Mən öz vəkillik fəaliyyətimi 28 dekabr 1999-cu il tarixli № 783-IQ nömrəli "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq həyata keçirirəm, müsbət nəticə əldə etmək üçün hər şeyi vicdanla və peşəkarcasına edirəm.
Vəkil kimi fəaliyyət göstərdiyim müddət ərzində mülki, inzibati, cinayət hüquq sahəsində vəkil xidmətləri göstərilməsində böyük təcrübə əldə etmişəm və bu təcrübəni öz müştərilərimin işlərində uğurla istifadə edirəm. Azərbaycanın bir çox tanınmış təcrübəli vəkilləri, müxtəlif hüquq sahələrində ixtisaslaşmış hüquqşünasları və hüquq şirkətləri ilə əməkdaşlıq etməyim hüququn istənilən sahəsində müsbət nəticələr əldə etməyə töhvə verir.
Təklif etdiyim vəkil xidməti sizin uğurunuzun zaminidir. Unutmayın ki, yalnız peşəkar bir vəkil sizə yüksək keyfiyyətli hüquqi yardım təqdim edə bilər.
Soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.
Ətraflı oxuTəhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.
Ətraflı oxuZəruri müdafiə dedikdə ictimai təhlükəli qəsdən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür.
Ətraflı oxu