Hüquqi yardım

İddia ərizəsi
13 İyl

İddia ərizəsi

İddia ərizəsi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəməyə təqdim edilən özündə cavabdehə qarşı müəyyən tələbləri əks etdirən yazlı müraciət formasıdır. İddia ərizəsinin forması və məzmunu. İddia ərizəsi hansı məhkəməyə verilməlidir?

İddia ərizəsi necə yazılır?

İddia ərizəsi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəməyə təqdim edilən özündə cavabdehə qarşı müəyyən tələbləri əks etdirən yazlı müraciət formasıdır. 

İddia ərizəsi məhkəmə icraatının başlanılması üçün əsasdır və qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyi halda məhkəmə tərəfindən geri qaytarılır. 

İddia ərizəsini verən şəxs iddiaçı, iddia ərizəsi kimə qarşı verilibsə cavabdeh adılanır. 

İddia ərizəsinə dair tələblər: 

  • İddia ərizəsinin mətni aydın olmalı, mübahisənin əsasları açıq-aydın qaydada təsvir edilməli, mətn emosianal formada yazılmamalı, jarqonlardan (yəni ara sözlərdən) istifadə edilməməlidir və heç kəsin şərəf və ləyaqətini alçaldan məlumatlar istifadə edilməməlidir. 

  • Ərizədə pozuntu faktları tam dəqiq göstərilməli, qanunvericiliyə istinad edilməlidir.

  • İddia ərizəsi elə formada tərtib edilməlidir ki, məhkəməyə qoyulmuş tələb tam aydın olsun, bir sözlə ərizə oxunaqlı olmalıdır.

  • Sübutlar və dəlillər tam dəqiq qeyd edilməldir. İddia ərizəsində nə qədər çox dəlil və sübut qeyd edilsə o qədər uğur qazanmaq ehtimalı yüksəkdir.

İddia ərizəsinin tərtibi üçün peşəkar vəkilə müraciət etməyiniz tövsiyyə edilir.

İddia ərizəsi həm kompyuter vasitəsi ilə həmdə ki əlyazma formasında tərtib edilə bilinər.

İddia ərizəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddəsində qeyd edilən tələblərə riayət edilməlidir.

İddia ərizəsinin forması və məzmunu

İddia ərizəsi 3 hissədən ibarətdir:

1.Başlıq hissə: 

İddia ərizəsinin başlığında  məhkəmənin adını, özünüzün tam adınızı, qeydiyyat ünvanınızı və telefon nömrənizi həmçinin cavabdehin tam adını qeydiyyat ünvanını və telefon nömərsini qeyd etməlisiniz

2.Təsviri və əsaslandırıcı hissə:

İddia ərizəsinin təsviri və əsaslandırıcı hissəsində mövcud problemi aydın şəkildə izah etməlisiniz, tələbinizi əsaslandırmalısınız, cavabdeh tərəfindən hansı pozuntulara yol verildiyini və iddianın nə üçün təmin edilməli olduğunu aydın şəkildə izah etməlisiniz. 

3. Xahiş (tələb) hissəsi:

İddia ərizəsinin xahiş hissəsində iddiaçı ərizəsində yazılanların hamısını ümumiləşdirir və yekunda tələbini irəli sürür. İddia ərizəsinin xahiş hissəsi aydın şəkildə tərtib edilməlidir, ona görə ki həm məhkəməyə tələbiniz tam aydın olsun həm də ki iddia tələbi təmin edildiyi təqdirdə məhz qeyd olunan tələb icra sənədinin mətninə daxil ediləcəkdir.

Misal üçün : Məhkəmədən xahiş edirəm ki, Məmmədov Məmməd Məmməd oğlundan 1000 manat pulun tutularaq mənə ödənilməsi haqqında qətnamə qəbul edəsiniz.

İddia ərizəsinin axırında iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını göstərməlisiniz

Misal:

  • Şəxsiyyət vəsiqəsinin sürəti

  • Borc müqaviləsi

  • qəbz

  • Pretenziya məktubu

İddia ərizəsinin axırında imza atmalı və iddia ərizəsinin tərtib edilmə tarixini qeyd etməlisiniz.

Kommersiya məhkəməsinə verilən iddialar.

Kommersiya məhkəməsinə iddialar yalnız elektron qaydada Elektron Məhkəmə Portalı vasitəsi ilə verilə bilər.

