Hüquqi yardım

Əfvetmə ərizəsi necə yazılır?
17 Sen

Əfvetmə ərizəsi necə yazılır?

Əfvetmə nədir? Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər? Əfvetmə nə vaxt verilə bilər? Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Bildiyiniz kimi, 2023-cü il Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir və Cənab Prezident İlham Əliyev tərəfindən bu il "Heydər Əliyev ili" elan edilib. Bu ilin may ayında Cənab Prezident tərəfindən Əfv sərəncamının imzalanması gözlənilir.

Əfvetmə nədir?

 Əfvetmə məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən və yekun olaraq sərəncamla rəsmiləşdirilən fəaliyyətdir, hansı ki, bu fəaliyyət nəticəsində məhkumlar cəzanın qalan hissəsini çəkməkdən azad edilə, onlara təyin olunmuş cəzanın müddəti azaldıla və yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq həyata keçirilir.

Əfvetmə kimlərə tətbiq edilə bilər?

Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər?

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər. 

Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.

Əfvetmə nə vaxt verilə bilər?

Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.

Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?

Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

  • məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
  • məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
  • məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
  • məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
  • məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
  • törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.

Əfvetmə barədə müraciət hara göndərilir və hansı mərhələlərdən keçir?

Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə Iş və Hərbi Məsələlər Şöbəsinin Əfv Məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.  

Əfvetmə barədə müraciət həmin orqan tərəfindən yoxlanıldıqdan sonra Əfv Məsələləri Komissiyasına göndərir. 

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri öyrəndikdən sonra məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya olunmaması barədə qərarlardan birini qəbul edir.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur. 

Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir

Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur. 

Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Komissiyanın tərkibi Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə 18 nəfərdən ibarət tərkibdə təsdiq olunmuşdur:

1) Sədri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri - Samir Nuriyev, 

2) Katibi Əfv Məsələləri Sektorunun müdiri - Kəmalə İsmayılova.

3)i Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri - Fuad Ələsgərov

4) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi - Gündüz Kərimov

5) Azərbaycan Respublikasının Ədliyyə naziri - Fikrət Məmmədov

6) Azərbaycan Respublikasının Daxili İşlər naziri - Vilayət Eyvazov

7)Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağıyev

8)Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

9) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri - Əhliman Əmiraslanov

10) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri - Zahid Oruc

11) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini - Fazil Mustafa

12) deputat - Azad Quliyev

13) deputat - Sədaqət Vəliyeva

14) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini - Aynur Sofiyeva

15)Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü - Rəşad Məcidov

16) “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri - Əliməmməd Nuriyev

17) “Xan Şuşinski” Fondunun rəhbəri - Bəyimxanım Verdiyeva

18)  Akademik Zərifə Əliyeva adına liseyin direktoru - Mehriban Vəliyeva. 

#prezidentin əfv fərmanı 2020 siyahı # prezidentin əfv fərmanı 2020 siyahı # əfv olunanların siyahısı 2018 # prezidentin əfv fərmanı 2018 # əfv fərmanı 2017 # əfv sərəncamı 2020 siyahı

Şərhlər

  • Sevinc Ağayeva 2023-01-26 22:06:35

    Salam .Qardaşim Agayev Rafael Elman oglu 06.06.2021 ci ildən həbs olunub 7 il iş veriblər .Valideynlərimiz yaşli, xəstə baxima qaygiya möhtacdirlar,anamiz agir ürək əməliyyati keçirib .Təkbaşına bu yükü çəkə bilmirəm.Xahiş edirəm qardaşima köməklik göstərəsiniz.Qardaşimin bir qolu işləmir əlildir.

    Salam. Ərizəni özünüz də yaza bilərsiniz məqallədə yazılma qaydası və ünvanlanan yer göstərilmişdir. Vəkil Qulam İsmayılzadə
  • Mehemmed 2023-01-31 16:50:15

    Salam icbari iş olduqda verilmiş cəzanın 3 də 1 çəkilib eyni qaydada müraciət etsək əfv olunmaya düşürmü?

