Hüquqi yardım

Uşaqla ünsiyyət hüququ
19 Fev

Uşaqla ünsiyyət hüququ

Boşanma prosesindən sonra valideynlərin uşaqlarla ünsiyyət hüquqları və bu prosesin Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi çərçivəsində necə tənzimləndiyi haqqında ətraflı baxış. Bu məqalə, boşanmış valideynlərin uşaqları ilə sağlam və qanuni əsasda ünsiyyət qurmağa necə davam edə biləcəkləri üzərində durur.

Boşanmadan sonar valideynlərin uşaqla ünsiyyət hüquq ilə bağlı əsasə məqamlar

Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi valideynlərə uşaqların tərbiyəsində iştirak etmək və valideyn hüquqlarını həyata keçirmək üçün bərabər hüquqlar verir. Boşanmadan sonra  mürəkkəb psixoloji vəziyyətə baxmayaraq, uşaqlar anası ilə və atası ilə tam hüquqlu ünsiyyətdən məhrum olmamalıdırlar. 

Təcrübə göstərir ki, boşanmış şəxslər arasında uşaqla görüş barədə qarşılıqlı razılaşmalar nadir hallarda baş tutur və keçmiş həyat yoldaşları uşaqlarla normal münasibətləri saxlamaq əvəzinə, maraqlar münaqişəsinə başlayır və uşağı təzyiq vasitəsi kimi istifadə edirlər. Belə ki, ədavət nəticəsində ata uşaqların saxlanılması və tərbiyəsindən açıq şəkildə imtina edə bilər, ana isə uşaqların keçmiş həyat yoldaşı ilə tam hüquqlu ünsiyyətə hər cür maneə törədə bilər. Bu vəziyyətdə uşaqlar əziyyət çəkir və münaqişə tez-tez məhkəmə mübahisəsinə çatır

Statistikaya əasən boşanmadan sonra uşaqlar daha çox  analarla qalır ki, bu da anaların öz hüquqlarından sui-istifadə etməsinə səbəb olur. İncikliklər, maddi iddialar, intiqam almaq istəyi kimi səbəblər uşağın atası ilə ünsiyyət qaydasının ananın tərəfindən müstəqil müəyyən edilməsi, birgə vaxt keçirmək üçün vaxtın məhdudlaşdırılması və ya görüşlərə tamamilə icazə verilməməsi kimi vəziyyətlərə yol açır.

 

Hansı hallarda atanın uşaqla görüş hüququ məhdudlaşdırıla bilinər?

Uşaqla görüşlərin məhdudlaşdırılması hüquqi mexanizmlərlə müəyyən edilən hallar da var. Əgər ünsiyyət uşağa psixoloji travma vurur, uşağın tam hüquqlu fiziki inkişafına mane olur, əgər ata əxlaqsız həyat tərzi sürür, alkoqol və ya narkotik maddələrdən sui-istifadə edirsə, ana məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər.

Digər hallarda, atanın ünsiyyətini məhdudlaşdırmaq üçün hüquqi əsaslar yoxdur. Bundan əlavə, əgər ana qeyri-qanuni şəkildə görüşləri məhdudlaşdırırsa və ya uşaqları atanın əleyhinə qarşı tərbiyə edirsə, ata, məhkəməyə müraciət edərək ünsiyyət qaydasını məhkəmə qaydasında müəyyən etmək hüququna malikdir. 

 

Boşanmadan sonra uşaqla ünsiyyət məsələsi necə tənzimlənməlidir?

Boşanmadan sonra tərəflər öz aralarında uşaqla ünsiyyət məsələsini həll edə bilərlər. Belə olan halda uşaq heç bir psixoloji travma almır və hər iki valideyinlərinə eyni gözlə baxır. Bu mümkün olmadığı təqdirdə isə tərəflər mediatora müraciət edə bilərlər və mediator yazılı qaydada onlar arasında görüş vaxtlarını müəyyən edə bilər. Ən son halda isə tərəflər heç cür razılıq əldə edə bilmədikləri təqdirdə isə, bu məsələ məhkəmə müstəvisində həll olunur. Uşaqla ünsiyyət hüqunun təmin edilməsini tələb edən şəxs iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət edir.

 

Boşanmış ata hansı günlər öz övladı ilə görüşmək hüququna malikdir?

Uşaqla ünsiyyət vaxtı ilk öncə tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilməlidir. Bu mümkün olmadığı təqdirdə isə yuxarıda göstərilən kimi, görüş vaxtı məhkəmə tərəfindən müəyyən edilə bilər.

