Blog

İşsizlikdən sığorta ödənişi kimlərə verilir və necə almaq olar?
22 Yan

İşsizlikdən sığorta ödənişi kimlərə verilir və necə almaq olar?

İşsizlikdən sığorta ödənişi 3 halda ödənilir. 

- İşəgötürən ləğv edildikdə

- Ştat ixtisar edildikdə

- Müddətli əmək müqaviləsinin müddəti bitdikdə

İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.

Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir.

Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir. İmtina ilə razılaşmadıqda, hər kəs məhkəməyə müraciət edə bilər. 

Xatırladım ki, “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib.

Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.

Yəni, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.

 

#işsizlik müavinatı # vəkil xidməti # vəkil məsləhəti

Şərh yaz