Uğursuz bir əməliyyatdan sonra plastik cərrahınızdan necə kompensasiya alacağınızı öyrənin. Pis plastik cərrahiyyə təcrübəsindən sonra problemi həll etməyin və müvafiq kompensasiyanın tələb edilməsi qaydası qeyd olunan məqallədə öz əksini tapmışdır.
Uğursuz plastik əməliyyat və onun hüquqi nəticələri.
Müasir zamanədə getdikcə daha çox insan plastik əməliyyatlarla bağlı cərrahların xidmətlərindən yararlanır.
Anadangəlmə və ya sonradan qazanılan estetik qüsuru aradan qaldırmaq üçün xanımlar çox vaxt özlərini həkim biçağının altına atırlar.
Lakin kifayyət qədər çox hallarda plastik əməliyyat keçirilmiş şəxslər əməliyyatın nəticəsindən narazı qalırlar.
Misal üçün: rinoplastika əməliyyatı nəticəsində şəxsin burununda çəpər əyriliyi əmələ gəlir, və yaxud əməliyyatdan sonra burun estetik cəhətdən arzuolunan kimi görsənmir.
Bəzi hallarda şəxs əməliyyatın fəsadlarının aradan qaldırılmasını və ya əməliyyata görə ödədiyi pulu geri qaytarılmasını plastik cərrahdan və ya klinikadan geri tələb etsə də bunun bir nəticəsi olmur.
Plastik əməliyyatın nəticəsindən narazı qalan şəxs pozulmuş hüquqlarını müdafiə etmək hüququna malikdir, lakin çoxları bunu hansı qaydada edəcəkyini bilmir. Bu halda, bu cür işlərdə ixtisaslaşmış peşəkar vəkil sizə kömək ola bilər.
Plastik əməliyyata başlamamışdan əvvəl şəxs əməliyyatı görəcək həkimlə və ya klinika ilə əməliyyat müqaviləsi bağlamalıdır. Plastik əməliyyatlara dair müqavilə bağlayarkən müqavilənin bütün şərtləri ilə diqqətlə tanış olmaq lazımdır.
Vacib məqamlardan biri odur ki, müqavilədə cərrahın vəzifələri dəqiq göstərilməlidir.
Misal üçün: burun əməliyyatı zamanı qeyd edilməlidir ki, cərrahi əməliyyat nəticəsində paseinten burunu kiçikləşdiriləcək, çəpər əyriliyi aradan qaldırılacaq və s.
Yəni həkimlə müzakirə etdiyiniz əldə etmək istədiyiniz nəticələrin hamısını dəqiqliqlə müqavilədə qeyd etməlisiniz.
Çox güman ki, sizə müqaviləni bağlayarkən müqavilənin şablon olduğunu qeyd edəcəklər, lakin siz müqaviləni diqqətlə oxumalısınız.
Plastik əməliyyata dair müqavilə hüquqi əhəmiyyətli sənəd olduğu səbəbindən tövsiyyə olunur ki, onu bağlamamışdan əvvəl müqaviləni vəkilə və ya hüquqşunasa göstərəsiniz.
Klinika sizin üçün bütün manipulyasiyaları, əməliyyata hazırlıq mərhələlərini və əməliyyatın özünü, habelə müqavilədə nəzərdə tutulduğu təqdirdə əməliyyatdan sonrakı müşahidəni özündə əks etdirən tibbi kitabça (kartoçka) yaratmağa borcludur.
Əməliyyatın nəticələrinə əsasən, klinika həyata keçirilən cərrahi müdaxiləni göstərən epikrez verməli, həmçinin sizinlə xidmətin yekunlaşması haqqında akt imzalamalıdır.
Əməliyyatdan sonra da əməliyyat üçün ödənilən bütün pulların qəbzləri tərəfinizdən saxlanılmalıdır.
Əməliyyat müqaviləsi və tibbi xidmətlərin göstərilməsi üçün qəbzlər sizin üçün əməliyyatın mənfi nəticələnəcəyi təqdirdə tibbi müdaxilə həmçinin çəkdiyiniz xərcin sübutu olacaqdır.
Plastik cərrahiyyənin nəticəsi sizi qane etmirsə, ilk növbədə əməliyyat keçirdiyiniz klinikaya (əməliyyatı etmiş şəxsə) yazılı şikayətinizi verməlisiniz və həmin şikayətdə tələbinizin nədən ibarət olduğunu aydın göstərməlisiniz.
Belə ki, “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikasının Qanunun” 5-ci maddəsinin 1-ci hissəsinə əsasən İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
Klinika, mövcud qanunvericiliyə uyğun olaraq, tibbi komissiya toplamalı, aparılan əməliyyatın keyfiyyətini, tibbi sənədlərin doldurulma keyfiyyətini yoxlamalı və xəstənin tələbi ilə müayinə keçirməli və səbəblərə dair rəy verməlidir.