Məhkəmələr uşaqla görüş haqqında qərar qəbul edərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında"  Qərarını rəhbər tutur. Qeyd edək ki həmin qərara əsasən - daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsi;

Порядок общения с ребенком

Uşaqla ünsiyyət məsələlərinə baxılan zaman məhkəmələr tərəfindən nəzərə alınan digər amillər

Məhkəmə qərarı verilərkən bir çox amillər nəzərə alınır. Bunlar arasında atanın maddi imkanı, işinin xüsusiyyəti, digər işlərlə məşğuliyyəti, məsafə və ya yeni ailə vəziyyəti kimi məsələlər. Bundan başqa uşağa olan bağlılıq dərəcəsi və digər önəmli şərait də diqqətə alınır. Məntiqli olaraq, bir yaşlı körpə ilə və 12 yaşında olan yeniyetmə ilə atanın görüş müddətinin fərqli olacağını gözləmək olar. İlk halda, məhkəmə bir neçə gündə bir yarım saatla məhdudlaşdıra bilər, ikinci halda isə, ata uşağı bütün həftə sonlarına və ya hətta tətilə götürmək hüququna malik ola bilər. Birgə vaxt keçirmənin yolu da dəyişir: ilk halda, körpənin anasız belə bir görüşün təsəvvürü çətin olduğu halda, ikinci halda, atanın davranışı uşağın qanuni hüquq və maraqlarını pozmadığı və ona təhlükə yaratmadığı müddətdə, tam azadlıq verilir.

 

 Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququ

Boşanmadan sonra adətən ana uşaqların nəinki ataları ilə həmçinin uşağın digər qohumları ilə də əlaqə saxlamasına maneəçilik göstərir.

Lakin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən Baba, nənə, qardaş, bacı və digər qohumların da uşaqla ünsiyyət hüququları vardır. 

Belə ki, qanunvericiliyə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə İcra Hakimiyyətinin nəzdində olan Qəyyumluq və Hİmayəçilik komitəsi  valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.

Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.

 

Uşaqla üsniyyətlə bağlı iddia ərizəsi

Digər ailə məsələləri kimi, uşaqla üsniyyət hüququnun təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl ünsiyyət hüququnun təmin edilməsini tələb edən şəxs ilkin olaraq Mediasiya şurasına müraciət etməlidir. Əgə məsələni mediator vasitəsi ilə həll etmək mümkün olmazsa onda iddiaçı cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər.

Bu cür işlər ilə bağlı əksər hallarda məhkəmə rəy alınması üçün uşağın yaşadığı yer üzrə rayon İcra Hakiiyyətinin Qəyyumluq və Himayəçilik komitəsinə müraciət edir və komitənin rəyini nəzərə alaraq ünsiyyətin vaxtını və formasını müəyyən edir.

Üşaqla ünsiyyət hüququna dair məhkəmə işləri iddia ərizəsi məhkəməyə daxil olduğun andan 3-6 ay ərzində yekunlaşır.

 

Uşaqla ünsiyyətlə bağlı qərarın icra edilməməsinə görə məsuliyyət

Əgər valideynlərdən biri məhkəmə tərəfindən müəyyən edilmiş və ya  mediasiya qaydasında yazılı razılaşma ilə qəbul edilmiş ünsiyyət qaydasını pozur, ikinci valideynin qanuni hüquqlarına mane olur və ya uşağa mənfi təsir göstərir, bu, məhkəmə qərarının icra edilməməsi kimi qiymətləndirilə bilər.

Belə ki, Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 306-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - 2000 manatdan 4000 min manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

#Boşanma sonrası ünsiyyət # Valideyn hüquqları Azərbaycan # Uşaqla görüş hüququ # Azərbaycan ailə məcəlləsi # Boşanma və uşaqlar # Ata-ananın uşaqla ünsiyyəti # Uşaq tərbiyəsi hüququ # Mediasiya və uşaqla ünsiyyət # Uşaqla ünsiyyət qaydaları # Qohumların ünsiyyət hüququ # Məhkəmə qərarları və uşaqla ünsiyyət # Cinayət Məcəlləsi və ünsiyyət hüququnun pozulması # Uşaqla ünsiyyət məsuliyyəti # Boşanmış valideynlərin hüquqları # Uşaq psixologiyası və boşanma

Şərhlər

  • Aygün əliyeva 2024-04-03 03:02:33

    SALAM məhkəmə usaglarimi MƏNƏ versede ıcra olunmur birildiki gormyrem

    İcra məmuruna müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Aygün əliyeva 2024-04-03 03:05:55

    Dayana bilmirəm getmədiyini YER qalmayıb icra məhkəmə oropasya şöbələrində baxmir

  • Xanim Memmedsoy 2024-05-09 00:40:35

    Salam iki uşağim var boşanmağ isteyirem boşandiğda uşağlar mənde qalsa və mən sonra Turkiyede yaşamağ qerarina gəlsəm uşağlarimla beraber bunun uçun atadan icazə almağ lazmdir??Lazimdirsa ,icaze vermese bu proses mehkeme yoluyla ne qeder çəkə biler??

