Baba, nənə və ya ailənin digər üzvündən aliment tələb etmək olarmı?
Ölkəmizdə alimet mövzusu bir çox hallarda problemli sahələrdən sayılır. Xüsusən də əgər boşanmış tərəflərdən biri alimenti ödəmirsə və ya dünyasını dəyişibsə, onun ailə üzvlərindən alimet tələb etmək hüququ barədə çoxsaylı suallar ortaya çıxır.
Diqqətinizə çatdırım ki, Ailə Məcəlləsində ailənin digər üzvlərinin də alimet öhdəlikləri nəzərdə tutulub. Belə ki, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
Eyni zamanda burada baba və nənənin nəvələrini saxlamaq vəzifəsi də müəyyənləşir. Göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
Alimentin miqdarına gəldikdə isə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.
Şərhlər
Bədəlova Lalə 2022-07-12 14:37:48
Nənə və baba buna qarşı cıxa bilərmi?
İlahe cebiyeva 2022-10-31 23:07:09
Salam men yolldaşimin ikinci heyat yolldaşiyam. Yolldaşimın birinci evliliyinden 3uşaqi .yolldaşimin eks heyat heyat yolldaşi usaqlara .579 m .Almet teleb edir. Yolldaşiminda heçbir yerde işi yoxdu. Qoca Anasınin pensiyasiýla dolaniriq.yolldaşim Almetı nece Aşaqi sala biler. Ve yaxuda. Ola bilerki yolldaşim ödıye bilmese .pensiyadan tutular Allmet
Hesenli Alide 2022-11-03 20:51:47
Salam mehkemeye muraciet etmek ucun mediyasiyadan kecmeliyem mi?
İlahe memedova 2023-02-04 00:56:34
Salam vekil menim yolldaşım 2qızına Almet vermir .men idiya edsen .uşaqln babasının pensiyasından Almet ödenile biler mene .çünki yolldaşım vermir
günay rzayeva 2023-03-26 22:55:44
Salam heç bir halda alment ödemersə hər iki valdende sağdı onda nənə babadan alment tutulmur
Qerenfil 2023-06-04 21:30:31
Salam menim padruqamin 2usqwi var yoldasi rehmete gedib yetim. Pulu birde sosiyal alir kirada yawayir hec bir yerden komeyi yoxdur nene babadan alimint almaq olarmi
Nofel 2023-07-12 17:12:33
Baba agır xesdedir Nene babanın aldıgı pensiya derman ve yeyeceyi ancaq gorur. Bu veziyyetde aliment odemiyen ogulun evezine nene baba aliment odemelidir
Turac Həziyeva 2024-01-25 08:23:56
Salam.Qulam bəy.Baba nənəyə nəvələr göstərilirmirsə,bunun bir hüquqi yolu varmı?Yəni baba nənəyə nəvələr üstündə hər hansı bir hüququ var və bunlar hansılardır?Çox xahiş edirəm bizə kömək edəsiniz..
Fidan 2024-08-04 01:35:32
Salam yığılmış aliment borcunun silinməsi kimi bir qanun nəzərdə tutulub? Əgər silinməsi mümkündürsə hansı halda?
Qonaq 2024-12-19 20:30:52
Salam tanışım var yoldaşı rəhmətə gedib iki uşağı var bircə müavinət alır valideyn itirilməsinə görə özüdə kirayədə qalırlar uşağların atasının valideyinin imkanı çox yaxşıdır olardan aliment alma hüququ varmı?
Şərh yaz