    Salam. Məqalədəki məluamatla tanış olun zəhmət olmasa orda ətraflı cavab tapacaqsınız. Vəkil Qulam İsmayılzadə
  • Tural 2023-02-02 12:13:36

    Salam Qəbələ Rayonda yasayiram qardasim Abdullayev Ceyhun Fazil oglu 14 il hebs olunub cezasinin 8 ilini cekib zehmet olmasa komeklik gosdererdiz hec bir esas olmadan 14 il is kesilib muselman oldugu ucun bir insana bu qeder is kesilmesi ne qeder duzgundur axi

    Salam. Ərizə ilə komisiyaya müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elsevər Seyfullayev 2023-02-03 17:27:06

    Salam mən Masallı rayon sakini şəhid Araz Seyfullayevin atası Elsevər sizə müraciət edirəmkiMasallı rayon sakini Əliyev Davud İsmayıl oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Davud 2018 ci ildə özüdə istəmədən bir hadisəyə görəömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin yarısı keçmişdirvə qarşı tərəf onu bağışlamışdır.Şəhid balamın yaxın dostu olan Davudun səhhətində olan problemlərə görə çox narahatı.Davud hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verirki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən (Azərbaycan bayrağı ordenli )XTQşəhidin atası kimi xahiş edirəm Davud Əliyevin əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm

    Salam. Bu məqallə informativ xarakterlidir məlumatlarla tanış olub müraciətinizi komisiyyaya ünvanlaya bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • MƏMƏDOVA MEHRİBAN 2023-02-05 19:47:36

    Salam həyat yoldaşım MƏMƏDOV SƏBUHİ ELMURAT OĞLU 8 İL 6 AY CƏZA VERİLİB 6 AY CƏZASI QALIB AVTO QƏZA İLƏ TUTULUB 2 ÖVLADI VAR ÖZÜDƏ HALHAZIRDA XƏSDƏDİR XAİŞ EDİRƏM ƏF EDƏSİZ

    Salam. Əfv edilməsi üçün gərək Əfvetmə Komisiyasına müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə
  • SİTARƏ 2023-02-10 16:26:56

    salam zehmet olmasa eff komissiyasina yazmaq ucun bashliq nece yazilir. komeklik gostererdiz erizenin bashliqini nece yazim ve hara unvanlayimş qardashim ucun eff muraciet etmek isteyiremş mektub el xetti ile yazilmalidir ya cap shekilinde

    Salam. Məqallədə bu barədə məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə
  • Zülfiyyə 2023-02-11 11:37:34

    Bu müraciətimlə Sizə bildirmək istəyirəmki, oğlum Rüstəmov Hüseyn Sahib oğlu 2015-ci ildə Cinayət məcəlləsinin 120.1 ci maddəsi ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunubdur.Artıq cəzasının 7- il 6 ayını çəkib. O, Sumqayıt Dövlət Üniversitetinin 4-cü kurs tarix fakultəsinin tələbəsi idi. Hal-hazırda Şəki şəhər Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Atası Rüstəmov Sahib Hüseyn oğlu heç bir yerdə işləmir, yaşı çatmadığı üçün təqaütçü deyil, oğlunun dərdindən insulin və şəkər xəstəliyindən əziyyət çəkir,açıq ürək əməliyyatı keçirib.Xəstəliyinə görə Mingəçevir şəhər Xəstəxanasında qeydiyyatdadır.Qardaşı Rüstəmov Rafiq Sahib oğlu Vətən müharibəsi iştirakçısıdır.Şuşa, Qubadlı ,Fizulinin alınması uğrunda 4 medalla təltif olunub.Müharibə vetaranıdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Hüseyn artıq həbs müddətinin çox hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk

    Salam. Məqallə məlumat xarakterlidir, məlumatlardan yararlanıb müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • isaq məmişov 2023-02-17 20:48:45

