Hüquq xidmətləri

Müqavilə və əqdlərlə bağlı mübahisələr
06 Okt

Müqavilə və əqdlərlə bağlı mübahisələr

Müqavilə və əqdlərlə bağlı mübahisələr

Əgər hər-hansı şirkət və ya vətəndaşla müqavilə bağladıqdan bir müddət sonra aldadıldığınızı aşkar etmisinizsə, bu zaman peşəkar vəkilə müraciət edərək müqavilənin etibarsızlığını və ya onun ləğv edilməsini məhkəmədə mübahisələndirə bilərsiniz.

  • Müqavilə hüququ. Müqavilənin tərtib edilməsi
  • Hazır müqavilə formalarınn yoxlanılması və dəyişiklik edilməsi

Şərhlər

  • Ирада 2025-05-07 20:30:50

    Salam Gulam bey Menim oğlum Rusiyada yawayordim Bakıya gəlib saxlandı ki aliment borcun var 9min yığılıb 4min mən tegayut kartimla Edeniw etdim 5min galigi borcu ödəyə bilmirik cun ki oğlum 3grupp ellidi və 150man tegayut kəsilib ona cəmi 1aydi ki alır Giza deyir 50man ayda deyirəm sənə giz deyir bu semecka pulumu Bu ne etsin ana bala kiraya galirig gəlir yerimiz yoh mən 220ev pulu verirəm onun pulu 150manatla dolanırıq Oğlunun da 22yawi var Biz ne edə bilərik Hede gorhu edir bizə Əsəblərim hara olub Artig Kimə müraciyyət edək

    Aliment ödənilməlidir. Aliment məbləğinin azaldılmasını tələb edə bilərsiniz və ya qarşı tərəflə razılıq əldə edə bilərsiniz bu istiqamətdə. Vəkil Qulam İsmayılzadə
  • Yafəs 2025-12-14 00:48:59

    Salam Qulam müəllim. Yeni tikilidə mənim adıma MTK müqaviləsi əsasında1ci mərtəbədə 40m² qeyri yaşayış sahəsi vardır.Mən həmin bu qeyri yaşayış sahəsini başqa bir yerdə fiziki şəxs tərəfindən inşa edilmiş 3 mərtəbəli villa tipli binadakı mənzillərdən biri ilə barter etmək istəyirəm.Fiziki şəxsin vöini və adına möhürü vardır.Onun adından mənimlə bağlanmış , qol və möhürü ilə təsdiqlənmiş, alqı satqı müqaviləsi etibarlıdırmı.(hüqüqu quvvəsi vardırmı?).Əgər olarsa bu müqaviləyə Əlavə kimi, bizim yəni tərəflərdən birinin müqavilədə göstərilən öhdəliklərini yerinə yetirə bilmədikdə , məsələn mənə verilmiş mənzilə sahib ola bilmədiyim təqdirdə , müqavilə pozulur və əmlaklar geri qaytarılır kimi bəndi əlavə etmək olarmı və bu qanunidirmi? Gələcəkdə ehtiyac yaranarsa bu müqaviləni qanunla mübahisələndirmək olarmı? Əvvəlcədən təşəkkür edirəm

    Sizin barter müqaviləniz tərəflərin imzası və möhürü ilə prinsipcə etibarlıdır, lakin MTK müqaviləsi əsasında olan əmlakın başqasına verilməsi üçün MTK-nın razılığı tələb oluna bilər. Müqaviləyə öhdəliklərin yerinə yetirilməməsi halında əmlakların geri qaytarılması kimi bənd əlavə etmək mümkündür və qanunidir. Gələcəkdə tərəflər arasında yaranan mübahisələr məhkəmədə hüquqi əsaslarla həll oluna bilər. Vəkil Qulam İsmayılzadə

Şərh yaz