Hüquqi yardım

Məhkəməyə müraciət etmə qaydası
02 May

Məhkəməyə müraciət etmə qaydası

Məhkəməyə necə müraciət edilməlidir? Məhkəməyə müraciət edilməsini ardıcılığı. İddia ərizəsi hazırlandıqdan sonra hansı məhkəməyə göndərilməlidir? 

Məhkəməyə necə müraciət edilməlidir?

İlk növbədə onu qeyd etmək lazımdır ki, əgər qanunvericiliyi bilmirsinizsə, vəkilə müraciət edərk hüquqi yardım almağınız məsləhət görülür. Belə ki, qanunvericilikdən anlayışı olmayan şəxslərin özünü hüquqşunas kimi təqdim edən dələduzlar tərəfindən aldadılması halları tez-tez müşahidə edilir. 

Məhkəməyə müraciət edilməsini ardıcılığı:

  • İlk növbədə məhkəməyədək həll formasında riayət edilməlidir. Bəzi işlərdə məhkəməyə müraciət edilməmişdən əvvəl tərəflər mediasiya təşkilatına müraciət etməli, ilkin mediasiyadan keçməlidir. Kommersiya işlərində mütləq qaydada digər tərəfə pretenziya məktubu göndərilməlidir.
  • İddia ərizəsi yazılmalıdır. Bu ərizədə iddiaçı öz tələblərini qeyd edir və onları əsaslandırır. İddia ərizəsinin tələblə bağlı hissəsi hər məsələyə, hər problemə görə fərqli formada əsaslandırılır. 
  • İddia əriəzsinə zəruri sənədlərə əlavə edilərək poçt və ya elektron məhkəmə vasitəsi ilə məhkəməyə göndərilməlidir.

İddia ərizəsi hazırlandıqdan sonra hansı məhkəməyə göndərilməlidir? 

Mülki-Prossesual məcəllənin 35-ci maddəsinə əsasən, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə göndərilir. Lakin, bütün məsələlərdə məhkəməyə cavabdehin rəsmi qeydiyyatı olduğu yer üzrə müraciət edilmir. Qanunda nəzərdə tutulmuş hallarda ərazi aidiyyətini iddiaçı da seçə bilər. 

Ərizə hazırlanılıb qeydiyyat məsələsi ilə bağlı sənəd ərizəyə əlavə edildikdən sonra dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədi ərizəyə əlavə edilməlidir. Sonra iddianın tələblərinə əsasən, hallara dair sənədlər, yəni nə sübut və əsas varsa, onlar da ərizəyə əlavə edilir. Əgər sənədlərin surətləri cavabdehlərdə və 3-cü şəxslərdə yoxdusra onlara verilmək üçün bu sənədlərin surətlərini də əlavə edilir. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri də onlara verilməsi üçün əlavə edilməlidir. Həmçinin, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adını, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, ərizəyə əlavə edilən sənədlərin siyahısı da göstərilməlidir.

Deməli, ümumiləşdirdikdə:

  • iddia ərizəsi hazırlanmalı
  • iddia ərizəsinin sürətini əlavə edilməli
  • rüsum ödənilməli
  • cavabdehin olduğu yerlə bağlı sənəd əlavə edilməli
  • iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər və sübutlar əlavə edilməli

 

Sənədləri poçta yaxınlaşırıq və məhkəməyə göndərilir. Xahiş edirik ki, xəbərnamə ilə göndəriş olsun. Çünkü xəbərnamə ilə göndəriş olduqda ərizə göndərildiyi yerə çatdıqda sizə də məlumat verilir.

#məhkəmə. vəkil # vəkil xidmətləri # iddia ərizəsi # məhkəməyə müraciət etmə qaydası

Şərh yaz