Hüquqi yardım

Həkim səhlənkarlığı
30 Sen

Həkim səhlənkarlığı

Həkim səhlənkarlığına görə məsuliyyət. Həkim işində yol verdiyi səhlənkarlığına görə hansı məsuliyyətə cəlb oluna bilinər? Həkim səhlənkarlığlna görə cinayyət məsuliyyəti. Həkim səhlənkarlığına görə müavinat

Həkim səhlənkarlığına görə məsuliyyət.

Son zamanlar həkim səhlənkarlığı ilə bağlı məhkəmələrdə mülki və cinayət işlərinin sayı xeyli dərəcədə artmışdır.

Vəziyyət elə gətirmişdir ki, xəstəxanaya müraciət etdiyiniz zaman həmişə lazimi tibbi yardımın ala biləcəyinizə əmin ola bilmirsiniz.

Həkim səhlankarlığı tibbi işçi tərəfindən qərəzli şəkildə öz üzərinə düşən vəzifələrin icra edilməməsinə görə ona müraciət edən şəxsin zərər yetirilməsidir. Həkim səhlənkarığı yalnız həkimin səhfindən ibarət deyil, həmçiin həkimin xəstə ilə bağlı lazımi tibbi prosedurları həyata keçirməməsindən, xəstəni vaxtında müayinə etməməsindən və onu xəstəxanaya yerləşdirməməməsindən ibarətdir.

Həkim işində yol verdiyi səhlənkarlığına görə hansı məsuliyyətə cəlb oluna bilinər?

Həkim işində yol verdiyi səhlənkarlığına görə müəssisə daxili intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilə bilinər.

Həkimlərin sahlankarlıqlarının bəziləri bunlardır:

  • Həkim xəstənin şikayətlərinə diqqətsiz yanaşır ki, bu da səhv diaqnoza və səmərəsiz müalicəyə səbəb olur.

  • Reabilitasiya dövründə həkim xəstənin vəziyyətinə diqqətsiz yanaşır və bu da xəstənin səhətində ağırlaşmalara və ya xəstəliyin təkrarlanmasına səbəb olur

  • Həkim tibb sirini yayır olsun və ya tibbi etikanı güdmür.

  • Müalicə müəyyən edilmiş müalicə müddətindən əvvəl başa çatdırıldığl üçün ağırlaşdırıcı fəsadlara səbəb oldur

İstənilən həkim peşəkar vəzifələri müəyyən edilmiş bir vəzifəli şəxsdir. Əgər həkim tərəfindən qəbul edilmiş qərar xəstənin səhətinə ciddi zərər vurmuş və ya onun ölümünə səbəb olmuşsa bu cinayət tərkibinin əmələ gəlməsi üçün əsas ola bilər. 

Lakin həkimin səhlənkarlığının sübuta yetirilməsi üçün dəqiq səbəbli əlaqə olmaldır, çünki qeyrimüəyyənlik olduğu halda tibbi heyyət məsuliyyətdən azad olur bu halda baş vermiş hadisə tibbi risk kimi qiymətləndirilir.

Более 350 работ на тему «врачебная халатность»: стоковые фото, картинки и  изображения royalty-free - iStock

Həkim səhlənkarlığlna görə cinayyət məsuliyyəti

Həkim işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır:

314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda:

1500  manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda:

2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.3. Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda:

3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Praktik misal:

Mama-ginekoloq tərəfindən “Qeysəriyyə əməliyyatının” vaxtında aparılmaması səbəbindən körpənin ölümü:

Hamilə qadın xəstəxanaya “dölyanı mayenin axması” ilə bağlı müraciət etmişdir. Növbətçi həkim “dölyanı mayenin axması” faktını qeydə alsa da dölün ürəkdöyüntüsünü müəyyən edə bilməmişdir. UZİ vasitsəi ilə dölün ürəkdöyüntüsünü müəyyən etmək mümkün olmuşdur - 102 zərbə dəqiqədə. Bütün protokollara əsasən qadın təxirəsalınmadan "Qeysəriyə əməliyyatı" edilməli olduğu halda həkim bunu etməmiş və bu 37 həftəlik uşağın ölümünə səbəb olmuşdur.

Məhkəmə istintaqı zamanı vaxtında "Qeysəriyyə əməliyyatı" etməmiş şəxsi təqsirli hesab edilərək AR Cinayət Məcəlləsinin 314.2-ci maddəsi 2 il müddətində azadlıqdan məhrumetmə cəzası almışdır.

Более 350 работ на тему «врачебная халатность»: стоковые фото, картинки и  изображения royalty-free - iStock

Həkim səhlənkarlığına görə müavinat

Həkim işində yol verdiyi səhlənkarlığa görə cinayət məsuliyyəti ilə yanaşı mülkü məsuliyyətə də cəlb oluna bilər.

Mülki məsuliyyət dedikdə həkimin səhlənkarklığl nəticəsində xəstəyə vurduğu maddi və mənəvi zərərə görə, həmçinin xəstə öldüyü təqdirdə onun ailə üzvlərinə mənəvi zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulur.

Mülki məsuliyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrində öz əksini tapmışdır

 

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

 

Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri

1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

 

Maddə 1127. Dəfn xərclərinin əvəzinin ödənilməsi 

Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

 

Həkimin səhfinə görə klinika məsuliyyət daşıyır?

Vurulmuş zərərə görə kompensasiya həkimdən səvai onun işlədiyi klinikadan da tələb edilə bilinər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Misal üçün: 

Uğursuz plastik əməliyyat nəticəsində şəxsə dəymiş ziyanı şəxs həm plastik xirurqdan həm də ki, onun əmək müqaviləsi üzrə işlədiyi klinikadan tələb edə bilər.

 

Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə istənilən hüquqi mübahisələr çox mürəkkəbdir  bu səbəbdən xəstənin və ya onun nümayəndələrinin maraqlarını məhkəmələrdə təmsil edə biləcək vəkil tələb ediliir.

 

#vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil # həkim səhlənkarlığı # həkim səhlənkarlığına görə müavinat

Şərh yaz