Hüquqi yardım

Hüquqi yardım
08 Okt

Hüquqi yardım

Hüquqi yardım dedikdə nə başa düşülür? Konstitusiyaya əsasən hüquqi yardım. Online hüquqi yardım.

Hər bir insan hüququnu qorumaq üçün ilk növbədə öz hüququnun nədən ibarət olduğunu, qanunların ona hansı hüquqlar tanıdığını yaxşı bilməlidir. Təbii ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də bəzi vətəndaşlar bu sahədə elə də çox məlumata sahib deyildirlər. Belə olan halda həmin şəxslərin hüquqi yardım almaq zərurəti meydana çıxır.

 

Hüquqi yardım anlayışı?

Məqaləmizin məna dəyərinə uyğun olaraq, hüquqi yardıma bir proses kimi yanaşılacaq. Bir sözlə, bizim yanaşmamıza görə hüquqi yardım dövlətdaxili və ya beynəlxalq sferada şəxslərin qanuni ehtiyaclarının qarşılanması prosesidir və bu proses özündə bir sıra mexanizmləri əks etdirir ki, müvafiq olaraq bunlar barəsində məqalədə məlumat veriləcəkdir. 

Konstitusiyaya əsasən hüquqi yardım

Hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasında 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının  qəbulu ilə, onun 61-ci maddəsində təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki konstitusiyalardan fəqli olaraq, qüvvədə olan Konstitusiyanın 61-ci maddəsi məhz yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir. Eyni zamanda bu cür yardımın qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz, dövlət hesabına göstərildiyi müəyyən olunmuşdur.

Cəmiyyət üçün böyük bir problem əhalinin hüquqi savadsızlığıdır. Bir çoxları dövlətin onlara kömək etməyə hazır olduğunu bilmir və nəticədə tez-tez hüquq şirkətlərinin və ya fərdi qaydada hüquqi xidmət göstərən şəxslərin qurbanı olurlar.

Bizim ölkəmizdə də vətəndaşların hüquqi yardım məsələsi aktual mövzudur. Vətəndaşlar dövlət hüquq məsləhətxanalarında müəyyən konsultasiyalar ala bilsələr də, maddi vəziyyətlərinin çətinliyi üzündən bəzən haqlarını sona qədər bərpa edə bilmirlər. Lakin Azərbaycanda dövlət öz vətəndaşlarına qanunla nəzərdə tutulmuş şəkildə ödənişsiz hüquqi yardım almaq imkanı yaradıb. Sevindirici haldır ki, bu prosesə qeyri-hökumət təşkilatları, elm ocağı səviyyəsində də dəstək verilir. Bu isə ümumilikdə həm dövlət, həm də ictimai maraqların təmin olunmasına xidmət edir.

Hüquqi yardım kimlər tərəfindən göstərilir?

Ümumilikdə hüquqi yardım Dövlət Qurumları, QHT-lər, hüquq şirkətləri, fərdi qaydada fəaliyyət göstərən hüquqşünaslar, sosial işçilər, könüllü olaraq belə fəaliyyətlə məşğul olanlar və s. şəxslər tərəfindən göstərilir. Siyahını uzatdıqca-uzatmaq olar. Lakin unutmaq lazım deyil ki, göstərilən hüquqi yardım keyfiyyətli olmalı və qarşı tərəfin “qanuni ehtiyac”ını qarşılamalıdır. Buna görə də hüquqi yardımın peşəkar şəkildə, bu sahədə təcrübəsi olan şəxslər və ya qurumlar tərəfindən göstərilməsi vacibdir

Dövlət Qurumları hüquqi yardımı əsasən, yönləndirmə, hüquqi məlumatlandırma şəklində həyata keçirir. Həmçinin, bir çox qurumlar var ki, orada çağrı xidmətləri fəaliyyət göstərir. Məsələn, İqtisadiyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Vergilər Nazirliyində, ASAN Xidmətdə, eyni zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Baş Prokurorluqda qaynar xəttlər mövcuddur. Bu qurumlarda vətəndaşların bu və ya digər məsələlərlə bağlı müraciətləri olanda onlara hüquqi izahatlar verilir. 

