10 ildən artıq peşəkar hüquqi təcrübəyə malik Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü sizin hüquqlarınızın qorunmasını və istədiyiniz nəticəyə nail olmağınızı təmin edəcək
Hər bir hüquqi məsələnin həll olunmasında vəkilin iştirakı zəruri deyil. Kiçik mübahisələrə dair icraatla bağlı mülki və ya xırda inzibati pozuntu ilə bağlı inzibati mübahisələr buna misaldır. Lakin bir çox başqa hüquq mübahisələrinin həlli zamanı (müqavilənin mübahisələndirilməsi, cinayət hadisəsi ilə bağlı mübahisələr və.s) yalnız peşəkar vəkil xidməti sizi üzləşə biləcəyiniz risklərdən azad edir. Peşəkar hüquqi təmsilçilik ucuz olmasa da sizi pis bir şərtlərlə boşanma, iş itkisi və ya əmlak itkisi kimi bir çox arzu olunmaz nəticələrədən sığortalayır. Demək olar ki, hətta, təcrübəli hüququşünaslar belə adətən özlərinin məhkəmədə təmsil edilməsini vəkillərə həvalə edirlər. Buna səbəb məhz vəkillərin cinayət hüququ, vergi hüququ və s. spesifik hüquq sahələrində ixtisaslaşmalarıdır. Peşəkar vəkil tərəfindən verilmiş keyfiyyətli vəkil məsləhəti sizin probleminizi vaxtında və tam formada həll edəcəkdir.