    Mən Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun atası Sizə müraciət edirəm ki, Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun ƏFV olunmasına köməklik göstərəsiniz. İsmayıl 2022-ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin 3-də 1-hissəsini keçmişdir Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Qarşı zərərçəkmiş onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər Nizami rayon böyükşor qəsəbəsində yerləçən AR, ƏN-nin Petensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Özüm birinci dərəcəli şəkər xəstəliyindən əziyyət çəkirəm bu xəstəliyə görədə sağ ayağım aputasiya olunaraq kəsilmiçdir. Həyat yoldaşım da xəstəlikdən əziyyət şəkir ailəmizin yeganə gəlir gətirəni oğlum İsmayılıydı iki azyaçlı övladını və birinci məhkumluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinin Sizə verdiyi müstəqil hüququnuzdan istifadə edərək verəcəyiniz növbəti ƏFV sərəncamınızda oğlumuda bağıçlayasınız. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 20203-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ata kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Məmişov İsmayıl İsaq oğlunun artıq həbs müddətinin 3-də 1- hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk Sizə bir ata kimi söz verirəm ki, azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən xahiş edirəm Məmişov İsmayıl İsaq oğlunun əfv edilmısində köməklik edəsiniz. təşəkkür edirəm Hörmətlə, Sizə böyük umid və Hörmətlə Məmişov İsaq İsa oğlu Tel: 070 645-44-41

    Salam. Məqallədə istədiyiniz məlumat var, hüquqi yardım yalnız ödəniş müqabilində edilir. Vəkil Qulam İsmayılzadə
  • Nuranə Qarayev 2023-02-19 16:26:43

    Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Cənablarına AR,vətəndaşı, işləməyən, himayəsində iki azyaşlı usağı olan Goranboy rayon Xanqərvənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayon Mikayıl Ələkbərov küçəsi döngə 1, ünvanında yaşayan 08.05.1991-ci ildə anadan olmuş Qarayeva Nuranə Elçin qızı tərəfindən Ərizə Çox hörmətli Möhtərəm Cənab prezident, Siz təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizim Siyasətinin layiqçi davamçısı olaraq dəfələrlə tərəfinizdən verdiyiniz ƏFV və ominist Sərəncamları ilə yüz minlərlə məhkumu azadlığa və öz qohumlarına qovuşduraraq onların gələcəkdə yenidən cinayət törətməməyinə dair adımlarınızla onlara hədsiz sevinc bəxş etmisiniz. Məndə etdiyim cinayət əməlinə görə Azərbaycan məhkəməsi tərəfindən AR CM-nın 221.2.1-ci maddəsi ilətəqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığımın məhdudlaçdırılması cəzası almışam. Cəzamın çəkilən 6 ayında ayağımda xüsusi texniki vasitə bağlanmışdır və hal hazırdada bu müşahidə elektron qandalı ayağımda daşıyıram mənim himayəmdə iki azyaşlı uşağım var atam Dəmirov Elçin Münsüf oğlu isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy rayon Gülüstan döyüşləri zamanı şəhid olmuşdur. Mən törətdiyim bu cinayət əməlinə görə həm utanıram həmidəki çoxpeşmanam bu ərizəm ilə Sizdən Xahiş edirəm ki, növbəti humanist adımınızda verəcəyiniz əfv Sərəncamı zamanı mənidə bağışlayaraq atamın ruhunu və məni sevindirəsiniz. Məni əfv etdiyiniz tədqirdə Azərbaycan Respublikasının Vətəndaşı adına layiq olacağıma və qanunlarını uca tutacağıma Sizin etimadınızı doğruldacağıma söz verirəm Sizə böyük hörmət və ümidlə AR. Vətəndaşı Qarayeva Nuranə Elçin qızı imza: Tel: 070 541 00 34 Tarix:19.02.2023-cü il

  • Məmmədova Elnarə 2023-03-04 20:29:40

    Salam əhf ucun ərzələri internet uzərində yazmaq olar və bilməy isdiyərədimki məninm həyat yoldasim ogurluqdan tutulmuşdu məhkəmə olundu elektiron qolbaq taxıldi 1 il kecdi ancaq gecə evə gec gəldiyi ucun qanunu pozmuş sayildigi ucun həbsə atildi 8 ay 17 gun cəza verildi fevralin 16 si tutulub bu arada ogurlanan məbləg geri ödənilib şikayətcidə yox idi mənim əmim 1 ci qarabag döyuşlərində şəhit oldu onunda əmisi 2 ci qarabag döyuşlərində şəhid oldu bilmək isdərdim belə halda bu il əhf düşür həyat yoldaşıma?