Könüllülərin isə bu sahədəki hüquqi bilikləri müəyyən yerə qədər kifayət edir və yalnız “qısa xidmət”lərin göstərilməsindən ibarətdir. Həmçinin QHT-lər bu sahədə öz yardımlarını əsirgəməsələr də, onların işi daha çox mövsümi xarakter daşıyır. 

Bu sahədə peşəkar hüquqi yardımın göstərilməsi təbii ki, hüquqşünasların fəaliyyət sferasına aid edilir. Belə ki, bir hüquqşünas özündə bir sıra mühüm xüsusiyyətləri cəmləşdirir ki, yazılı və şifahi ünsiyyət qabiliyyətinin üstünlüyü, işləri qiymətləndirmək və müştərilər üçün optimal nəticələr əldə etmək üçün ən yaxşı yanaşmanı müəyyən etmək, hüquqi sənədlərin yazılması zamanı düzgün orfoqrafiyadan, hüquqi terminologiyadan, qrammatikadan istifadə və s. xüsusiyyətlər təbii ki, göstərilən hüquqi yardımın keyfiyyətini artırır. 

Hüquqi yardım kimlərə göstərilir?

Hüquqşünasların köməyindən elə təşkilatlar istifadə edir ki, onların işin bütün qanuni incəliklərini bilən ştat işçisinə ehtiyacı var. Heç bir böyük və tanınmış şirkət hüquqi müşayiət olmadan keçinmir, çünki hər bir biznesdə saysız-hesabsız hüquqi nüanslar var. Hətta tərəfdaşlarla əməkdaşlıq müqaviləsini düzgün və savadlı tərtib etmək üçün hüquqşünas lazımdır.

Şirkətdə isə müxtəlif məzmunlu belə sənədlərin sayı lap çox ola bilər. Özü də hüquqi köməkçi istər şirkətdə çalışan mütəxəssis, istərsə də kənardan hüquqi xidmət göstərən abonent, yəni hüquq firmasında çalışan hüquqşünas, vəkillər ola bilər. Şirkətlərin çoxu məhz ikinci qəbildən olan hüquqşünaslara müraciət edirlər. Axı öz ştatında peşəkar hüquqşünas saxlamağa hər firmanın, özü də kommersiya yoluna yenicə qədəm qoyan bir firmanın imkanı yoxdur. Buna görə də müasir dövrdə abonent xidməti böyük populyarlıq qazanıb. Belə olan halda firma hər ay hüquq kontoruna (hüququ məsləhətxanası) müəyyən məbləğ ödəyir, həmin kontor da cari mülki-hüquqi işləri həll etmək üçün mütəxəssis verir.

Məhkəmədənkənar hüquqi yardımın göstərilməsi

Mənzil və ailə mübahisələrində ixtisaslaşan hüquqşünaslar getdikcə daha çox önə çıxırlar. Çox adam mənzil alqı-satqısı, boşanma, yaxud nikah məsələlərindən baş çıxarmaq üçün mütəxəssisdən pullu məsləhət almağa çalışır. Doğrudur, qanunu özü də oxuya bilər, amma bu, həm onun vaxtını alar, həm də təcrübəsizliyi üzündən yanlış qərarlar qəbul edə bilər. Hər hansı hüquqi məsələni mütəxəssislə həll etmək daha yaxşıdır. 

Hüquqşünaslar tərəfindən tez-tez hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım xidmətləri göstərilir, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlər hazırlanır.

Məhkəmə prosesi zamanı hüquqi yardım göstərilməsi

Məhkəmə prosesi zamanı hüquqi yardım göstərilməsi isə bir növ yardım göstəriləcək şəxslərin özündən asılıdır. Belə ki, hər bir insanın, xüsusilə də zəif qrupdan olan şəxslərin öz huquqlarının müdafiə edilməsi təmin edilməlidir. Ölkəmizdə vətəndaşlara dövlət hesabına hüquqi yardım cinayət təqibi ilə bağlı bütün mərhələlərdə, mülki və inzibati işlərdə isə aztəminatlı şəxslərə kassasiya instansiyasında məhkəmə qərarı əsasında təmin edilir.

