Artıq bu gündən Azərbaycanda alimentin minimum miqdarı 175 manatdan 193 manata qaldırılıb.
"Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.
Yəni, hazırda bu məbləğ 193 manatdır.
Şərhlər
Karimova gulshan 2022-02-02 20:31:12
Salam men 3 ildirki boshanmisham, hal hazirda iki ushaq uchun 320 azn aliram . Az yashli oldugundn ushaqlar ishlaya bilmirem. Men alimentin qaldirmasi uchun hara ve hansi erza formasi ile yaxinlashmaliyam yoldashim qanuni ishlemir
Hafizə Alıquluyeva 2022-05-13 05:50:09
Salam 1 uşağa görə 160 manat alıram bu məbləğ maaşın i 1/4 və ya 193 manat təyin elətdirmək istəyirəm .Bunun üçün hara müraciət etmək lazımdır.(hər dəfə minimum məbləğ qalxdıqca harasa müraciət etməliyəm yoxs aavtomatik hesablanıb təyin edilməlidir?).Cavabdeh Gəncədə qeydiyyatda
Şərh yaz