Lakin, çox güman ki, sizə cavab olaraq bildirəcəklər ki, əməliyyat tam qaydasında sizin razılığınızla keçirilib və klnikanın həkiminin əməliyyatın fəasdı ilə bağlı heç bir təqsiri yoxdur..
Belə cavab aldığınız təqdirdə ilk öncə klinikadan tibbi əməliyyatın tarixçəsini əks etdirən tibbi kitabçanızın surətini tələb edin. Müraciət tarixindən etibarən 30 gün ərzində sizə təqdim edilməlidir.
Əgər klinikaya ünvanladığınız ərizə nəticəsində klinika tərəfindən məsələnin sizin xeyrinizə həll edilməsi istiqamətində heç bir hərəkət aparılmayıbsa onda növbəti addım kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət xidmətinə ərizə ilə müraciət edə bilərsiniz.
Beləki Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət xidmətin qanunvericiliyə əsasən qeyd olunan qurum istehlakçıların sərbəst seçim, keyfiyyətli və təhlükəsiz mal, iş və xidmətlər əldə etmək, məlumat almaq və digər hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması, bazara keyfiyyətsiz, təhlükəli malların çıxarılmasının qarşısının alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir.
Yuxarıda göstərilən təbrilər nəticə vermədiyi halda tərəfinizdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. İddia cavabdeh Klinikanın olduğu yer üzrə həmçinin iddiaçının yaşadığı yer üzrə də rayon məhkəməsinə verilə bilər. Dövlət rüsumu isə tələb ediləcək məbləğdən asılıdır.
Məhkəmə çox hallarda həkim səhlənkarlığnı müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edir və ekspertizanın nəticəsinə uyğun olaraq qərar qəbul edir ki həkim səhlənkarlığı olub ya yox.
Ekpertiza xəstəyə əməliyyatın keyfiyyətsiz olduğunu sübut etməyə, müvafiq əməliyyat zamanı həkimin səhvlərini müəyyən etməyə, plastik cərrahiyyə zamanı müəyyən səhvlərin baş verməsində həkimin günahını təyin etməyə kömək edəcəkdir. Ekspertin qarşısında qoyulan sualların siyahısı çox fərqli ola bilər.
Ekspertiza şəxs tərəfindən iddia qaldırmazdan əvvəl, habelə məhkəməyə iddia ərizəsi verildikdən sonra aparıla bilər. Lakin bu vəziyyətdə vacib bir məqamı diqqətə almaq lazımdır ki, tibbi xidmətlərin göstərilməsinin nəticələrinin vaxtında qeyd edilməlidir, çünki bəzi çatışmazlıqlar zaman keçdikcə daha az nəzərə çarpacaq və müvafiq olaraq sonrakı müayinə ilkin müayinədən bir qədər fərqli nəticələr göstərə bilər.
Müayinə zamanı şəxsin təqdim etdiyi tibbi sənədlərə və ya məhkəmə işindən materiallara, həmçinin xəsarət alan xəstənin özü də müayinə olunacaq. Ekspertizanın nəticələrinə əsasən ekspert onun qarşısında qoyulmuş suallara dair rəyləri olmaqla müvafiq ekspertiza rəyi verəcəkdir.
Plastik cərrah nə kimi məsuliyyət daşıyır?
Plastik əməliyyatı düzgün aparmamış cərrah həm mülkü həm də ki, cinayyət məsuliyyətinə cəlb edilə bilinər. Cərrahın mülki məsuliyyətə cəlb edilməsi nəticəsində pasientə kompensasiya ödənilir. Mülkü məsulisayyətə həmçinin klinikada cəlb edilə bilinər.
Mülki məsuliyyət ondan ibarətdir ki, iddiaçının tələbi ilə məhkəmə cərrah və ya klinikanın işində buraxdığı nöqasana görə xəstəyə və ya onun ailə üzvlərinə maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər.
Xəstə əməliyyat nəticəsində vəfat etdikdə və ya onun sağlamlığına ağır zərar dəydikdə isə əməliyyətı həyatə keçirmiş həkim cinayyət məsuliyyətinə də cəlb oluna bilinər.
Bu halda cərrah Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyətə cəlb edilir
AR CM-nin 314.1-ci maddəsində qeyd edilir
Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—
1500 manatdan 3000 min manatadək miqdarda cərimə və ya iki 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul etdikdən sonra onu icra olunamsı üçün müvafiq icra şöbəsinə göndərir və həmin qurum tərəfidən kompensasiyanın ödənilməsi təmin edilir.
Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə istənilən hüquqi mübahisələr çox mürəkkəbdir və xəstənin və ya onun nümayəndələrinin maraqlarını məhkəmələrdə təmsil edə biləcək hüquqşunas və ya vəkilin cəlb edilməsini tələb edir.
#Vəkil # vəkil xidmətləri # qanun # torpaq məcəlləsi # kupçanın alınması # çıxarışın alınması # tibbi hüquq
Şərhlər
Mədətzadə Əsmər 2024-08-01 16:44:39
Salam,Burun əməliyyatı olmuşam amma burnum istediyim formada deyil.
Şərh yaz