Hüquqi yardım

Borclunun yeganə mənzilinin satılmasına qanun icazə verirmi?
12 Dek

Borclunun yeganə mənzilinin satılmasına qanun icazə verirmi?

Borclunun yeganə mənzilinin satılmasına qanun icazə verirmi?

Məhkəmələrdə "Pul tələbi barədə" çoxsaylı şikayətlərə rast gəlinir. Məhkəmə bir çox hallarda borcun ödənilməsi üçün əmlaka həbs qoyur. Bəs şəxsin yeganə mənzilinə həbs qoyula bilərmi?

Təcrübəyə əsasən, həbs qoyula bilməz, qanunsuzdur. Çünki NK-nin 05.06.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndi yeganə mənzilə tələb yönəltməyə imkan vermir. 

Həbs iddianı təmin etmə tədbirinin bir növü olaraq gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısının alınması məqsədilə tətbiq edilir. Yəni, gələcəkdə pul tutulması barədə qətnamə könüllü icra edilməsə həbsdə olan əmlakın satılması hesabına həmin pul ödənilməlidir. Göründüyü kimi, həbs gələcəklə bağlı olan bir tədbirdir.

Əgər məhkəmə icraatı zamanı tətbiq edilən həbsin gələcək üçün bir faydası yoxdursa, onun tətbiqi mənasızdır. O cümlədən İcra haqqında” Qanunun 50.4.1-ci maddəsi də bunu təsdiq edir. Orada qeyd edilib ki, həbs satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək məqsədilə qoyulur.

Borclunun yeganə mənzilinin satılmasına isə qanunvericilik yol vermir. 

 

#borc # mənzil # məhkəmə # həb # iddia # satış

Şərh yaz