    İnternet vasitəsi ilə əfvə dair müraciət etmək olmur. Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir. Məqalləni diqqətlə oxuyun bu məlumat orda əks olunubdur. Vəkil Qulam İsmayılzadə
  • Sever 2023-03-08 08:53:28

    Salam.Menim Atam Rzayev Habil Sahibu oqlu Masalli rayonundandi.Atama6il iş verilib ve 1il 9 ayini cekib atam effve dusermi ne olar mene komeklik edin xahis edirem sizden .Anam tek yasiyir xestedi hec bir yerden komekliyi yoxdu ne olarcatamin cixnasina komek edin

    Salam. Sİzə əfvetmə barədə ərizə yazılmasında köməklik edə bilərəm, lakin xidmət ödənişlidir. Vəkil Qulam İsmayılzadə
  • zaur 2023-03-11 17:07:46

    Salam. Cəza müddətinin 1/3 hissəsini çəkməyibsə əfv üçün müraciət edə bilməz? 11 il cəza alıb, 9 il çəkilməmiş hissəsi qalıbsa..

    Xeyr, qanuna əsasən 1\3 hissəsini çəkmiş şəxslər müraciət edə bilər. Vəkil Qulam İsmayılzadə
  • Babajeva Elmira Məmməd gizi 2023-04-06 00:49:35

    2usag atası olan oğlum,2021ci il mart ayının 10da 234.4.3.kulli miqdarda narkotikin satışı maddsijlə cinayət işi açılıb.Mən və yoldaşım pensiya ilə yaşadığımız üçün, nankör ovladin üzündən əzijjət çəkirik.Ona 9il6ajis verilib və himayəsində 2usagi var.Həjat yoldaşım 3grup əlildir.Hormətli vəkil mənə hansı köməklik edə bilərsiniz heç olmasa tənzimləmələr dən istifadə edə bilək.Hər hansı məsləhət üçün Sizə təşəkkür edirəm.Sag olun.

  • Səidə Bədəlova 2023-04-14 09:11:49

    Salam mən Bədəlova Səidə Ramiz qizi yoldasim 1983.10.31 tevrlludlu Bədəlov Rufet yadigar oglu ucun muraciet edirem o 234.2 maddəsiylə 3 il 6 ay azadliqdan məhrum edilib cəzasinin yarisini cəkib onun əhv ə dusməsiylə bagli nə edə bilərəm xais edirem koməklik gosteresiz .Himayəsində 2 azyasli ovladi və yasli anasi var onlara baxmaqda cətinlik cəkirəm

  • tamara İsa qızı Şahmuradova 2023-04-15 19:33:19

    Salam mən Sumqayıt şəhər sakini Şahmuradov Elmannın anası sizə müraciət edirəmki Sumqayıt şəhər sakini Şahmuradov Elman Fərrux oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Elman 2021 ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq 2 ildir ki, həbsdədir və qarşı tərəf onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər 6 saylı Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Elman hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verir ki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Elmanın artıq həbs müddətinin 2 ilini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edim ki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildiririk Sizdən xahiş edirəm Elman Şahmuradovun əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm.

  • Mirisov intiqam 2023-04-27 01:21:20

    Salam mənim atam Mirisov intiqam Vaqif oğlu Yardımli rayonu Astanlı kəndi xahiş köməklik edin atam da əfv yazın 9 il verilib 3 ili tamam olacaq əfv düşür ?

  • Xeyal Bəkirov 2023-05-03 10:25:27

    Hərbiçilərində hala hazırda gedən cinayət işi əfv'ə düşə bilərmi ?

