Hüquqi yardım

Borclu şəxs vəfat edərsə, borcun aqibəti necə olur?
17 Yan

Borclu şəxs vəfat edərsə, borcun aqibəti necə olur?

Borclu şəxs vəfat edərsə, borcun aqibəti necə olur?

Bəzi hallarda borclu borcunu ödəmədən dünyadan köçür. Bəs belə olduğu təqdirdə borcun aqibəti necə olur? Əgər borclanan vəfat edərsə, onun kreditini kim ödəməlidir?

Mülki Məcəllənin müvafiq maddəsində qeyd olunub ki, əgər ölən şəxsin kreditorlar qarşısında borc öhdəliyi varsa, bu öhdəlik vərəsələrinə keçir.

Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur. Əks halda vəfat edənin əmlakına görə notariat kontorunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb edə bilər. Vərəsələrin arasında borcun ödənilməsi isə onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən vərəsə qiymətindən artıq borc tələb oluna bilməz.

İşte vücudumuzdaki ölümün belirtileri - Sağlık son dakika haberler

Bəzi hallarda isə vəfat edənin haqqında cinayət təqibi olur. Bəs həmin şəxsin borclarını kim ödəməlidir?

Təqsirləndirilən şəxs vəfat etdikdə cinayət prosesini həyata keçirən orqan onun öldüyü vaxtdan 3 gün müddətində yaxın qohumlarına onun hüquqi varisi kimi istəyinin olub - olmaması barədə bildiriş göndərir.

Əgər şəxsin vəfat edən vaxta qədər hər hansı borcu varsa, onun borcu ölmüş şəxsin mirasını qəbul etmiş şəxsə keçir. Qanunla mirası qəbul etmiş şəxs həmin borcları ödəməyə borcludur. Əgər tələbkar tərəf ölərsə, onun alacağı vəsait qanunla vərəsəliyi qəbul etmiş şəxs və ya şəxslərə ödənilməlidir. Bu zaman məhkəmə vəfat edənin həyat yoldaşını və ya övladını və yaxud da yaxın qohumlarını hüquqi varis kimi tanıyıb məhkəmə prosesinə cəlb edir və onlar tələbkar qismində çıxış edirlər.

Şərhlər

  • İsrailov Qəlbinur 2022-08-22 02:30:08

    Salam.Nəcəsiz? Mənim sizə müraciyətim bundan ibarətdir. Mənim Atam bankdan 6 minə yaxın kredit görtürmüşdü zaminsiz(20 il dövlət işində işləyib teqaüdə cixb),bu kreditin yarsını gecikmə olmadan aylıq 300 azn olmaq şərti ilə ödəmişiki.Atam dünyasını dəyişdi iyul ayinda.Bu kredit borcu ödənməlidirmi?Ki əyər ödəniləcəysə hansı güzəştlər oluna bilər?Banka yaxınlaşdım onlar bizə Atanız pulu sığortalmamışdı dedilər yəni ölüm hadisəsi baş verdikdə pul sığortadan çıxilmayacaq.bəs bank nəyə əsasən kredit vermişdi?Özümdə tələbəyəm,məndən böyük qardaşım isə Rusiyada yaşayır,Anam evdar xanımdır. Sizdən bu haqda fikirlərinizi öyrənmək isdəyərdim.Qrammatik seflərim varsa üzürlü hesab edin.Təşəkkürlər.

    Salam. Atanız vəfat etdikdən sonra onun varisi müəyyən olunubsa öhdəlik varisin üzərinə düşür. Vəkil Qulam İsmayılzadə
  • Elməddin Demirli 2022-11-27 22:30:23