Azərbaycan vətəndaşlarının pulsuz hüquqi yardım almasına, əsasən, cinayət işlərində rast gəlinir. Yəni, hansısa vətəndaş törətdiyi əmələ görə tutulursa, ona qarşı ittiham irəli sürülürsə, həbsə alınırsa, şəxsi tutan, ittiham irəli sürən tərəfdən maddi durumundan asılı olmayaraq ona vəkil təklif olunur. Təkilifi qəbul etməyənlər şəxsi vəsaiti və ya ailəsinin hesabına vəkil tutur. 

Mülki işlərə gəldikdə, pulsuz hüquqi yardım almaq üçün şəxs mütləq məhkəməyə müvafiq sənəd təqdim etməlidir. Şəxs sübut etməlidir ki, həqiqətən də onun maddi durumu aşağı səviyyədədir, öz hesabına vəkil tutmaq imkanı yoxdur. 

Misal üçün, əlilliyi olan şəxs, təqaüdçü, şəhid ailəsinin üzvü, müharibə veteranı, məcburi köçkün, heç bir yerdə işləməyən, işləsə də maddi durumu çox aşağı olan vətəndaş məhkəməyə müvafiq sənəd təqdim etməklə mülki işlərdə dövlət hesabına, ödənişsiz vəkil xidmətindən yararlana bilər. Prosedur belədir ki, vətəndaşın təqdim etdiyi sübutlar – sənədlər əsasında məhkəmə dərhal qərardad çıxarır, göndərir Vəkillər Kollegiyasına. Vəkillər Kollegiyası da vəkillər bürosu vasitəsilə həmin vətəndaşı vəkillə təmin edir.

Online hüquqi yardım

Texnologiyanın inkişafı və dövrün tələbləri hüquqda da yeni xidmət sahələrinin yaradılmasını şərtləndirir. Hüquqi xidmət sahələrinin elektron qaydada həyata keçirilməsi fiziki və hüquqi şəxslərə sərfəli və rahat şəkildə xidmət göstərməyi asan edir.

Qlobal inkişaf və bu inkişafın texnologiya vasitəsilə inteqrasiyası insanların həyatını daha da rahatlaşdırmağa yönəlmişdir. Artıq insanlar evlərindən çıxmadan vergi borclarını ödəyə bilir, etibarnamə əldə edir, eləcə də hüquqi şəxslər yaradırlar. Hüquqi və fiziki şəxslərin maraqlarına uyğun olaraq hüquqi xidmətlərin onlara onlayn platformada təqdim olunması müasir tələblərdəndir. 

Belə ki, şəxslər bir çox hallarda öz şikayətləri ilə bağlı hansı quruma müraciət etməli olduqları, onların şikayətinə hansı məhkəmə tərəfindən baxılmalı olduğu və s. kimi hallarda köməyə ehtiyac duyurlar. Bu zaman vaxtlarına qənaət etmək məqsədilə kompüter qarşısına keçir və qısa zamanda doğru və etibarlı məsləhət almaq istəyirlər.

Peşəkar hüquqşünaslar tərəfindən konsaltinq xidmətləri zamanı sizlər üçün ən sadə və əlverişli həll yolları təklif edilir. Artıq insanlar onlayn formada hər hansı hüquqi problemlə bağlı müraciət edib lazımi məlumatları ala bilər.

