Azərbaycan Respublikasında 2024-cü il üçün bi uşağı saxlanılçasına görə minimum aliment məbləği 235 manat müəyyən edilmişdir.
Əslində bu o demək deyil ki, 2024-cü ildə bir uşağa görə minimum təyin olunan alimentin miqdarı mütləq 235 manata bərabər olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, iki uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, üç və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun yəni, 2024-cü il üçün 235 manata uyğun hesablana bilər.
Yeni qanuna əsasən əvvəlki illərdə 235 manatdan az məbləğdə bir uşağın saxlanılması üçün aliment alan şəxslər müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmə tərəflərin maddi durumunu və işin faktiki hallarını nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 235 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.
Bunun üçün aliment məbləğini artırmaq istəyən şəxs ilk öncə mediasiya təşkilatına daha sonra isə məhkəməyə müraciət edə bilər.
#boşanma ərizəsi necə yazılır # boşanmaq üçün lazım olan sənədlər # boşanma prosesi neçə ay çəkir # boşanma prosesi # boşanmaq haqqında qanun # boşanmaq üçün iddia ərizəsi # bosanma erizesi # bosanmaq ucun erize formasi
Şərhlər
Гюля 2023-11-20 13:49:15
Здравствуйте! При расчете алиментов на 1/4 от зарплаты, как происходит расчет выплаты? Если 1/ 4 зарплаты составляет меньше 220 ман ?? Все равно из зарплаты будет вычитываться сумма в размере 220 ман?
Sure 2023-12-23 21:44:21
Salam alment artirmaq ucun nece muraciet etmek olar
Röyal Hüseynov 2023-12-30 20:40:50
Salam menim adima hecne yoxdu dolaniwiqimda ele sen deyen yaxwi deyil 320 manadi zornan odeyirem men nece edim qarwi terefde xeyanet edib qanun qeyret namus iwine niye baxmir aliment evezine uwaq pulnu verseler bowanma olmaz
Medine 2024-01-01 21:42:40
Salam resmi olaraq boşanmamışıq ama ayrı yaşayırıq hamileyem yoldaşım heç bir ataliq vezifesini yerine yetirmir 1500 azn maaş alır aliment ne qeder düşecek? Ayri qaldigimiz muddetde hekimlere analizlere getmişem onlarin alimentinide teleb edib ala bilerem boşandıqdan sonra?
Elvin 2024-01-02 10:35:34
salam her il.aliment qaldirilir uwaqa baxmaq her ikii valideyinin hakkidir men isdemiyerek bir terefli bowanma olub qarwi terefin isdeyine uygun ozu isdeyib bowananlarin uwaqada baxmaginin dovlet ondan isdese yaxwi olardi men yeniden aile qurduqdan somra nece baxacam alimenti odemiyenkimide meni tutub basacaqlar iceri bes menim ikicidefe aile qurdugum wexse uwagima dovlet baxacaqmi xeyr baxmiyacaq cunki hecbir yaxwi kiwi ailesinin dagilmasini isdemez qarwi teref bununisdeyrse ve ayrilirsa sebebsiz yere dovlet bununla bagli bir normal qerar vermlidir
HUSEYNAGA NURİYEV 2024-01-09 09:07:54
Mən 1 ildir 220 manat ödəyirəm bu ildən olan artım mənədə yansıtır yoxsa mın məhkəmə 220 manat kəsmişdi onla hesablanır ?
Rufo 2024-01-17 23:36:01
Salam mən isteyirem 378m müasir di aliment ne qeder kesilecek atam anam mənimlə yasayir
Tağıyeva Səbuhə 2024-01-18 22:38:01
Mən 2 ilə yaxındır anamgiləyəm, bir qızım var nitqi qüsurlu 3 yaşında. Mən keçən il.medrasiya yazdim ödəniş etdim. Onlar qarşı tərəfə zəng etsələr belə gəlmədi. Vəkil müvəqqəti aliment yazıbmış. İyul ayından 2023 ildən məhkəmə alimenti təyin etsə də ,dekabr ayında bir ay aliment gəldi.. Hələdə iyuldan bura yığılan aliment göndərilmir. Mən, yenidən məhkəməyə iddia ərizəsi yazdım. Bu günə kimi cavabdeh yəni "ata" usaqina maraqlanmır belə. Biz hələ də rəsmi nigahdayiq. Kağız üzərində.