    Xeyr, əfvetmə yalnız məhkum olunmuş şəxslər barəsində verilir. Vəkil Qulam İsmayılzadə
  • Sehradli Nicat 2023-05-08 08:17:38

    Salam indi erize yazsaq baxilar yoxsa daha gecdir?10 maydaki efve?

    Salam. Bunun üçün ən azı 1 ay əvvəlmüraciət etmək lazımdır. Vəkil Qulam İsmayılzadə
  • Muxtarov Cəmilə 2023-08-20 04:45:52

    Salam. Oğluma 8 il 6ay iş verilər. 2ilin oturub. ƏFV ETMƏYƏ müraciət edə bilərik

    Xeyr, qanunla nəzərdə tutlmuş müddət hələ keçməyibdir. Vəkil Qulam İsmayılzadə
  • Sevinc 2023-09-09 17:41:35

    Salam . Mənim heyatyoldasima 11 il 6 ay is kesibler , onun 7 ilini cezasini cekib . Heyatyoldasima əvf dusur ? Və hara muraciət etmek lazımdır? Çox xahiş edirəm cavab vererdiniz .

    Bəli əfv edilə bilər, məqalləni ətraflı oxuyun orda qeyd edilib hara müraciət edilməli və hansı sənədlər təqdim edilməlidir. Vəkil Qulam İsmayılzadə
  • Memedova Aygün 2023-09-21 05:01:56

    Salam yolaşima 3 il iş veribler 1 yatib ef edile biler özüm şeker xesdeiyem ovladimda sagalmaz xesdedi

    Bəli, əfv edilə bilinər. Vəkil Qulam İsmayılzadə
  • Agaxanova Arlenda 2023-09-25 11:09:18

    Salam heyat yoldashima 181.2.1 , 181.2.3 ve 181.2.5 maddeleriyle 8 il hebs verilib. Hazirda 5 ili tamam olub 3 ili qalib efve dushe biler?

    Bəli, düşə bilər. Vəkil Qulam İsmayılzadə
  • Ağaşova Aytekin 2023-10-26 19:41:18

    Salam mənim yoldaşıma hal hazrda 234.4.5maddəsiylə 5il müddətindən azadliqdan məhrum ediblər 7ayı tamam olacaq 29u ona əfv necə aydan sonra düşə bilır bə yaxud bu ay içində ərizə yazmaq olar əfv barədə?

    O ən azı gərək cəzasının yarısını çəksin. Vəkil Qulam İsmayılzadə
  • Əsgərova Nuridə 2023-10-30 16:24:39

    Salam mənim yoldaşım 9 il müddətinə həbs olunub. 5 il 1 ayı cəzasını çəkib onun əfvi üçün necə və hansı quruma müraciət edə bilərəm? Zəhmət olmazsa köməklik göstərəsiniz.

    Məqallədə bütün məlumat qeyd olunub. Vəkil Qulam İsmayılzadə
  • Narungül əlicanova 2023-11-04 18:38:57

    Salam menim yoldaşəm Quluyev Elvin Əlifağa oğlu hebs cezasi veirilib .2 il yarım iş verilib yanvar ayında 1 ili tamam olacaq tutulduğu gündən hesablasaq . İndi apilasiya mekeməsinə ərzə yazdlğ heç cür alınmadı vekilə danışdığ bziə deyildi ki 1 il 6 ayı qalıb . Biz ehv üçün ərzə yazcaq olar? Birdeki zehmet olmasa necə və hara göndermek lazmdı deyə bilrsiz?

    Bəli əfvlə bağlı müraciət edə bilərsiniz, müraciətin qaydası haqqında məqallədə məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə
  • Teyyubova Əzizə 2023-12-26 11:40:38

    Salam mənim yoldasima 7 il verilib tutuldugu gunden hesablasaq 1 il 3 aydi yatir may ayinda ehfe duse biler? Yadaki isini yungullesdirmek olar?

