Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir.
Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir. Həmin valideyn də uşağı xaricə aparmaq istəsə də, buna müvəffəq ola bilmir, çünki uşaq yetkinlik yaşına çatmadığı üçün digər valideynin razılıq ərizəsi tələb olunur.
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Bu halda, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Bu sahədə formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının razılığı olmadan, anası ilə birlikdə (və ya əksinə) Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır.
Əksər hallarda, məhkəmələr uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılmasına dair iddiaları təmin edirlər. Bu onunla bağlıdır ki, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi aktlarda hər bir uşağın ən yaxşı həyat səviyyəsi və mənafeyinin qorunması üçün geniş imkanlar nəzərdə tutulmuşdur. Digər tərəfdən, tərəflərin birgə nikahlarından olan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına razılıq verilməməsi istər uşaqla birgə xaricə getmək istəyən valideynin, istərsə də uşağın Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur. Bu nöqteyi-nəzərdən uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılması məqbul hesab edilir.
Vəkil
Sonda onu qeyd edim ki, uşağın üstün mənafeyinin müdafiəsi və ən yaxşı həyat səviyyəsinin təmin edilməsi üçün boşanma prosesi başa çatdıqdan sonra uşağın digər valideynin razılığı olmadan xaricə aparılması üçün mütləq şəkildə məhkəməyə müraciət edilməlidir və bunun üçün bu cür iddia qaldırmaq istəyən hər bir şəxsə peşəkar hüquqi yardım lazımdır.
Vəkil məhkəmə yolu ilə uşağın digər valideynin razılığı olmadan ölkə hüdudlarından xaricə aparılmasına dair iddia qaldıran zaman tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən iddia ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən uşağın valideynin razılığı olmadan xaricə aparılması prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.
#ölkədən çıxış # razılıq ərizəsi # boşanma prosesi # uşağın nanın yanında qalması
Şərhlər
Şəbnəm Rzazade 2023-04-14 21:25:27
Salam.Mən boşanma erizesi verecem.qarsi teref ustadi yeniki dovlet isi deyil.bilmek isteyirem men alumenti qaynatamin ve ya qaynanamin pensiyasindan kesdire bilerem?.cunki yoldasim ödemiyecey oz isteyiyle
Mehebbet Rəhimov 2023-04-30 16:41:16
Salam.10.08.2022ci ildə boşanmışam.2ovladim var.12 ve14yasinda.usaqlar ana himayesinde qaldı.etiraz etmədim.lakin 25.12.2022ci ildən böyük oğlum (14yasinda) mənə gəldi.etiraz etmədim.himayeme almaq üçün ne etməliyəm.
İlahe Abbasova 2023-05-12 14:23:03
Salam hörmetli Vekil.Men yanvar ayinda mehkemeye alimentin artirilmasi ve elave xerclerle bagli muraciyyet etmisdim.220 azn sabit pul mebleginde aliment kesildi 50 azn de usagin saglamligi ile bagli.qarşi teref qerardan Apellyasiya sikayeti verib.etiraz edirki iki iddi bir qetnamede ola bilmez hakim qanun pozub.birde deyirki men aile qurmusam iki ovladim var bu qerar menim ovladlarimin ve arvadimin haqqina girir.resmi olaraq 345 azn maaş yazdirib adina.ve onu sebeb gosterir ki gelirim budur 4/1 tutulsun.Apellyasiya mehkemesi qerari deyişe ve ya legv ede bilermi onun xeyrine.meni ne gözleyir?
Xədicə 2023-05-13 08:59:47
Salam! Övladdan imtina yada soyaddan çıxarma qərarı varmı? Cavablandırsanız yaxşı olar və təşəkkür
Vafa Gasimova 2023-06-27 22:13:08
Salam.1-ci sualim-mən yoldaşımla məhkəmə yolu ilə ayrılmışam.ozu hal hazırda həbsdədir.məhkəmə yolu ilə aliment kəsilib.ammə alimenti ala bilmirəm.bunun UCun nə etməliyəm.? 2ci sualım - uşaqlarımızı xaricə aparmaq istəyirəm. uşaqlarım xaricdə yaşayan xalasının görmək istəyir adı ilə icazə ala bilərəmmi?
Heyranə 2023-07-05 14:59:30
Salam! Valideyn övladdan hansı hallarda imtina və mirasdan uzaq edər(yəni ev, maşın və.s.). Cavan üçün var olasınız.