    Bəli mütləq atadan icazə almalısnız. İcazə verilmadiyi təqdirdə icazənin məhkəmə qaydasında verilməsini tələb edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Səməd aslanov 2024-07-21 21:42:27

    Salam cənab ailəmlə ayrılıram 2 övladım var dövlət işində işləyirəm 1200 manat maiş alıram anamda mənim lə qalır bilmək istəyirəm nə qədər aliment ödəməliyəm və bütün toy qızlarımız yoldaşımdadı və geri almaq mümkündü? Təşəkkür edirəm.

    Gəliriniz rəsmidirsə onun 1/3 hissəsi aliment kimi tutula bilər. Hədiyyə etdiyiniz qızılları isə geri tələb edə bilmərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elnur Rəsulzadə 2024-08-18 09:30:55

    Salam. Mən 4 ilə yaxındır ki boşanmışam. Qız övladımla ünsiyyətlə bağlı məhkəmə qərarı var, amma uşağın anası buna imkan vermir. Hər dəfə qızımı icra şöbəsinə ünsiyyət üçün gətirəndə anası mənimlə dava-dalaş salır və ünsiyyətə mane olur. Uşaq da hey istəmirəm deyərək mənimlə ünsiyyət saxlamır. İcra məmuru da hər dəfə akt tərtib edir və qeyd edir ki, uşaq atası ilə ünsiyyətdən imtina edir. Uşağın bu il 10 yaşı tamam olub. Ona anası tərəfindən təzyiq olunub-olunmadığını və öz fikrini ifadə etdiyini müəyyən etmək üçün nə etmək lazımdır?

    Siz icra məmurundan tələb edə bilərsiniz ki, psixoloqun iştirakını təmin etsin Vəkil Qulam İsmayılzadə
  • Orxan.Nesirov. 2024-08-21 15:45:10

    Salam qulam bey.Boşanma erefesindeyik,qarşi teref mülk teleb edir adima nigahdan evvel torpaq sahesi yari tikili var.qeydiyatda atamina adina olan evde yasayiriq.resmi gelirim yoxdu.konpensasiya teleb edecek.hansi halda özümü müdafiye ede bilerem?xaiş edirem kömeklik gösderin.Nezerinize çatdirim uşağimin yasadiği yerden bele xeberim yoxdu mediasiyaya müraciet etmişem.Mene ne tövsiye edirsiz?

    Xahiş olunur hüquqla bağlı sual verin Vəkil Qulam İsmayılzadə
  • Kamilov Ramil 2024-08-28 16:22:09

    Salam. Yoldashim xarici vetandash oldugu uchun boshandiqdan sonra ushaqlarnan bir gedib olkeden. Ushaqlari gormek uchun her defe gedib gelmeye maddi imkan yoxdu. Bu halda ne etmeliyem? Ushaqlari gore bilmirem mennen alimentde teleb edir; zehmet olmasa bu haqda bir istiqamet veresini. Teshekkurler:

    Uşaqlla ünsiyyətin təmin edilməsi ilə bağlı məhkəməyə müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Tamilla Ələkbərova 2024-09-09 15:49:51

    Salam bağışlayın narahat edirəm sizdən bir şey soruşmaq istəyirəm mən gələcəkdə vəkil daha sonra isə prakror olmaq istəyirəm lakin ailəmdən biri məhkum olub bu mənim vəkil yada prakror olmaqıma manedi?