    Əfvə düşə bilməz. Vəkil Qulam İsmayılzadə
  • Ruslan 2023-12-31 22:47:28

    SALAM MƏNİM QARDAŞIMA 5 İL İŞ VERİLİB 126.1 TUTULUB. 3 İLİ TAMAM OLDU. ƏHF MƏKTUB YAZILIB. VƏ CAVAB ALDIQ Kİ ADI ƏHV SİHASINDADI. BİZİ YAŞADIĞIMIZ ÜNVANIN REGİONAL ƏDLİYYƏ ŞÖBƏSİNƏ ÇAĞIRMIŞDILAR . ONLAYN GÖRÜNTÜLÜ BERPA EDİCİ ƏDLİYYƏ MÜŞAVİRİNƏN DANIŞDIQ. SİZİN FİKİRİNİZCƏ ƏHF OLUNA BİLƏR QARDAŞIM ????

  • Xavər Qafarlı 2024-01-16 10:21:21

    Salam.Əmim 14 il müddətinə həbs olunub.07.05.2011 ciildə.Bu il əfvə düşə bilər? Biz əfvə nə vaxt mektub yaza bilerik? Zehmet olmasa deye bilersiniz

    Bəli, düşə bilər. Vəkil Qulam İsmayılzadə
  • Mehdiyeva Gülbəniz Hacıbaba qızı 2024-02-27 15:53:24

    Salam. Oğlum, Mehdiyev Sahib İlqar oğlu (25.11.86) 2022 cil, may ayının 8 dən 9 na keçən gecə tutulmişdur.234.4.3 maddəsilə təqsirləndirilmiş və ona 6 il həbs cəzası kəsilmişdir. Artıq 1il 8 aydır ki, həbsdədir. 2024 cü il mayın 9 da düz 2ili tamam olur. Oğlum ali savadlı, nizam intizamlı, mədəni bir şəxsdir.Hətta Kürdaxana Təcridxanasında özünün tərbiyəsi və mədəniyyəti ilə hörmət qazanmışdır. Ailəlidir iki azyaşlı övladı var.Tutduğu bu işdən çox peşimandır.Mən bir ana kimi Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevə oğlumun əfvi ilə bağlı müraciət edə bilərəmmi ???

  • Abbas Sahbazov 2024-03-11 00:40:14

    Salam Əfvinen amnistin ferqi nedir zehmet olmasa deyerdizde

    Əfv şəxslər ilə bağlı verilir Azərbaycan Respublikasının Prezidenti tərəfindən, amnisitya isə maddələr ilə bağlı. Vəkil Qulam İsmayılzadə
  • Cənnət 2024-03-19 20:57:31

    Mən Kərimova Cənnət Nəcməddin qızı qardaşımın əfv edilməsi üçün müraciət edirəm qardaşım Kərimov Qalib Nəcməddin oğlu .

  • Cənnət 2024-03-19 21:07:13

    Salam Mən Kərimova Cənnət qardaşıma 20 il iş veriblər o 8il yatıb ona əfv düşə bilər ?2övladı var ağır cinayətlərdə əfv varmı zəhmət olmasa cvb verərdiz əgər düşmə ehtimalı varsa hansı sənədləri hazırlamalı və hara müraciət etməliyik

  • Ağdaş rayon Ləki qəsəbə Hüseynova Sevda Şakir qızı 2024-04-05 15:17:36

    Salam mənim oğlum Hüseynov Elmir Elman oğlu 28. 05.2020 -ci ildə Şəki ağır cinayət məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 237.2.1.-237. 2.3-cü maddələri ilə 5-il azadlıqdan məhrum edilmişdir .Ağır ailə vəziyyətim ilə əlaqədar yazaraq xahiş edirəm ki mənim də oğlumu əfv edib bağışlıyasınızAilə vəziyyətim çox çətindir oğlumun iki az yaşlı uşaqı var həyat yoldaşı isə gözləri zəif görür mən isə təzyiq və anemiya xəstəsi olan bir anayam və dil qüsurlu bir qızımda var bir pensiya ilə dolanmaq çox çətindir sosial yardım da ala bilmirəm heç bir köməyim yoxdur xahiş edirəm mənim ailə vəziyyətimi nəzərə alaraq oğlumun bağışlanmasını xahiş edirəm onun bir il iki ayı galıbdır.Göydə Allah yerdə siz bu mübarək ayda mənim də səsimi eşidəsiniz. 5.04.2024.

