Hüquqi yardım

Biznesə başlamaq istəyirsiniz lakin bilmirsiniz onu hansı formada qeydiyyata almaq daha rahatdır?
02 Okt

Biznesə başlamaq istəyirsiniz lakin bilmirsiniz onu hansı formada qeydiyyata almaq daha rahatdır?

Biznesə başlamaq istəyirsiniz lakin bilmirsiniz onu hansı formada qeydiyyata almaq daha rahatdır?

Biznesin rəsmiləşdirilməsi.

Biznes ideyanız formalaşdıqdan sonra siz məsələnin formal tərəfini həll etməlisiniz. Azərbaycan Respublikasının ərazisində bizneslə (sahibkarlıq fəaliyyəti ilə) məşğul olmaq üçün siz ilk növbədə müvafiq vergi orqanından qeydiyyatdan keçərək vergi ödəyicisinin eyniləşdirmə nömrəsini almalısınız (VÖEN).

VÖEN sizə və ya yaratdığınız şirkətə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş fərdi, təkrarolunmayan nömrədi (vətəndaşın FİN nömrəsi kimi), bu nömrə vasitəsilə də siz gələcəkdə vergi ödəmələrinizi və digər əməliyyatları həyata keçirirsiniz.

VÖEN alıb biznes fəaliyəti ilə məşğul olmağınız üçün bunlardan birini edə bilərsiniz:

1) Fiziki şəxs fərdi sahibkar kimi qeydiyyata alınaraq VÖEN alıb bizneslə məşğul ola bilərsiniz. Bu cür fəaliyyətə başlamağın üstünlüyü ondan ibarətdir ki, VÖEN rəsmi qaydada müraciət etdikdən sonra 1 iş günü ərzində sizə təqdim olunur.

Mənfi cəhət isə ondan ibarətdir ki, VÖEN sizin adınıza bağlı olduğundan biznes fəaliyyəti həyata keçirərkən yarana biləcək hər hansı bir məsuliyyəti siz şəxsən daşıyırsınız, bu halda isə tələb sizin əmlakınıza yönəldilə bilər.

2) Şirkət (hüquqi şəxs) yaradaraq VÖEN alıb sahibkarlıqla məşğul ola bilərsiniz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüquqi şəxslərin bir neçə növü vardır. Bunlar Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), Açıq Səhmdar Cəmiyyəti (ASC), kooperativ və s.

Yeni biznesə başlayanlar üçün bunlardan ən rahatı MMC təsis etməkdir. MMC-nin təsis edilməsi digər hüquqi şəxslərə nisbətən daha asandır və sənədlər vergi orqanına təqdim edildikdən sonra 2 iş günü ərzində həyata keçirilir.

MMC təsis edərək sahibkarlıq fəaliyyətinə başlamağın əsas üstünlüyü isə ondan ibarətdir ki, siz bir təsisçi kimi MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşımırsınız (Azərbaycan Respublikasının Mülki Məcəlləsi 87-ci maddə). Misal üçün sahibi (təsisçisi) olduğunuz MMC bağlanmış müqavilənin şərtlərini yerinə yetirə bilmir və bu səbəbdən 10000 (on min) manat borc yaranır. Bu halda yaranmış borc yalnız sahibi (təsisçisi) olduğunuz MMC-nin adına olan pul vəsaitlərinə və yaxud MMC-yə məxsus əmlaka yönəldilə bilinər.

Bu o deməkdir ki, siz şirkətinizin təsisçisi kimi onun borcuna öz şəxsi əmlakınızla heç bir məsuliyyət daşımırsınız.

Beləliklə təhsis edilmə prossesinin rahatlığına, təsisçinin cavabdehlik dərəcəsinə və müasir bazar iqtisadiyyatına uyğunluğunu nəzərə alaraq kommersiya fəaliyyətinə MMC təsis etməklə başlamağınız tövsiyyədir.

#Biznes # MMC

Şərh yaz