    Vəkil olmağınıza maneə törədə bilməz. Vəkil Qulam İsmayılzadə
  • Ismayilova Şahnaz 2024-09-30 11:13:37

    13 ildir ki boşanmişam,bu erefede uşağin atasi heç oğlum ilə nə qörmək istəyib nədə maraqlanmayıb, sadəcə məhkəmə yolu ilə aliment tutulur maaşından, yani könüllü ödəmək istəməyib,çünkü işlədiyini məhkəmədən qizlədirdi,və 13 il bunnan əvvəl mənnən boşanan kimi dərhal başqası ilə evlənib və 2 uşaği var 2ci evlilikdən,hətta o məni hamilə olarkən atıb,və hətta doğum evindən cıxarkən belə məni doğum evindən cıxarkən qelməmişdir cunkü tüfeyli həyat sürməkdə idi. Hal hazırda məhkəməyə uşaq ilə unsiyyət ilə bağlı erizə ilə müraciyət edib və məhkəmədə onun istəyini yerinə yetirmək istəyir. Bunuda deyim ki məhkəmə qedişatinda mənə atdiği şər böhtan adima ləkə vuran söz qalmayıb hakim isə buna qöz yumur ,deyir ehşi qoy nə deyir desinlər...bu sizin ailə münaqişəsidir, mən uşaq ilə ünsiyyətdə olmaq işinizə baxıram...fikir verməyin...allah sebir versin..və s... Halbuki uşağim isə nə məhkəməyə qetmək istəmir nədə qörmək istəmir,cünkü 10 ilə yaxındır ki oğlumun böyrəyində problem var ,amma buna hec bir məhəl qoymur hakim deyir bir təhər qetirim oğlumu məhkəməyə qoy özü desin ki istəmir atasını qörmek.Ata deyilən şəxsin belə üzünü qörmədiyi halda 13 il erzində hansı atadan söhbət qedə bilər axi.Hətta mən iddia erizzəyə öz münasibətimidə etiraz erizəm ilə bildirmişdim, lakin hakim bunu nəzərə almayıb və işi İcra Hakimiyyətinə qöndərib Qəyyumluq və Himayəçilik Şöbəsinə rəy almaq üçün, onlarda bioloji atanin ana ata evinə baxış keçirərək rəy verib məhkəməyə qöndəriblər,mənim ilə qüya elaqə yaratmaq istəsələrdə qüya bilərəkdən imkan yaratmadiğimi bildiriblər. Xaiş edirəm köməklik qösterəsiniz. Qeyd edim ki 14 ildir ki mən tək başina övlad böyüdürəm ,evimdə yoxdu kirayədə qalıram hər ay 350-400 man pul ödəyirəm .bioloji atadir o ,hansinin ki 10.000 man yaxın borcu aşkar olduğu andan uşaği olduğu yadına düşüb.Artıq 7 ay tmm olub məhkəmə prosesi qedir və buda oğlumun psixoloji durumuna ziyan vurur və mənim.ümimiyətlə mənim rahat yaşamağ hüququmu elindən alır bu şəxs..

    Sualınız nədən ibarətdir ? Vəkil Qulam İsmayılzadə
  • Samirə Əliyeva 2024-10-15 00:33:19

    Salam, boşanma ərəfəsindəyəm.Bir ilə yaxındır ki boşanma ərizəsi vermişəm.Dord övladım var, evden çıxarkən qızlar mənlə gəldi, oğlanları təzyiqlə yanında saxladı.Ondan sonra nənə,bibi ve atanın təsiri ilə uşaqlar telefonda təhqiramiz ifadələr işlədib səslər atırdılar.bilirdimki,oyrədilirlər.amma qəyyumluq da,ekspertiza bildirdilər ki, uşaqların sərbəst fikirləridir.Ozum 21ildirki müəllimə işləyirəm,əxlaqimla, psixoloji durumumla bağlı heç bir problemim olmadığı halda uşaqları mənlə görüşməyə qoymur.Ovladlarim üçün çox pis oluram.bilmirəm kimə,hara müraciət edim ki, onlarla görüşə bilim.Məktəbdə uzaqdan uzağa görürəm, yaxın gəlmirlər,mən də onlara tərəf gedəndə təhqir edirlər.Tərbiyələri,dərsə davamiyyətləri heç olub gedib.Cox xahiş edirəm,mənə köməklik edin

    Uşaqların kimin yanında qalmasını məhkəmə müəyyən edir. Vəkil Qulam İsmayılzadə
  • Həsənli Orxan S oğlu 2024-10-30 11:53:02

    Salam ana rayon uçotundadı ancaq Bakıda yaşayır ata Bakı uçotudu indi uşaqla ünsiyyət üçün mən hansı mediasiya şöbəsinə müraciyət etməliyəm rayon?yoxsa Bakı?TŞK lər

    Cavabdehin qeydiyyat yeri üzrə. Vəkil Qulam İsmayılzadə
  • Cəlilova 2024-10-31 20:27:01