Vasif 2024-01-22 01:59:00
Salam menim 3 uşaqim var boşaniram özümde dövlet işcisi olmuşam 550 pensiya aliram kirayede qaliram hecneyim yoxdur ev maşin mənə mə qədər pensiya kəsiləcək
Elnur 2024-01-25 20:12:19
Salam vəkil. Aliment məbləğini necə azalda bilərəm? Bir uşaq üçün , 4 ildən çox müddətdir ki, 28 mindən çox aliment ödəmişəm. Orta hesabla ay üzrə migdar çox yüksək olur. Bu minvalda davam etməməsi üçün xaiş edirəm atalıq hüquqlarımı hansı yolla müdafiə edib, rəsmi olaraq narazılıq olmadan azalda bilərəm?
Radiq 2024-01-29 14:15:00
Salam.Uşagin 18 yaşi tanam oldu.aliment resmi baglanmalii icracida men getmeliyem ya ehtiyac yoxdu avtomatik baglanir?
Isayev Aqil 2024-01-30 00:48:50
Salam mən uşaqlarla birlikdə yaşayıram amma boşanma olub çox çətinliklər çəkirəm necə etməliyəm keçmiş həyat yoldaşım mənə deyir ki ewi sata bilməzsiniz mənim başqa çarəm yoxdur maddi vəsaitdə yoxdur ki ozume ew alim əks təqdirdə ne etməliyəm
Isayev Aqil 2024-01-30 00:52:38
Salam ewin kupçası yoxdur mən sata bilərəm yada məhkəmə qanunlarına uyğun nese var ki bir ewde yaşayarkən aliment ödənilməsi mümkün deyil zəhmət olmasa məlumat verərdiniz
Isayev Aqil 2024-01-30 00:57:05
Bir de ki aliment pulu ne qədər olduğu halda həbs olunma ehtimalı var mən də 5 aydir odemirem yarisini ödəmək istəyirəm razı olmur buna münasibətiniz zəhmət olmasa
Gunay hesenova 2024-02-09 20:55:33
Salam. Aliment odeyen ata bowanma olanan sonra bawqa olkeye gede biler xeber etmeden? Istirahet ve ya daimi yawamaga icaze verilir olkeni terk etmeye?aliment aliram birden deyirem xeberim olmadan resmi iwinen cixib bawqa olkeye geder
Şair 2024-02-23 09:09:07
Qarşi tərəfin mediatora muraciəti olub alimentin artırılması ilə bağlı. Bunun rüsumu nə gədərdi və kim ödəyəcək? Sonra elə başa düşdüm ki məhkəməyə müraciət olunub 235 manat artirilacaq. Bu proses nə qədər vaxt alacaq və artirilan aliment hansı tarixdən hesablanacaq? Aliment artiriliqda bu haqda qarşı tərəfə məlumat veriləcəkmi?
Hesenov Ruslan 2024-02-25 23:13:56
Salam men 15 ildir aliment odeyirem 1 saqdi Hal hazirda 160 manat verirem hec yerde islemirem her ilde mehkemeye verib aliment artirmaq isteyir menim basqa nigahdan 3 usaqim var anamın pensiyasiyla ödəyirdim anam rəhmətə gedib bu ildə məni məhkəməyə verseler aliment qalxa bilər?
Gunel 2024-02-27 12:17:12
Salam mən aliment 195 ki alıram yeniden müraciət etmək istiyirem 235 m alim
Emil 2024-03-01 23:14:13
Salam birge nigah dovrunde masin alinib bosanma olsa hansi halda bolunme ola biler? Ve is mehkemeye dusmeyibse tez satilsa ve yaxud bagislansa mehkeme nese qerar cixara biler?
