Bu bloq yazısı ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manata qədər artırılması və onun aliment məbləğinə necə təsir etməsinə dair hüquqi analizi ehtiva edir.
“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Yaşayış minimumu nədir?
Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
Hər il ölkə üzrə müəyyən edilən yaşayış minimumu əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsində rol oynayır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Yaşayış minimumunun artması alimentin məbləğinə necə təsir göstərir?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.
Yəni, bir uşağın saxlanması üçün hazırda minimum məbləğ 220 manat təşkil edir. Buna görə də əvvəlki illərdə 220 manatdan az məbləğdə müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı maraqlı şəxslər məhkəməyə müraciət edə bilər. Məhkəmə işin hallarını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 220 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.
#aliment # yaşayış minimumu # uşağın saxlanması # vəkil # hüquq # vekil # huquq # aliment pulu
Şərhlər
Eli 2026-10-22 18:07:46
Men daxili qoşunda MAXE idim qadin 102ye şantaj hədə ilə şikayət etdi 156e ilə çıxdım işdən töhmət şiddətli töhmət var 102var yeni inzibati məhkəməye versəm.legv olunar
Məmmədova Nərgiz 2025-06-02 14:27:12
Salam, alimentin 0,47 misli artırılması nə qədər artırılması deməkdir? 140 manat alırdım, indi 0,47 misli artırılıb. Artım ilə nə qədər alacam? Zəhmət olmasa cavab yazarsız, öncədən təşəkkür edirəm
Cavid İbrahimov 2025-01-18 17:56:44
Salam aliment ələ gələn gəlirdən 4/1 hissə tutulur yoxsa rəsmi vəzifə maaşından?
Aysen 2024-11-16 21:06:03
Salam menım yoldasım 3 aydan artıq Rusiyada qalıb hardasa 9 ay və tutublar ona ayın 10 na vaxt qoymusdlar geldı o deport oluna bilər yoxsa yox xaıs edırem yazarszı
Aylin 2024-11-13 02:24:01
Salam . xəyanətə görə boşananda uşaq anadan alına bilər?
P.Qasimova 2024-11-05 21:45:01
Salam,2 usaga gore mehkeme maasin 3 de birin 240 man ve eleve her usaga 50 man aliment teyin edib.Apelyasiya mehkemesine muraciet etsem artirmaq mukundur?
Seyidoa Ü 2024-08-16 00:29:17
Salam. Mənim yoldaşım məndən qabaq 2 dəfə ailəli olub birindən 1 birindən 2 uşaqı var maaşı 340 manatdı ama 3nə 420 manat ödüyür bizimdə 1 övladımız var və olduqca çox krediti var. Yəni bu halda elimentin azaltmaq üçün məhkəməyə müraciət etsə yoldaşım nəticə alar? Yəni bizim övladımıza doğru dürüst baxa bilmir həkimidi əynidi başqalarının köməyi ilə keçinirik nəzərə alınar bu hallar?
Pərviz Canəliyev 2024-08-12 20:33:18
Salam. 2023 cü il dekabr ayında boşanmışıq. Mediasiyada bütün bölgüləri razılaşdırdıq. Yoldaşım aliment istəmədi. Məhkəmə də qərar çıxardıb. İndi istəsə yenə məhkəməyə verib aliment kəsdirə bilər? Əvvəlcədən təşəkkür edirəm.
Ayten 2024-07-14 04:29:08
Men 2018 il sentybırda demir durbayla defelerle döyüldüyum üçün bosanma act7m ve boşnmak istemediyi üçün meni quvltla ölümcül döydü. Ve 3 oğlumu ve meni öldürmekle hedelediyi üçün xestaxanadan cıkıb usagları Türkiye'ye gacdık.1 il sonra icra terefinden Aze ye geldim ve mene usaglarımı elinden alacagam.eger sen bu ( 154 manat )uşag basına düşen alment den imtina etmesen.mnde qorxudan asan xidmete gedib almentden imtina etdim tek sert olarak oda yazılı kagıza yazdı.usagları istediyin ölkeye apara bilersen...deye yazdı..2006 2008. 2010 teveddlü 3 oğlumun alment borclarını atadan isteye bilerem..çünki döyüldüyümde başımda emele gelen zedeler üzğndem indi iş quvvemi itirirem....sizden çok xaiş edırem mene etraflı melumat verin..görek uşaglarım 7 ildir Başga ölkede yaşayırıq. bu alment bocumuzı. Ala bikerik ve usaglarımın Başga ölkede yasamagına engel ola biler bu proses yoksa geç bir problem yokdu..?
Reyha Əzizov 2024-07-14 00:09:59
Salam vəkil.mənim qeyri qanuni nigahdan 2 övladım var.yoldaşım mənə şiddət və təhqir edir.şərəf ləyaqətimi alçaldır.buna görə ayrılmaq isdiyirəm.körpələrimə alment nə qədər düşər?hərəsinə 250 tələb mumkundur?yoldaşım hərbi qulluğçu olub.təqaüdçüdü.gəlirin bilmirəm nə qədərdi.öncədən təşəkkürlər
Şərh yaz