    Salam.Mənim nigahım pozulub 8 yaşında uşağım var ata uşaqla ünsiyyət üçün mediasiyaya müraciət edib mediasiya uşaqla görüşdən əlavədə həfdə içi uşağın razılığı əsasında da gecələməyi tələb edib məndə razılıq vermişəm bir dəfə gəlib uşaq getməyib ondan sonra bir il maraqlanmayıb indi əlində məhkəməyə müraciət edib yenə razılıq vermişəm 6 həfdədir gorusədə gəlməyib gəlsə belə uşaq görüşü isdəyir ama gecələməydə razılıq vermir sualım bundan ibarətdir ki,uşağın razılığı olmasa məhkəmə qərarı uşağı atasıyla bağlı gecələməyinə məcbur edə bilər ya yox

    Bəli. Vəkil Qulam İsmayılzadə
  • Siraliyev rasim 2024-11-15 11:30:50

    Salam Mellim bizde olan problem getnameyle uwag anaya verilib .atanin uwagla unsiyeti var alti bazar qalmag wertiyle sadece ata uwaglari geyri qanuni gun mektebden qacirdir aparir getirmir uwaglar aglayirki biz gorwe getmek istemirik atalariyla goruw istemirler uwagi aglaya aglaya yola salmaliyiqki uwagin beyni temiz pozulub istemir ne etmek lazimdir

  • samir 2024-11-19 16:46:55

    Salam 2 yaşlı uşaqla altı bazr günləri uşağın atada qalmasına dair məhkəməyə müraciət eləmək olar, bilərsə məhkəmə təmin edər iddianı?

  • Gunel 2024-12-10 00:13:25

    Salam.2 həftədir ata evindəyəm.Ailə münaqişəsi iıə bağlı yoldaşımla telefon danışığında bir məsələ ilə bağlı onun istəyinə qarşı çıxdığım üçün mənə boşanmaq istədiyini,çıxıb getməyimi tələb etdi.Mənim də qaynanamla söhbətimin nəticəsi qarşı tərəfdən müsbət gəlmədiyi üçün,həmçinin atamın yoldaşımla danışaraq problemi həll etmək səyi müsbət nəticə vermədiyi üçün sonda atam mənim də razılığım əsasında məni ata evinə uşaqlarımla bərabər gətirdi.2 qızım var 2 yaş və 4 yaşında. 2 həftədir gözləyirəm ancaq qarşı tərəf ya barışıq üçün,ya da boşanma üçün hərəkət etmir.2 həftə içərisində 6-7 dəfə uşaqları atası mənə deyərək mənim yanımdan götürüb vaxt keçirdib öz evində.Ata öz ana və atasıyla yaşayır və belə ki uşaqlar həm də nənə,baba,bibi,atanı da görürlər.Ancaq ata bəzi nüanslara diqqət etmir.Uşaqları 1 saata gətirəcəm deyir ancaq 3-4 saatdan sonra gətirir,tələb etdikdə isə uşaqların özlərinin gəlmək istəmədiyini qeyd edir.Tələbim davam etdiyi təqdirdə uşaqları mənə gətirir.Qeyd edim ki,həmçinin atası yuxu vaxtlarında uşaqları aparır,gündüzlər apardıqda uşaqlar ümimiyyətcə rejimləri pozulur və atalarının yanında olanda yatmırlar,çünki yatızdırmırlar.mənim yanıma qayıtdıqdan sonra axşam yatızdırmaq istədikdə bu zaman əziyyət çəkirəm.Çünki günorta yuxuları vaxtı apardığı və özü də uşaqları evində olarkən yatızdırmadığı üçün gecələr huysuzlanırlar və yaxşı yatmırlar.Birdən isə axşam 9da yuxu vaxtı olduğunu bildiyi təqdirdə, aparır və gec gətirir saat 10da.Uşaqları istədiyi vaxtı aparıb istədiyi qədər vaxt keçirmək istəyir bəzən 5-6 saat olur.Mən isə buna razı deyiləm özünə də neçə dəfə xəbərdar etdiyim təqdirdə eyni prosesi davam etdirir.Ya barışmaq üçün hərəkət etmir,ya da ərizə vermir boşanmağa.Məndən tələb edir ki mən ərizə verim boşanmaq üçün.Ancaq özünə də demişəm ki mən boşanmaq istəməmişəm onun telefonda boşanma istəyinə və çıxıb getməyimi tələb etdiyinə görə ata evimə gəlmişəm.Sualım belədi: bu halda mənim uşaqlarla atanın ünsiyyətinə mane olmaq hüququm var mı?Mən atanın ailə məsələmizlə bağlı qərar vermədiyi üçün,uşaqların da aralıqda qalmaması üçün atayla uşaqların görüşünə imkan verməmək haqqım var mı?

Şərh yaz