Sual-cavab

Boşanma prosesi tərəflərdən birnin mediasiya təşkilatına müraciət etməsi ilə başlayır. Ər və ya arvad mediatora müraciət etdikdən sonra mediator əvvəlcədən müəyyən edilmiş vaxtda ilkin mediasiya sesiyası təşkil edir və tərəfləri dəvət edir. Əgər tərəflər ilkin mediasiya sesiyyasında hər hansı bir razılığa gəlmirlərsə və ya iştirak etməkdən imtina edirlərsə mediator onlara ilkin medisiyanın baş tutmaması haqqında arayış təqdim edir. Həmin arayışı aldıqdan sonra artıq şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Məhkəmədə boşanma prosesi orta hesabla 3-4 aya çəkir (tərədlərin razılığı və işin hallarından asılı olaraq). İşin yekununda məhkəmə nikahın pozulması, uşaq varsa onun kimin yanında qalması və alimentin müəyyən edilməsi haqqında qətnamə qəbul edir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra isə tərəflər nikahın pozulması haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət edə bilər.

Uşaqlar üçün alimentin ödənilməsi 18 yaşına qədər nəzərdə tutulubdur.

 

Boşanma zamanı uşağın kimdə qalması məsələsini məhkəmə həll edir. Bu halda tərəflərin maddi və mənəvi vəziyyəti həmçinin uşaqların yaşına görə fikri də nəzərə alınır.

Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, şəxsin öz əmlak vəziyyətini bərpa etmək hüququdur.

Boşanmaq üçün ilk növbədə mediasiya təşkilatına daha sonra isə məhkəməyə müraciət edilməlidir.

Əmtəə nişanı – şirkət adı, firma nişanı, malın adıdır, digər  sözlə müəyyən şirkətin mallarını (və ya xidmətlərini)  digər şirkətin mallarından fərqləndirmək üçün müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçən nişandır (işarədir).

Uşaq deyəndə 18 yaşına çatmamış şəxs nəzərdə tutulur. Digər vətəndaşlar kimi də uşaqların da əsas hüquqlar var bunlar  keyfiyyətli təhsil almaq, sağlam yaşamaq, sosial təminatlı olmaq, valideyinlərlə ünsiyyətdə olmaq, zorakılığa məruz qalmamaq və s. kimi hüquqlardan ibarətdir.

Patent müəlliflik və patentləşdirmə obyektindən istifadənin müstəsna hüquqlarını təmin edən sənəddir. Qanunvericiliyə uyğun olaraq obyektlərin patentləşdirilməsinin aşağıdakı növləri vardır: 

  • ixtira
  • faydalı model
  • sənaye nümunəsi

Patent hüquqlarının əldə edilməsi ixtiranın qoruması üçün keyfiyyətli vasitədir.

Vergi dövlətin və bələdiyyələrin fəaliyyətini maliyyə cəhətdən təmin etmək məqsədi ilə təşkilatlardan və fiziki şəxslərdən alınan məcburi, fərdi qaydada hesablanan əvəzsiz ödənişdir.

Rezident - müəyyən ölkədə qeydiyyatdan keçmiş, və həmin ölkənin qanunvericiliyə tam tabe olan hüquqi və ya fiziki şəxs

Hüquq - ictimai münasibətləri tənzimləyən, müəyyən edilmiş qaydada qəbul edilmiş, dövlət tərəfindən zəmanət verilən məcburi, formal (yazılı qaydada) müəyyən edilmiş davranış qaydaları sistemidir.

Dividend şirkətin biznes fəaliyyəti nəticəsində əlda edilən gəlirinin payçılar, arasında payların (səhmlərin) sayına və növünə uyğun olaraq bölüşdürülən hissəsidir.

İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

Ərizədə aşağıdakılar göstərilməlidir:

  • ərizənin verildiyi məhkəmənin adı;

  • iddiaçının, cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); [1

  • iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;

  • müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;

  • Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;

VÖEN - Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi Azərbaycan Respublikasında vergi ödəyicilərinin qeydiyyatını formalaşdıran rəqəmsal koddur. Vergi Xidməti tərəfindən həm hüquqi, həm də fiziki şəxslərin vergi uçotu üçün təyin edilir.

ƏDV - Əlavə dəyər vergisi malların, işlərin və xidmətlərin istehsalı prosesində yaradılan məhsulun, işin və ya xidmətin əlavə dəyərinin bir hissəsinin dövlət büdcəsinə ödənilməsi formasında olan dolayı vergidir.

ƏDV-nin tətbiqi nəticəsində malın, işin və ya xidmətin son istehlakçısı satıcıya aldığı malın bütün dəyərinə görə vergi ödəyir, lakin bu məbləğ yekun satışdan daha tez büdcəyə daxil olmağa başlayır.

VÖEN almağın ən asan metodu asan imza almaq İnternet Vergi İdarəsindən https://www.e-taxes.gov.az/  qeydiyyatdan keçməkdir. Bundan başqa ASAN Xidmət mərkəzlərinə yaxınlaşaraq da Vergi Xidmətindən qeydiyyatdan keçərək VÖEN ala bilərsiniz.