  • Hüseynova Sevda Şakir 2024-04-05 23:51:28

    Xahiş edirəm məktubumuza baxın

    bu barədə məqalədə ətraflı məlumat verilmişdir Vəkil Qulam İsmayılzadə
  • Bekirova sure 2024-04-09 00:14:43

    Salam.menim yoldawima 2 il 2 ay 28gun iw kesilib borcla elaqedar tutul.aprelin 28i 7 ayi tamam olacaq.ona efvduwe biler

    bu barədə məqalədə ətraflı məlumat verilibdir Vəkil Qulam İsmayılzadə
  • Mətin Əliyeb 2024-04-09 18:37:35

    Salam mənim qardaşım Əliyev Rüfət Şahin oğlu 234.4.3 maddəsi ilə tutulub 10 il iş alıb sentyabr ayında 3 ili tamam olur ona əff düşür zəhmət olmasa cavab verərdiz

    məqaləni oxusanız orda ətraflı məlumat tapa bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Mecidovametanet 2024-04-10 17:11:22

    Salam menim oglum Dunyasov Emin 315 madde esasen tutulub.men size tek aciz xeste bir ana kimi yalvariram ki men oglumu ehf edesiz. O bu emelinden cox pesmandi. Men kiraye qaliram ayaqlarim xestedi cox pis veziyetdeyem oglum yanimda olanda mene komek olurdu. Yalvariramki onu bagislayin men dovletimin merhemetine cox guvenirem. Cox pis haldayam ev pulunu vere bilmirem. Islemeye gucum catmir. Sesimi duyub mene komek olun.

  • Ferid Bennayev 2024-04-17 00:44:20

    Salam Axşamınız xeyirli olsun. Mene 234.1 is açılb. Heleki Məhkəmə olmaqin gözləyirəm dediler 4 aya Məhkəmən olacaq. Mən bu mehkemeye qədər cənab prezidente müraciət ərizəsi yazssam əfv olma ehtimalım var sizcə?

    Bəli Vəkil Qulam İsmayılzadə
  • Arzu Hüseynova 2024-04-18 15:50:25

    Salam!Həyat yoldaşım Hüseynov Dilqəm Nofəl oğlu 07.12.2023 ildə narkotik əlaqəli həbs olunub 15 ay həps verilib. İki körpə qızı var əfv oluna bilər?

    Bəli əfvə düşə bilər Vəkil Qulam İsmayılzadə
  • Rufane 2024-04-25 16:14:51

    Salam Mikayilli Turqut Alim oglu gunahsizcasina hebs olunb. Qonsuda ogurlug olmusdu yoldasimi serleyibler ogurligi etmeyb deye narkotikle.senedlesdibler. Ailem.bassiz qalib xais edirem bu ise.baxarsiz yoldasimin isin ya azaltsinlar yada efve salsinlar

  • Tahirə 2024-05-10 01:24:53

    Salam oglum Rzayev Elməddin Ədalət oglu 07.11.2022 ci ilde narkotiklə bağlı 8 il azadlıqdan məhkum edilib aciz xəstə bir ana kimi mənimdə oglumu Əfv edirsiniz oglumun fikirinden ürəyim xestedir el ayaqım şişir qan azlığım var geze bilmirem gözlərim tor görür yazıb sizden xahiş edirem yalvarıram size nenede köməklik görsedesiniz bir Ana kimi yalvaran evladımsız döze bilmirem artıq gücüm qalmayıb yalvarıram kömək edin nolar istiyirəm balam Əfv ediəsiniz xahiş edirem oxuyub cavablandırasınız nolar kömeklik görsedesiniz

  • Sevinc 2024-05-20 10:58:09

    Salam yoldaşım qazidir 2qarabag müharibəsi əlilidir menteqetipli cəza verilib 8aprel2024cu ildə məktub yazılıb amma hələki bir cavab gəlməyib məktuba çatıb deyə xebername gelib əfvə düşə bilərmi cəza müddəti 1il 3aydir

  • Fidan Heyderzade 2024-05-20 12:33:12

    Salam Aleykum bu il aministiya olacaq? Əhfle eyni gün?

