Adam döyməyə görə şəxsi hansı cəza gözləyir?
Təəssüflər olsun ki, insanlar bəzi hallarda aralarında yaranan mübahisəni sivil qaydada (məhkəmə və s.) həll etməyə üstünlük vermirlər. Müəyyən səbəblərdən mübahisələr fiziki zorakılıqla, yəni, döymə, xəsarət yetirmə ilə nəticələnir. Bəs bu halda qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub?
Döymə İnzibati Xətalar Məcəlləsində təsbit olunmuş inzibati xətadır. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs ala bilərsiniz.
Əgər döyməklə şəxsin sağlamlığına ağır, az ağır və ya yüngül zərər vursanız, Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəksiniz. Burada isə bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakterindən asılı olaraq, cəza (azadlıqdan məhrumetmə) nəzərdə tutulub.
Şərhlər
Quluyev xeyal zaur oglu 2022-09-29 12:59:13
Salam.menim qardasim 5 nefer terefinnen islediyi marketin qarsisinda doyulerek tehqir olunub.bunun qanunla cezasi nedi?
Vəsilə 2022-10-03 23:48:55
Salam mənə qarsi evimde döyülmə oldu o adamin mənə borcu ola ola evmin usdunə gəldu qolum xesaret aldi ekspert 10gundu rey gəlmiyib
Elnur Eliyev 2022-10-12 00:57:25
Salam menim evime heyetime hucum eden soyuş soyen şexsi vurdum ve bedeninde xesaretler yarandi menen polise şikayet edib ve qanunda hansi teref haqliyiq ve men ne etmeliyem
Əziz 2022-10-15 13:51:44
Salam men 4 nefer terefinden ikisi qadin ikisi kiwi olmaqla doyulmusem.sol dosqefesin ezilmesi sag ayaq pence ezilmesi gematom sag qulaqin ezilmesi 6aydi iwi yuvandirirlar sebeb demediyim soz ustunde doyulmusem telefonlarim sindirilib ve 100azn pulum ogurlanib eve cagrilmaqla.ozumde dovlet iwcisiyem.nece vaxti iwi mehkemeye yoneltmirler ne etmeliyem
Xəyyam 2022-10-30 19:32:09
Salam mənim əmi oğlum adam döyüb.Döyülən adam öz evinde döyülüb.cəzasi nədir zəhmət olmasa.Çox sağolun
ebil memmedov 2022-11-28 14:43:06
salam her vaxtiniz xeyir. menim yoldawim muellimedi mektebde. tanimafigi qadin uwaqlarin yaninda yoldawimi doyub qacib. bunun cezasi nedir.? birde ekspertin reyi nece gune cixir?
Mahmud Suleymanov 2022-12-08 23:50:44
Salam xalam oğlu devlet memurunu gedib onun iş yerində doyubdu .onu nə cəza gözləyir.beden xəsarəti yüngül olanda ,orta olanda bir də ki ağır olanda hansı cəzalar gözləyir zəhmət olmasa deyerdiz
tofik quliyev 2022-12-16 08:57:12
Salam.Bir neferin borcu var ve vermekden boyun qacirir telefondsa danisarken soyus soydu ve mende onu soydum ne etmeli xahis edirem komek edesiniz. Ònceden tesekkurler
Nəsimi Əbişov 2022-12-17 14:19:33
Salam yeznəmi döymüşəm və başının alın tərəfinə xəsarət dəyib, məni polisə vermişdi polis aparıb başına xəsdəxanada tikiş düşüb ama eksbertizadan keçməyib, soradan barışdığ və barışığ ərzəsi yazıldı indi məni hansısa pul və yaxud həps cəzası olmalıdırmı ?
İlkin Əliyev 2023-02-03 20:15:45
Salam. Yolda gedəndə nişanlıma söz atdığı üçün şəhərin mərkəzində bir nəfəri döymüşəmsə, bu halda onun bu hərəkəti mənə haqq qazandırır, ya ya cəzamın yüngülləşmısinə səbəb olur? 2-3, yumruq vurmuşam və yüngül dəri üstü xəsarətlərdən başqa heç nəyi yoxdur. Ekspertiza da xəsarəti ağır hesab etməsə mənim aqibətim necə olacaq?
Şərh yaz