Hüquqi yardım

Əməlin dələduzluq sayılması üçün dəymiş ziyan minimum 500 manat olmalıdır
24 Dek

Əməlin dələduzluq sayılması üçün dəymiş ziyan minimum 500 manat olmalıdır

Əməlin dələduzluq sayılması üçün dəymiş ziyan minimum 500 manat olmalıdır

Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Maddədən göründüyü kimi, dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə.

Azərbaycanda dələduzların məsuliyyətə cəlb olunması qaydalarının və cəzalandırma şərtlərininin sərtləşdirilməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur. Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövzud olmadığından dələduzlar bundan sui-istifadə edir. Xüsusən də elektron vasitələrdən istifadə etməklə həyata keçirilən dələduzluqlarda az məbləğlərlə daha geniş əhatə dairəsinə malik olmaq mümkün olur ki, bu da vətəndaşların ümumi maliyyə itkisini 500 manatdan qat-qat çox edir.

Lakin individual şikayətlər baxımından bu məbləğ 500 manatı çox zaman aşmadığından və zərərçəkələri şikayətçi qismində prosesinə cəlb etmək mümkün olmadığından dələduzlar çox zaman cəzasız qala bilir. Bu baxımdan hesab edirəm ki, 500 manatdan az məbləğdə dələduzluq olduğu halda cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. 

#Dələduzluq # cinayat mcəccəlləsi # cinayyət məsuliyyəti # cinayət işi

Şərhlər

  • Amirov xaver 2022-10-06 11:29:57

    Salam mən Əmirov Xavər Zamin əmlak şirkəti tərəgindən aldanılıb bə 21500 manat pulumu mənimsəyiblər xahiş edirəm mənə köməklik rdəsiniz.

    Salam. Hüquqlarınızın bərpa edilməsi üçün polis və ya məhkəmə orqanlarına müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Amirov xaver 2022-10-06 11:42:42

    070 232 30 32 Xavər

  • İbrahimov murad 2023-08-20 16:47:20

    Salam men ibrahimov murad masin almisam deleduzlug edibler deye aldanmisam xais edirem komek edesiniz

    Dələduzluq faktı varsa polis orqanlarına müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • İbrahimov murad 2023-08-20 16:47:50

    0508728416

Şərh yaz