İddia ərizəsi hansı məhkəməyə verilməlidir?

Adətən iddia ərizəsi cavabdehin, yəni qarşı tərəfin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir. 

Lakin qanunvericilikdə digər hallarda nəzərdə tutulmuşdur:

  • Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
  • İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də boşanma  iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
  • Daşınmaz əmlakla bağlı mübahisələr əksər hallarda daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkməyə verilir.

 

#iddia əriəzsi # İddia ərizəsi necə yazılır # boşanma ərizəsi # hüquqi xidmətlər # iddia ərizəsinin tərtib edilməsi

Şərhlər

  • Sohrab 2023-10-23 13:56:27

    Salam aile qurdum 1 ovladim oldu sonram 2 si oldubir muddet sonram özumu Cox piss his eledim.vaxt kecdi gunu gunden özumu psixoloji taniya bilmedim.hemin ərəfədə evden özume aiid 1670 onun özune aiid 30000min pul yoxa cixdi melum oldu ki öz eleriyle turmeden cixan birine verib bu sohbetler poluse getdi cixdi..Atami caqiraraq menim basimin xarab oldugunu bildirerek meni ordan uzaqlaşdırdı.mən bele qənaətə geldim ki bunun psixoloji catismamazligi var.iki usaqda bunda.mən geden pulu istemirem .bunun psixoloji durumunu nece oyrene bilerem?

    Sorğu verilsə Səhiyyə Nazirliyinin müvafiq qürumuna müalicə alıb-almamasını müəyyən etmək olar. Vəkil Qulam İsmayılzadə
  • Babək seyidov 2023-11-17 20:54:35

    Mən Şərur rayon Yengicə kənd sakini Seyidov Babək Mircabbar oğlu. Şərur rayon mərkəzi univermağının sol tərəfində yerləşən foto atelye və başqa sahələrə məşğul olan mağazalarımız 2003 cü il noyabr ayında sökdülər, icra hakimiyyətindən biz səbəbini soruşduğumuzda bizə bildirdilər ki, ali məclisin qərarıdı. Həminki dövürdə ali məclisin sədri Vasif Talıbov idi, struktur dəyişikliyindən sonra mən hər kəs kimi Şərur rayonu icra hakimiyyətinə və ali məclisə muraciyyət etdim. Şərur rayon icra hakiminin müavini mənə bildirdi ki sizə Şərur rayon mərkəzi bazarından 20 m2 yer verək sizdə şikayyetinizi geri götürün. Mən İmran müəllimə bildirdim ki bizə məxsus olan yerin tikili sahəsi 196 m2 ümumi sahəsi çıxarışla 500m2 dı, mənə bildirdilər ki siz onu qəbul etməsəniz icra başcısı Kamal müəllim deyir ki, işlə bağlı marağlanmadığları üçün işə xitam verin və icranın balansına kecsin torpağ. Hal hazırda bizə məxsus olan 500m2 torpağ sahəsi boşdur və çıxarışıda var bizdədi. İcra hakimi Kamal müəllim bizə dəyir ki, o sənədləri aparın qoyun yastığınızın altına. Şərur rayonunun icra başçısı Kamal müəllim ölkə başçısının sərancamıyla verilən sənədi tanımır və insanları alçaldır. Bizdən başqa yerləri sökülən və boşda olan torpağ sahibkarlara qaytarılıb. Xaiş edirəm bizə kömək edesiniz.

    Əgər siz dediyiniz kimi torpaq sahəsinə dair əlinizdə çıxarış varsa onda həmin yer sizə məxsusdur və siz orda torpağı təyınatında uyğun istənilən tikili tikə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Sadiq Salehov 2023-11-18 18:34:24

    Salam.Mənim asan imzam var.Nece məhkəmənin qərarindan Apeliyyasiya sikayeti yaza bilerem?

    E-mehkeme.az portalına daxil olmalısınız ordan işi tapıb şikayət bölməsindən şikayətinizi yaza bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Baxsiyev Tebriz 2024-02-14 14:13:55

    Salam! Çıxarışla mənə məxsus olan 0,06 hektar torpaq sahəsində başka biri ev tikib söküntü Məhkəmə vasitəsi ilə mümkündür.Torpaq Fərdi ev tikmək üçun nəzərdə tutulub. Diqqətinizə görə sağ olun.