    Salam axşamınız xeyir.mənim sizə müraciətim bundan ibarətdir ki atam 28.10.2022 tarixində vəfat etdi və bankdan 20000 azn zaminsiz,girovsuz pul götürmüşdü və gecikmə olmadan hər ay 625 azn ödüyürdü aldığı maaşnan təcili yardımda işliyirdi .mən ölüm kağızını banka verdim mənə dedilər gün ərzində sizlə əlaqə saxlanılacağ və həmin gün mənə zəng elədilər dedilərki bank olarağ pulun yarsını keçirik yarısını siz ödəyin mən cavab olarağ bildirdimki ödüyə bilmiyəcəm maddi və sosial vəzyətimiz pisdi uçuğ evdə qalırığ gəlib baxa bilərsiz o isə belə dedi onda məhkəmənin əməkdaşları sizlə danışacağ .kürdəmir rayonu bağman kəndində yaşıyırığ anam evdar qadındı bacım işləmir məndə vətən müharibəsi qazisiyəm.sizdən bu məsələ haqda mənə köməkliy gösdərmənizi isdiyirəm.əvvəlcədən təşəkkürlər

    Salam. Vərəsəliyi qəbul etməsəniz borc sizdən tutula bilməz. Ona görə onların tələbinə fikir verməyin pulu sizdən tələb edə biməzlər. Vəkil Qulam İsmayılzadə
  • Babayeva Mahirə 2022-12-03 13:54:15

    Salam Yoldaşım bankdan onlayn müraciətlə 4000man kredit götürüb.4-5 ay ödəmişik ,ayllq 200man 2dekabrda vəfat edib,adına heç nə yoxdu.Evimiz hərbi hissənin evidir ,adına maşln ,başqa nəsə yoxdu.Köhnə maşınımız var,oölumun afınadır Borc bağlana bilərmi? Bir də bildiyimə görə ölən şəxsə yardım kimi 2 ya 3ayın təqaüdü birdəfəlik ödənilir.Bu pulubank borcuna çıxmağa ixtiyarları varmı? Çox xahiş edirəm cavablandırardınız

  • Babayeva Mahirə 2022-12-03 13:56:04

    Bir də özüm təqaüdçüyəm digər banka kredit borcum var,bank vəfat etmiş yoldaşımın onlayn şəkildə aldığı kredit borcunu bsğlamalıdırmı?

    Salam. Əgər şəxs öldükdən sonra onun varisi yoxdursa kredit müqaviləsinə xitam verilməlidir, yəni borcu ödəməsəniz də olar. Vəkil Qulam İsmayılzadə
  • Mahirə Babayeva 2023-02-22 10:25:55

    Əvvəla cavablandırdığınıza görə təşəkkür edirəm,var olun. Bilmək istərdim,ölən şəxsin bank kreditinin bağlanıb bağlanmamasını necə öyrənmək olar? Banka müraciət etmək istəmirəm ki deyərlər ödə. 3aya yaxındı bir dəfə zəng ediblər,hələ ki xəbər yoxdu. İstəyirəm pensiyasını öz pensiyamla dəyişib,adıma keçirim.Qorxuram bankı mənə yönəldərlər bu ola bilərmi?

    Salam. Ölən şəxsin borcu sizə o vaxt keçir ki, siz onun varisi elan ediləsiniz notariat qaydasında. Vəkil Qulam İsmayılzadə
  • Tofiq Süleymanov 2023-05-31 22:44:43

    Salam. Mənim tanıdığım şəxs 2020-ci ildə 3 ay müddətinə qaytarmaq şərti ilə məndən natarus vasitəsi ilə kredit müqaviləsi əsasında borc pul almışdı. Borclu hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınırdı. Mən 2022-ci ildə məhkəmdə mülki idda qaldırdım və məhkəmə borcun ödənilməsi haqqında qərar çıxardı. Borclu 2023-cü ilin yanvarında vəfat etdi. Hal hazırda iş məhkəmənin icra şöbəsindədi. Məndə belə şübhə yaranıb ki, borclu məndən pulu aldıqdan sonra adına olan hər şeyi ya arvadının adına, ya da uşaqlarının adına keçirib. Əgər hal hazırda vəfat edən borclunun adına bir şey yoxsa onda mənim borcum necə qaytarılmalıdır?

    Əgər rəhmətə gedibsə adına hər hasnı bir əmlak yoxdursa və varisidə yoxdursa onda icra sənədinə xitam verilir, yəni iş bağlanır. Vəkil Qulam İsmayılzadə

Şərh yaz