Gulnare 2023-07-05 23:23:47
Salam, 2015-ci ilden nigah pozulun, uwagin 8 yawi var amma kesilen alimentinin hech bir ayi da odenilmemiwdi,hech bir yere wikayet elememiwem ve bildirmemiwem.Uwagi xarice aparilmasi uchun razilig vermir.Alimentinin odenilmemesi ataliqindan mehrum esas ola biler? Ve atanin raziligi olmadan xarice aparmaq meselesi mehkeme yolu ile teqribi neche muddete hell oluna biler?
Siveta 2023-07-22 00:13:03
Salam resmi bosanma zamani 7yasli usaq mehkme qerari ile Anaya verildi ama Ata davernis vermir hec bir sekilde usaqi xarci olkeye aparmaqa mehkeme yoluyla temeli hell edmey olar bunu yeni 1defe aparib getirmeliy deyil dayimi usaqi kecirende olkeden prablem olmasin
Ramilə Şərifova 2023-08-10 14:53:58
Vəkil Salam: Biz boşanmamişiq. Sadece aliment kesdirmişəm Ama xaricə getmeliyem raziliq vermir nece ede bilerem ?
Саиг Акбаров 2023-09-10 07:58:20
Salam. Rusiyada yaşayıram. Uşağın 16 yaşı var. Anası Azərbaycandadı. Uşağı Azərbaycana tək göndərmək üçün hansı sənəd lazımdı? Təşəkkür.
Ruslan Huseynov 2023-09-12 18:47:14
Salam.Men Azerbaycan vetendasiyam.Usaqlarim ikili vetendasdi hal hazirda rusiyadadilar.Yoldasim da rusiya vetendasidi azerbaycanlidi.usaqlar Azerbaycanda dogulublar .Yoldasim bosanma erizesi verib.Men razi deyilem.usaqlarim yanimda olmagini isteyirem.bu mumkundu?bu proses ne qeder vaxt cekir.
Nigar A 2023-09-13 10:14:54
Salam , mən boşanmışam . Aliment kesilib 193 azn , amma tam vermir alimenti. Özü Rusiyadadı , uşağla mehkemeden heç görüş bele almayıb. Məhkəməyə müraciət etsəm , uşağı xaricə çıxarda bilərəm? Ehtimal var razılığ verilmesine ?
Xanim 2023-10-30 01:29:40
Salam. Yoldasim turkiededir. Usagi ora aparmaq ucun ne sened lazimdir?
Sofiya Nabiyeva 2023-10-31 23:57:55
Mən ABŞ vətəndaşı ilə evliyəm.Həmişəlik ərimin yanına getmək istəyirəm.Azyaşlı uşağım var və onun atası uşağı ABŞ-a daimi yaşamaq üçün aparmağa icazə vermir.
Atilla Atayev 2023-11-30 23:20:12
Salam vəkil Sizə bir sualım var. Valideyinlərinin birinin razılığı olmadan uşağı xariciə aparmaq üçün Məhkəməyə verildikdə tələb olunan dövlət rüsumu nə qədərdir.?
Rufane Dadasova 2023-12-22 23:25:04
Salam azyasli usaqlarimi xarice aparmaq ucun vekil tutmusam iddia erizesi yazdiriib mehkemeye muraciet etmisem bilmek isdeyirem.ki bu proses basa catdiqdan sonra men bosanma ucun tekrar vekil tutmaliyam buna ehtiyac varmi bu arada qarsi teref gurcustan vetendasidir yoxsa ozum ede bilerem? Vekil olmadan
Nazakat Aslanova 2023-12-26 16:19:47
Salam, mən övladımın xarici pasport alıb xaricə təhsil alması üçün atanın razılığı olmadan etmək istəyirəm çünki ata təcridxanadadir və sənədi ilə bağlı problem var, iş alınmır, uzanır, hansı rayonun məhkəməsine müraciət lazımdır və tələb olunan sənədlər? Çox sağ olun
Səbinə 2024-01-29 15:35:15
Salam mənim usaqlarimin atasi ataliq huququnnan məhrum edilib qətnamədə verilib usagi xarice apara biliremmi bu halda icazəsiz?
Memmedova Gunel 2024-02-01 17:45:59
salam. Terefler bosanmayib ve evde usaqlarim psixoloji basqi altinda yasayirlar ozum de. bosanmadan ve yoldawimin xeberi olmadan xarici olkeye mehkeme yolu ile nece ggede bilerem. Ama yoldasimin xeberi olmadan bu prosesden. cox xahiw cavablandirasiniz. Tesekkurler evvelceden.