Rüfət 2024-03-13 13:15:54
Qarşı tərəfin alimentlə bağlı iddiasi təmin olunursa və 235 manata qədər artirilacaq və guclə aliment odəyən ata üstəlik məhkəmənin xərcinidə ödəməlidir. ?. Bununla bağlı apellyasiya məhkəməsinə muraciət etsə ən azindan məhkəmə xərclərini iddiaçinin özünün ödənilməsinə nail olmaq olar? Bəzilərinin hobbisi var bütün günü məhkəmələri gəzmək
Tahir 2024-03-13 21:54:23
Salam men alimenti odemisem 18 yasi bitib usaq mektebe qəbul olub menden tezeden aliment teleb ede biler yoxsa yox
Aytac Babayeva 2024-03-25 22:31:37
Salam men boşanmağ isteyirem 9aylığ körpəm var 2il olacaq evliyik qaynanam baldızım yola vermirler baldızım meni evdə bidefe döydü polise verdim sonra şikayət etmedim.yoldaşımında xəyanətin tutdum ama sonra yoldaşım dediki gel ayrı eve çıxaq bide bunlar olmayacaq ama biz bir aydan sonra yene eyni eve qayıtdığ qaynanam gilin yanına indidə 1aydı o eve qayıtmışam dayanmırlar birdəyqə menle dava edirler ki istemirik seni evdə yoldaşımda mene deyir zamanla seni iseyecekler menimde daha sebrim yoxdu gelmişem anamın evindəyəm el çekmir yoldaşımda mendən hedeleyirki ayrılsan mendən anan gilidə sənidə öldürücem uşağmıda anam gile verecem saxlayacaqlar mendə gedib içerdə yatacam mendə qorxuram ne ede bilerem boşanmağa hara verim nece edim başa sala bilərsiz zəhmət olma?
Yunis Badalov 2024-03-29 09:18:49
Mənim 4 uşağım var,aliment ödəyən hər uşağa 235 manat ödəyəcəm?
Tağızadə Göyçək 2024-04-03 12:48:39
Salam. Mənim 1 qızım var boşanmışam 150 manat aliment alıram Qarşı tərəf ailə qurub 1 övladı var . Mən yenidən müraciət etsəm alimentin yüksəldilməsi ilə bağlı məhkəmə Mənim xeyrimə höküm çıxardar ? Təşəkkürlər..
Anar 2024-04-03 20:22:10
Salam 2 evladim var bowaniram resmi maawim 670 manatdi maawimin 3/1 hissesinin elave aliment kesile biler ?
Asgərova təranə 2024-04-06 12:24:05
Salam mənim almentim yığılıb 480manat olub uşağım malicə alır heç bir yerdə işləmir gedirəm icra brobosiya şöbəsinə müraciyətimə baxılmır bunun üçün neynəməliyəm almen ödeyən şəxsdə rasiyadadı
VÜSAL 2024-04-07 06:49:28
Salam. Üzürlü sayın narahat etdiyim üçün.Tək tərəfli boşanma mümkün olur?Yəni tərəflərdən biri boşanmaq istəməsə digəri istəsə boşanma mümkün olur?
Aidə hüseynova 2024-04-07 16:52:12
Salam mən boşanmişam alment alirdim indi isə vermir az yaşli uşağim var 1 yaşı var uşağ onla qalmir mənə deyir ver uşaği mənə aparim mən tək başına verə bilmədiyimo deyəndə isə almenti vermir mən hara müraciyət etməliyəm asan imza ilə müraciyət etmişdim indi hara ərizə yazmaliyam şikayət etməliyəm zəh mət olmasa başa salardiz
Samir 2024-04-15 08:54:22
Salam bir uşaqla boşanmışam,yenidən ailə həyatı qurmuşam ,yeni ailədən bir övladım var.dekabr ayında məhkəmə mənə 220 m aliment kəsdi.əvvəl maaşın 4də 1 olub..yenidən işə düzəlmişəm 700manat maaş alıram.220 aliment aliment ödəyirəmsə yeni ailəmə qalan pulla necə baxım.yenidən məhkəməyə versəm maaşım nəzərə alınarmı?