    Bəli, tikilinin sökülməsi barədə iddia qaldıra bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Lale memmedli 2024-03-15 14:28:03

    Salam. 10.55 radelerinde bir neferle mubahiseye girdim ve mene diger insanlarin yaninda şəxsimi alcaldan sozler isletdi. Bu iddalar dogru olmadigi ucun ne ede bilerem? Men onu mehkemeye vere bilerem bu veziyyetde?

    Təhqir yalnız kütləvi formada olduqda cinayət əməli sayılır. Vəkil Qulam İsmayılzadə
  • Zamil Abbasov Firudin 2024-04-26 00:46:37

    Menim evime bitsik kafe acib ses kuyden soyuslerden qizlarin ora yigilib oglanlarla oyundan cixmasi.birde yasayis ucun olan yeri kafe kimi fealiyyet gostermesi.Seher icra hakimyeti sabuncu icra hakimyeti birde polis idaresinin yazili kagizi varki fealiyyetini dayandirsin dayandirmir buna gore nece eleye bilerem

    Polis orqanlarına müraciət edin qarşısını alsınlar Vəkil Qulam İsmayılzadə
  • Zamil Abbasov Firudin 2024-04-26 00:48:03

    Polis idaresi de sabuncu rayon icra numayendeliyide yazili vereq verdiler ki mehkemeye muraciyyet ele

    Bəli məhkəməyə də müraciət edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Əmrah Əliyev 2024-06-23 23:44:19

    Salam . Səbəbsis olaraq , yaşadiqım ünvanda (həyətdə) ,tanımadığım şəxs qəflətən yumruq atıb və nəticədə burnum sınıb ,şikayət etmişəm vuran şəxs saxlanılıb , məhkəmə gedir . Əməliyyata ehtiyac var dəyəri 2500-3500 manat arasındadır , imkanım yoxdu , səhhətimdə ciddi problemlər yaranır bununla bağlı. Məhkəməyə bildirdimki vuran şəxs əməliyyat pulunun ödənməsini istəyirəm , lakin hakim bildirdimki belə şey yoxduur get əməliyat elə Qəbzlə şikayet et yenidən . Ama əməliyyata pulum yoxdur , ne edə bilərəm?

    Məhkəməddən dəymiş maddi ziyanı tələb etmək üçün ilk öncə o ziyanın mövcudluğunu təsdiq etmək lazımdır. Mənəvi zərərəin ödənilməsinə dair iddia qaldıra bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Orxan Alizade 2024-08-13 18:34:07

    Salam, İPM-nin 46.2-ci maddəsi ilə bağlı sualım var. Əgər İddia Ərizəsi genişləndirilmiş formada yazılıbsa və 46.2-ci maddəyə istinad olunubsa təcrübədə prosesin tezləşdirilməsi yerinə yetirilirmi. İPM-də bu barədə ağlabatan müddət qeyd edilib hansı ki bir nöü qeyri müəyyəndir. Bundan əlavə, Ali Məhkəməsinin İnzibati Kollegiyası Qərardadında (№ 01/2022) qeyd olunur ki, "İPM-in 46.2-ci maddəsində təsbit edilmiş prosesin tezləşdirilməsi ilə bağlı prinsipə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, eləcə də onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmələr icraatlarında olan işləri ağlabatan müddətlərdə (İPM-də nəzərdə tutulmuş konkret müddətlərdə baxılmalı olan işlər istina olmaqla) yekunlaşdırmaq vəzifəsi daşıyırlar." Bu məsələ ilə bağlı sualım odur ki, Vəsatət əsasında prosesin tezləşdirilməyini məhkəmədən tələb etmək olarmı və təcrübədə bu nə qədər realdır. Köməyiniz üçün öncədən təşəkkür edirəm.

    İstənilən halda vəsatət verə bilərsiniz, lakin işlərin gec baxılması səbəbi inzibati məhkəmənin iş yükünün çox olması ilə bağlı olur çoxa zaman ona görə vəsatətiniz çətin ki təmin edilə. Vəkil Qulam İsmayılzadə
  • Zülfüqarova Aytən 2024-09-18 15:52:49

    Əyər bir müəsəni məhkəməyə verəbdə vaşlıq becə olqcaq. Məsələn Bazarstore mmc

    həmin müəssisanin adını dəqiq öyrənməlisiniz və VÖEN ni öyrənməlisiniz Vəkil Qulam İsmayılzadə

Şərh yaz