Aygun 2024-02-11 13:43:06
Salam. Mənim qızımın 14 yaşı var o xaricə xalalarını görməyə və həmçinin istirahət məqsədi ilə getmək istəyir biz atasından razılıq almaq istədik sadəcə o buna qəsdən razılıq vermədi mən məhkəməyə ərizə ilə müraciət etmək istəyirəm. Mənim bildiyimə görə məhkəmə uşağın mənafeyini güdməlidir bu nə qədər doğrudur və hansı hallarda məhkəmə atanın razılığı olmadan uşağın xaricə getməsinə dair qərar çıxarmaya bilər?
Ayan Quliyeva 2024-02-16 18:31:42
Salam.Mən yoldasimdan rəsmi qaydada məhkəmə yolu ilə ayrilmisam.Usaqlarimi xaricə aparmaq ucun məhkəmə yolu ilə qətnamə əldə etmisəm. Həmin qətnamə ilə xaricdə isləmək ucun usaqlarimi da ozumlə aparib gedə bilərəmmi?Xarici sirkət mənə is vizasi gondərsə usaqlarimla xaricdə qala bilərəmmi?Orda oturum almaqda cətinliyim olmaz ki?
Vəfa Qaimova 2024-02-16 18:54:48
Salam.əgər həyat yoldaşı həbsdədirsə,aylarla aliment kəsilib və odənməyibsə həmin səxsi ataliqdan məhrum etmək ucun alimenti odəməməsi əsas ola bilərmi? Həbsdə olmasi ona ustunluk verirmi?yəni bu halda ataliqdan məhrum etmə mümkündurmu?
Rehimov Marat. 2024-02-18 18:42:19
Salam! 2 övladim var,aileliyem. Birinin 15, o birinin14 yaşlari var. Heyat yoldaşim rassiyadadi. Boṣanmamişiq. Men uşaqlarimla birlikde rassiya gedme üçün, yoldaşim dan icaze almaliyam? Özü gele bilmir hal, hazirda. Men yoldaşimsiz nece komeke edile bilersiz?
Haciyeva Nazile 2024-02-21 20:00:28
Salam.Eger xestelik ve yaxud gezmek adi ile uwagi xarice cixardib orda qalmaga davam elesem, nese ede bilerler?
Kemale Semedova 2024-03-25 05:14:04
Salam . Mehkeme qerari ile uşagin xarice aparilmasini təmin etsəm (atasi ilə boşanmişiq, uşag mənim himayəmdədir .Atasi icaze vermir ve iş hal hazirda mehkemededir) sonra mən anama həmin qərar üzrə etibarnəmə verə bilərəmmi ki, anam uşagi ölkə xaricinə çixartsin. Çünki özüm hal hazirda xaricdəyəm və anam uşagi mənim yanima gətirməlidir. Məhkəmə mənə verdiyi icazə ilə mən anama etibarnamə verə bilərəmmi?Yoxsa təkrar məhkəməyə müraciət etməliyəm ki,məhkəmə anama uşagi xaricə aparmaga icazə versin. Bu məsələ qanunvericilklə necə təmin olunub? Cavabiniz üçün öncədən təşəkkürlər…
Rovsen Aliyev 2024-03-25 06:22:28
Salam hər vaxtınız xeyir olsun sualim var xaiş edirem cavablandirasiniz Ailə arasinda mübahisə yaranıb ər evdə olmadiqi hallda xanimin atasi (qaynata) qizini ve uşaqları evden götürüb aparib. Belə halda ər ne etməlidi? Qaynata ya qarşı ərizə yaza bilərmi? Zəhmət olmasa cavablandırardiz təşəkkürlər
Vəzir Əliyev 2024-03-29 22:51:40
Salam,Qeydiyyatımiz olmayan ünvandan mediasiyaya müraciət edilə bilər.Hansi hallarda mümkündür.2-ci qrup əliləm 350azn pensiya alıram.3 uşağa nə qədər aliment verə bilərəm
Məmmədov 2024-05-15 12:10:59
Salam Vəkil mənim qızım 4 aylıqdır lakin atalıq vermişəm anasının familyasında gedir mən Rusiyada yaşayıram anası gətirə bilər oşaqı Rusiya arazisinə
Şərh yaz