Elnur hüseynov 2024-04-17 14:19:48
Salam xahiş edirəm mənə məsləhət edin mənim maaşım 853 manatdır aliment tələb olunur 2 uşağa hər uşağa 220 manat bunan əlavə qızın 3 yaşı tamam olana qədər 150 manatda əlavə pul tələb olunur mənim aldığım maaş və özümün gündəlik tələbat xərclərini və gediş gəlişimi nəzərə alaraq mən nəqədər ödəməliyəm çünki tələb olunan məbləğə gücüm çatmır tam şəkildə ödəməyə banklara borcum var özüm tərtərdə işləyirəm Gəncəyə gedib gəlirəm köməklik edə bilərsiz
Elvin 2024-04-26 20:29:42
Salam qarsi teref meni bosanmaya verib usagin 4 yasi var yoldasim meni verib bosanmaya ailment negeder kesilecek ? Ya o veribse aliment legv olunacag ? Birde mehkemeye veren 1700 AZN odemelidir ? Usagin 4 yasi var 6 Bazar gunleri menimle qala biler ?
Elnur 2024-05-03 22:22:40
Salam.mən işlədiyim ucun mənə 3də1hissə ayrılıb.387m ödəyirəm.indidə sabit pul məbləğində keçmək istəyir.Mənimdə 2ci ailəmdən 2az yaşlı uşağım var.məhkəməyə versə necə bölünə bilər
Qasımov sənan əli 2024-05-10 12:50:00
Salam aleykum men herbiçiyem amaki muəyyən səbəblərdən 50000 min manat kreditim var adıma da ne ev ne maşınım yoxdur və aililəyəm 2 uşağım var, onları da atası gelib aparıbdır boşandırmaq isteyir men de istemirem ailemden ayrıləm balalarımdan ayrılım men ne ede bilerem boşanmaya bilerem boşanmasam da men aliment vermeliyəm yene de uşağa? Yada mehkeme de deye bilerem ki uşaqların anası heç yerde işlemir yeniki uşaqlara baxa bilmez mehmekeme uşaqları mene vere biler?
Həvva Əliyəva 2024-05-13 18:04:04
Salam öncedən teşekkürler. 2_ci qrup əlil usaq üçün qanunda aliment nece teyin olunur. Ana işləyir ata isleyir elave bir sağlam övlad da var. Ata usagin prablemlerine xesteliyine esebi dözmür ve anani boşayir. Men əlil qizima gore pensiya aliram bunun alimente tesiri varmi?
Nəsimi Əliyev 2024-05-27 19:23:12
Salam her vaxtınız xeyir, özüm dövlət işçisiyem,mən 2 uşağa görə aliment ödəyirəm, əvvələr 250 manat idi, sonradan mənim işimlə bağlı maaşımda artım oldu ve 30 manatda əlavə ödəyirəm hal hazırda, yəni hal hazırda 280 manat ödəyirəm 2 uşağa, köhnə yoldaşım qaçqın statusunda olduğu üçün özüne ve 2 uşağa görə dövlət tərəfindən 180 manat pul ödənişi olurdu,indi yeni qərarla həmin pullarin ödənişi ləğv edildi,indi köhnə yoldaşım alimentin artırılması üçün meditasiyaya müraciət edibdi, menim hazırkı maaşım 850 manatdır, onunda 280 manatını alimente,300 manata yaxında kredit ödəyirəm, özümde kirayədə qalıram,men 850 manatla nece artıq aliment ödəyə bilərəm? xaiş edirəm yazardızda necə etmək lazım olduğunu
Zehra 2024-06-05 13:28:15
Salam..menim yoldasim 900m maas alir, ama kartina sadece 364m yatir, galanini elnen alir. 2.4 aylig qizim var. Mene ne qeder teyin olunar aliment?
Tofiq Huseynov 2024-06-07 05:53:07
Salam men bosanmisam almet menim masimdan tutulacaq yoxsa men verecem
Shirin 2024-06-08 00:29:59
Salam Vekil bey. Bureya yazmaq deyil de wp uzerinden bir , iki sual versem olar mi ?
Malik 2024-06-11 10:32:43
Salam Qulam müəllim. Yeni ailədən uşaq olarsa alimentin miqdarı azala Bilərmi?
Pirverdi 2024-06-12 09:59:28
6 ildii rəsmi boşanmışam hər ay məhkəmənin verdiyi qərara əsasən alementi ödüyürəm onunla birlikdə yaşadıgım vaxtda müqavilə ilə ev almışam məhkəmə vaxdı heç bir ev tələbi olmayıb bu 6 ildən sonra ev tələbi ola bilərmi
Ulker 2024-06-12 16:40:38
Salam. Qarşı tərəfin heç bir işi filan yoxdu yenə də aliment 235 m olacaq? Gələcəkdə miqdar artsa onun yenə də işi olmasa da yenə də iddia qaldırıb artıra bilərəm?
