ünsiyyətini məhdudlaşdırmaq üçün hüquqi əsaslar yoxdur. Bundan əlavə, əgər ana qeyri-qanuni şəkildə görüşləri məhdudlaşdırırsa və ya uşaqları atanın əleyhinə qarşı tərbiyə edirsə, ata, məhkəməyə müraciət edərək ünsiyyət qaydasını məhkəmə qaydasında müəyyən etmək hüququna malikdir.
Boşanmadan sonra tərəflər öz aralarında uşaqla ünsiyyət məsələsini həll edə bilərlər. Belə olan halda uşaq heç bir psixoloji travma almır və hər iki valideyinlərinə eyni gözlə baxır. Bu mümkün olmadığı təqdirdə isə tərəflər mediatora müraciət edə bilərlər və mediator yazılı qaydada onlar arasında görüş vaxtlarını müəyyən edə bilər. Ən son halda isə tərəflər heç cür razılıq əldə edə bilmədikləri təqdirdə isə, bu məsələ məhkəmə müstəvisində həll olunur. Uşaqla ünsiyyət hüqunun təmin edilməsini tələb edən şəxs iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət edir.
Boşanmış ata hansı günlər öz övladı ilə görüşmək hüququna malikdir?
Uşaqla ünsiyyət vaxtı ilk öncə tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilməlidir. Bu mümkün olmadığı təqdirdə isə yuxarıda göstərilən kimi, görüş vaxtı məhkəmə tərəfindən müəyyən edilə bilər.
Məhkəmələr uşaqla görüş haqqında qərar qəbul edərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Qərarını rəhbər tutur. Qeyd edək ki həmin qərara əsasən - daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsi;
Məhkəmə qərarı verilərkən bir çox amillər nəzərə alınır. Bunlar arasında atanın maddi imkanı, işinin xüsusiyyəti, digər işlərlə məşğuliyyəti, məsafə və ya yeni ailə vəziyyəti kimi məsələlər. Bundan başqa uşağa olan bağlılıq dərəcəsi və digər önəmli şərait də diqqətə alınır. Məntiqli olaraq, bir yaşlı körpə ilə və 12 yaşında olan yeniyetmə ilə atanın görüş müddətinin fərqli olacağını gözləmək olar. İlk halda, məhkəmə bir neçə gündə bir yarım saatla məhdudlaşdıra bilər, ikinci halda isə, ata uşağı bütün həftə sonlarına və ya hətta tətilə götürmək hüququna malik ola bilər. Birgə vaxt keçirmənin yolu da dəyişir: ilk halda, körpənin anasız belə bir görüşün təsəvvürü çətin olduğu halda, ikinci halda, atanın davranışı uşağın qanuni hüquq və maraqlarını pozmadığı və ona təhlükə yaratmadığı müddətdə, tam azadlıq verilir.
Boşanmadan sonra adətən ana uşaqların nəinki ataları ilə həmçinin uşağın digər qohumları ilə də əlaqə saxlamasına maneəçilik göstərir.
Lakin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən Baba, nənə, qardaş, bacı və digər qohumların da uşaqla ünsiyyət hüququları vardır.
Belə ki, qanunvericiliyə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə İcra Hakimiyyətinin nəzdində olan Qəyyumluq və Hİmayəçilik komitəsi valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.
Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.
Digər ailə məsələləri kimi, uşaqla üsniyyət hüququnun təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl ünsiyyət hüququnun təmin edilməsini tələb edən şəxs ilkin olaraq Mediasiya şurasına müraciət etməlidir. Əgə məsələni mediator vasitəsi ilə həll etmək mümkün olmazsa onda iddiaçı cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər.
Bu cür işlər ilə bağlı əksər hallarda məhkəmə rəy alınması üçün uşağın yaşadığı yer üzrə rayon İcra Hakiiyyətinin Qəyyumluq və Himayəçilik komitəsinə müraciət edir və komitənin rəyini nəzərə alaraq ünsiyyətin vaxtını və formasını müəyyən edir.
Üşaqla ünsiyyət hüququna dair məhkəmə işləri iddia ərizəsi məhkəməyə daxil olduğun andan 3-6 ay ərzində yekunlaşır.
Belə ki, Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 306-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - 2000 manatdan 4000 min manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
#Boşanma sonrası ünsiyyət # Valideyn hüquqları Azərbaycan # Uşaqla görüş hüququ # Azərbaycan ailə məcəlləsi # Boşanma və uşaqlar # Ata-ananın uşaqla ünsiyyəti # Uşaq tərbiyəsi hüququ # Mediasiya və uşaqla ünsiyyət # Uşaqla ünsiyyət qaydaları # Qohumların ünsiyyət hüququ # Məhkəmə qərarları və uşaqla ünsiyyət # Cinayət Məcəlləsi və ünsiyyət hüququnun pozulması # Uşaqla ünsiyyət məsuliyyəti # Boşanmış valideynlərin hüquqları # Uşaq psixologiyası və boşanma
Şərhlər
Aygün əliyeva 2024-04-03 03:02:33
SALAM məhkəmə usaglarimi MƏNƏ versede ıcra olunmur birildiki gormyrem
Aygün əliyeva 2024-04-03 03:04:29
Az yaşli usaglarimdan HEÇ XƏBƏR bilər gelmir cox narahatam HEÇ BİR əlaqəm yoxdu nə edim icraya pul veriblər çox gumanki
Aygün əliyeva 2024-04-03 03:05:55
Dayana bilmirəm getmədiyini YER qalmayıb icra məhkəmə oropasya şöbələrində baxmir
Şərh yaz