Vəkil xidmətləri

  • Borcun tələb edilməsi (Azərbaycan Respublikasının Mərkəzi Bankının illik faiz dərəcələrinin hesablanması ilə)

  • Reqres qaydada pulun geri tələb edilməsi

  • Sığorta şirkətindən sığorta hadisəsinə görə ödənilməyən sığorta pulunun tələb edilməsi

  • Mənzili su basması nəticəsində dəymiş maddi zərərin tələb edilməsi

  • Təhqir, böhtan və işgüzar nüfuza vurulan ziyana görə mənəvi zərərin tələb edilməsi

  • Yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi

  • Evdən çıxarma

  • Evə köçürmə

  • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş imtina cavablarından şikayət verilməsi

  • Daşınar və daşınmaz əmlakın həbsdən azad edilməsi

  • Torpaq sahəsinin istifadəsinə maneənin aradan qaldırılması

Əgər hər-hansı şirkət və ya vətəndaşla müqavilə bağladıqdan bir müddət sonra aldadıldığınızı aşkar etmisinizsə, bu zaman peşəkar vəkilə müraciət edərək müqavilənin etibarsızlığını və ya onun ləğv edilməsini məhkəmədə mübahisələndirə bilərsiniz.

  • Müqavilənin tərtib edilməsi
  • Hazır müqavilə formalarınn yoxlanılması və dəyişiklik edilməsi

  • Sənədlərdə yol verilmiş səhvlərin məhkəmə qaydasında düzəldilməsi (baş hərflərin deşifrə edilməsi, sənədlərdə kargüzarlıq səhvlərinin düzəldilməsi)

  • Ölüm faktının müəyyən edilməsi

  • Uşağın doğulması faktının müəyyən edilməsi

  • Əmək stajının hesablanması ilə bağlı vətəndaşın işləməsi faktının müəyyən edilməsi

  • Vətəndaşın itkin düşməsi faktının müəyyən edilməsi

  • Hüquqi şəxsin (şirkətin, firmanın) yaradılması və ləğv edilməsi

  • Hüquqi şəxsin (şirkət, firma) təsis sənədlərinin hazırlanması

  • Hüquqi şəxslər (şirkət, firma) arasında bağlanan müqavilələrin tərtib edilməsi

  • Hüquqi şəxsin (şirkət, firma) danışıqlarda təmsil edilməsi

  • Hüquqi şəxs (şirkət, firma) üçün fəaliyyətlə bağlı lisenziyaların alınması

  • Ailə və nikah hüquq münasibətlərindən irəli gələn xidmətlər

  • Nikahın pozulması (boşanma)

  • Nikah müqaviləsinin tərtib edilməsi

  • Uşaq üzərində qəyyumluğun təyin edilməsi

  • Əmlak bölgüsü

  • Uşağın saxlanması və arvadın(ərin) saxlanması üçün alimentin təyin edilməsi

  • Aliment ödəməkdən azad olunma, alimentin azaldılması

  • Atalığın müəyyən edilməsi

  • Atalığın mübahisələndirilməsi

  • Valideynlik hüququndan məhrum etmə

  • Övladlığa götürmə

  • Uşaqla ünsiyyət

  • Valideynlər ayrı yaşadıqda birgə nikahdan olan uşaqların yaşayış yerinin müəyyən edilməsi

  • Vərəsəliyin qəbul edilməsi

  • Vərəsəliyin tanınması

  • Ləyaqətsiz vərəsənin vərəsəlikdən məhrum edilməsi

  • Vərəsəliyin qəbul edilməsi üçün ötmüş müddətin bərpa edilməsi

Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin birinci instansiya (rayon, şəhər, inzibati, iqtisadi və s.), apellyasiya və kassasiya instansiya məhkəmələrində yüksək səviyyədə təmsil edilməsi.

İddia ərizələrinin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsi və s. üzrə:

  • İstənilən mübahisə üzrə iddia ərizələri

  • Qiyabi qətnamədən şikayət

  • Qərardaddan şikayət

  • Hakim və ya katibə etiraz

  • Qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə

  • Qətnamənin hissə-hissə icra olunmasına dair ərizə

  • Apellyasiya şikayəti

  • Kassasiya şikayəti

  • Əlavə kassasiya şikayəti

  • Avropa məhkəməsinə şikayət

Müvafiq dövlət orqanına peşəkar vəkil tərəfindən yazılmış ərizə, şikayət və vəkil sorğusu sizin probleminizin ilkin mərhələdə köklü formada həll edilməsinə kömək edəcək.

  • Fiziki və hüquqi şəxslərin digər dövlət orqanlarında təmsil edilməsi

  • Fiziki və hüquqi şəxslərin inzibati orqanlarda təmsil edilməsi, onların hüquq və mənafelərinin qorunması

  • Dövlət orqanının qəbul etdiyi qərardan inzibati icraat qaydasında şikayət verilməsi

  • Dövlət orqanının qanunsuz müdaxiləsindən müdafiə

  • Bələdiyyələr tərəfindən qanunsuz olaraq tələb edilən vergi tutmaları ilə bağlı mübahisələrin həll edilməsi

  • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sənədlərin verilməsi, alınması

  • Məhkəmə qərarlarının icrası ilə bağlı orqanlarda (icra şöbələrində) vətəndaşların təmsil edilməsi

Şəxsin təhqiqat və ibtidai istintaq orqanlarında (polis, prokurorluq və s.) müdafiəçi qismində təmsil edilməsi.

Şəxsin hansısa əməli (cinayəti) törətməkdə təqsirli bilinərək polis (burda polis bütün təhqiqat və ibtidai istintaq orqanları kimi nəzərədə tutulur) orqanları tərəfindən saxlanıldığı zaman dərhal vəkil ilə təmin edilmək hüququ yaranır. Saxlanılan şəxsin bu hüququndan istifadə edə bilməməsi onun müdafiə hüququnun pozulmasına və ona qarşı əlavə ittihamlar sürülməsinə gətirib çıxara bilər

Azərbaycan Respublikası məhkəmələrinin qəbul etdiyi qərarların ədalətsiz olduğunu hesab etdiyiniz təqdirdə bu barədə İnsan Hüquqlarına dair Avropa Məhkəməsinə şikayət verə bilərsiniz. Avropa məhkəməsinə şikayətin xüsusi forması olduğu və xüsusi bilik tələb etdiyi səbəbindən peşəkar bir hüquqşünas tərəfindən tərtib edilməsi gərəkdir.