Sami hesenov 2024-06-13 14:21:25
Salam .menim 2 usagim var 600 manat maas aliram menden ne qeder pul tutulacag zehmet olmasa cavablandirin
Sara Oruc 2024-06-17 04:58:47
Salam. Aliment əlbəəl verilir ya müəyyən kart açılır? Çox sağ olun.
Səbinə Qasımova 2024-06-27 15:10:50
Salam. Atanın öz razılığı ilə məhkəmə işi açılmadan aliment kəsilməsi üçün hara müraciyyət etməliyəm? Rüsumi nə qədərdir? Alimentin məbləği 235 azndirsə atanın öz razılığı ilə 300 azn təyin etmək mümküdür?
Həyat 2024-07-01 00:41:31
Mən yaşadığım evdən qeydiyyatdan çıxmışam həmin evdə 2-uşağım dünyaya qəlib orda mənə yaşamaq hüququ verilə bilərmi əyər boşansam.
Fatine nesir 2024-07-15 01:34:36
Salam uwagin 5 yasi olacaq.Mehkemen ayrilandan sora hefdede nece defe usaqla goruse biler? Ve evinde aparib iki gun saxla bilermi atasi?Mwhkeme qerarinan necedi zehmet olmasa cacablandirardiz
Nesimi Ağayev 2024-07-16 13:59:16
Salam hormetli vekil men herbiciydim ayrilmisam infi isden cixmisam hec bir yerde islemirem is yoxdu naxcivanda yasayiram naxcivannan cixmaqima yasaq qoyulub nece odeyim ve nigah divrunde 22min kredit goturub ev tikmisem evde verilib onlara bes nece men alementi odeyim krediti odeyim
Azadə Məmmədova 2024-07-16 20:23:28
Salam, uşağım mənim adımadır, zaks olmayıb. Alimentə müraciət edə bilərəm? Atasının Qeydiyyat olduğu ünvandan qızıma pay düşür?
Vaqif Həsənov 2024-07-17 12:01:31
Salam, mən bundan əvvəl normal işim olub qaydasında alimenti ödəmişəm. İndi hal hazırda işsizəm və heç bir yerdən gəlirim yoxdu. İki uşağa nə qədər aliment ödəməliyəm? Zəhmət olmazsa cavablandırardız.
Sami hesenov 2024-07-27 19:54:23
Salam zehmet olmasa cavablandirin 600 manat resmi maas aliram 2 usaga gore maasimin 3/1 olmalidi ama mene mehkemede idda qaldirib her usaga 235 manat isteyir bu ne derecede duzgundur .diqqetinize gore sag olun
Sebine Memmedova 2024-07-28 14:20:36
Salam.menim bu gün mediasiyam var idi yoldaşım resmi 900 azn alır men 400 teleb etdim o razılaşmadı dedi mehkemede 300 teyin olunacaq.men onkoji xesteyem iki uşağım var öz müaliceme de pul çox çıxır,bunu mehkemede hakim nezere alıb yoldaşımın maaşının 3den birini yox artıq 400 kese biler?yoxsa mümkün deyil?
Leman 2024-07-29 08:02:06
Salam menim qardaşım evin tek oğludur 400m maas alir hem banka pul oduyur hem ev dolandiri alimenti yendire bilər?
Emiliya 2024-08-28 23:36:37
Salam. 19 yasim var ve bu vaxta kimi atam aliment odemeyib. Alimentden otkaz etmeyib anam. Indi ise Universiteti odenisli esaslarla oxuduguma gore, mehkemeye vere bilerem ki o illerin alimentinin bir hissesi odenilsin?
Vitaliy 2024-08-29 17:45:36
Salam men 840azn maaw aliram,2 uwagim var,ne geder aliment odemeliyem qanunla?
Gulər 2024-09-04 17:11:32
Salam.Mediasiya olmadan olmaz?çünki bir dəfə mediasiyadan keçmişəm 3 il əvvəl heç bir artım olmadı.yəni qarşı tərəflə söhbət mənasızdır.həkimdir.maasi və gəliri var
Şərh yaz