    Bunu qabaqcadan demək olmur, amma adətən hər il olur. Vəkil Qulam İsmayılzadə
  • Sahilə Əliyeva 2024-05-22 14:15:19

    Həyat yoldaşım 2020 ci ilin avqust ayında haqsız yerə narkotiklə bəhanə edib tutdular 5 il 6 ay iş verdilər 3il 9 aydır yatır mənimdə 2 azyaşlı övladlarımla qayının qardaşımın himayəsində yarı tox yarı ac yaşayıram mən nə edim bir neçə yerə müraciət etmişəm mənə bir söz deməyiblər Sizə müraciət etməyimi bildiriblər xahiş edirəm mənə köməklik göstərəsiniz və yaxud hara müraciət etməyim üçün yol göstərəsiniz

    Bu məqallədə hara müraciə etməyiniz qeyd edilibdir. Məqaləni oxuyun aydın olacaqdır. Vəkil Qulam İsmayılzadə
  • Esedli tulpan 2024-05-28 21:42:38

    Salam ibrahim agayev ilyas oglu 1993ci ilin mayin 22si anadan olub 2024ci iln aprel ayinin 13tutulub basqasinin badina cox xayis edirem onu ef edesiz onun qearari verilende bir aile iki korpe usaq inda qerari vereler atasi urek xestesidi anasi hepatiti ozude miqrenden boyrek xesteliyinden eziyet cekir cox xayis edirem Allaha xatir onu ef edesiz

  • Bagirov Ümid 2024-07-27 15:46:21

    Salam Mellim Men aftoqezadan 4 il is ve 2 il 6 ay lisenya aldm ve 3 il menteqede tiplu cezacekme muessisedinde oldum efh olunub 3 ilden sora azadliqa buraxildim.efh olunmagima esasen stopumu qaldirdilar ama pravami vermirler.efh olunanda lisenya aradan qaldirilirmi?

  • Mehdiyeva Gülbəniz Hacıbaba qızı 2024-08-24 23:42:05

    Mehdiyeva Gülbəniz Hacıbaba qızı2024-02-27 15:53:24 Salam. Oğlum, Mehdiyev Sahib İlqar oğlu (25.11.86) 2022 cil, may ayının 8 dən 9 na keçən gecə tutulmişdur.234.4.3 maddəsilə təqsirləndirilmiş və ona 6 il həbs cəzası kəsilmişdir. Artıq 1il 8 aydır ki, həbsdədir. 2024 cü il mayın 9 da düz 2ili tamam olur. Oğlum ali savadlı, nizam intizamlı, mədəni bir şəxsdir.Hətta Kürdaxana Təcridxanasında özünün tərbiyəsi və mədəniyyəti ilə hörmət qazanmışdır. Ailəlidir iki azyaşlı övladı var.Tutduğu bu işdən çox peşimandır.Mən bir ana kimi Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevə oğlumun əfvi ilə bağlı müraciət edə bilərəmmi ???

  • Imranov nadir 2024-09-24 00:07:24

    Salam men şerti azadliqa cixmisam 9 ayim qalib.Eff e nece yaza bilerem.mehkumluqum ustumden goturulsun.Bu mumkundurmu

    məqalədə bu barədə ətraflı məlumat var Vəkil Qulam İsmayılzadə
  • Vusal Kadirov 2024-09-26 11:19:29

    Salam menim oglum azyaslidir.16 yasi var.bacisina iki serefsiz satasdigi ucun onlari doyub birinin gozu cixib o biri serefsizin burnu qirilib.agir cinayetler 4 il heps veribker.hal hazirda hepsxanadadir.onun ehve dusmesi ucun minimum nece il hepsxanada qalmalidir?

    ən azı cəzasının üçdə birini çəkməlidir Vəkil Qulam İsmayılzadə

Şərh yaz