#huquqi yardim # online huquqi yardim

Şərhlər

  • Gulay 2022-12-01 21:40:10

    Ətraflı məlumat üçün təşəkkür

  • Huseynov Cingiz 2023-03-21 14:57:18

    Salam men 2017 bowanmiwam bir qizim var Mehkeme mene aliment kesib 136 manat mende odeyirdim 150 manat menimde ayliq gelirim 364 azn tewkil edir men indi ne qeder aliment odemeliyem zehmet olmasa komeklik gosdererdiz

    Salam. Məhkəmə qərarında nə yazılıb onu ödəməlisiniz. Vəkil Qulam İsmayılzadə
  • Sabir Memmedov. 2023-04-01 16:28:09

    Salam. Menim heyat yoldaşimi(hekimdi) tehqirane formada deyil adi formada bezdiren, evimde sőz-sőhbete sebeb olan bir insan(xestesi). Yoldaşim artiq qorxmaga başlayib ondan. Qol gucu baximdan guclu olsada amma onu őldurmek heddine catdirib meni. Qanun bele halda ne deyir? Nece komeklik edir? Men ne etmeliyem? Evvelceden Teṣekkur edirem.

    Polisə şikayət edin. Vəkil Qulam İsmayılzadə
  • Məmmərzeyev Rza 2023-04-26 06:45:56

    Salam məsləhət almaq isdəyirəm sizdən əgər işçi 1 aydan artıq işə gəlmirsə üzürsüz səbəbdən yəni xəsdədi ama xəsdəlik vərəqəsi təqdim etmirsə müdüriyyət onu işdən cixara bilər və bu əsasla işdən cixarilirsa ona kompensasiya və raşot pulu düşürmü?

    Bəli çıxarda bilər. Son hesab düşür. Vəkil Qulam İsmayılzadə
  • Ələddin Əliağa Xələfli 2023-05-17 04:08:56

    Salam.Mən Şimal ES da qaz turbin maşinisti işləyirəm.Direktorun əmrinə əsasən turbin maşinist vəzifəsi ixtisar olunaraq bu iş mənim vəzifəmə əmrlə həvalə olunur.Heç bir ödəniş olmadan.2016 ildən zərərli iş şəraitinə görə pensiyadayam.İxtisar olunan iş yeri də zərərli iş şəraitidir.Xahiş edirəm qanunvericiliyi izah edəsiniz.

    Sualınızı konkret yazın zəhmət olmasa. Vəkil Qulam İsmayılzadə
  • Əkbərli Turqut 2023-05-18 12:32:33

    Salam Mən Şəhid ailəsi üzvüyəm Qardaşım Şəhid olub,aile üzvləri mən ve atam qalmışıq. İş Yerindən maisimden vergi tutulmalıdır yoxsa qanunla Şəhid ailəsi üzvü olduğum üçün xeyir?

    Şəhid ailəsinin üzvü statusu onun valdeynləri, uşaqları və həyat yoldaşına şamil edilir. Bu səbəbdən hesab edirəm ki sizin maaşdan tutulan vergi azalmayacaq. Vəkil Qulam İsmayılzadə
  • Fazil 2023-06-02 16:22:32

    Salam, mən subay vaxtı ilkin ödəniş edib ipotekaya ev götürürəm və 10 ilə böldürüb aybaay ödəyirəm. Nəzərinizə çatdırım ki, kupça ipotekda öncədən verilir. Mən evləndikdən sonra bu ipotekanı ödəməyə davam edəcəm. Bu zaman evləndiyim şəxsin bu evdən hər hansl pay hüquqi olurmu, yəni boşanma zamanı onu hər hansı bir haqq verilə bilərmi. Kupça evlənmədən öncə verilir lakin ipotekanın qalan ödənişləri iləil az-az ödənilir. Eger evlendikden sonra odediyim odenislere ortaq olacaqsa Onun bu evdə hər hansı bir haqq və pay tələb etməməsi üçün nə edə bilərəm ? Hemin odenisleri atamin kart hesabindan cixsa ve ya atam aybaay gelib resmi notarial ve ya basqa qaydada pul odese yene haqq tele ede bilermi ?

  • Namiq Haqverdiyev 2023-06-02 16:23:53

    Nikah muqavilesi nece tesdiqlenir nece olur ? ev seraitinde imzalana bilermi yoxsa her iki teref mutleq notariata gelmelidir ?

    Notarial qaydada bağlanılması tövsiyyə edilir. Vəkil Qulam İsmayılzadə
  • Ayten hesenova 2023-06-14 17:52:56

    Salam men yoldasimdan bosanacam ve yoldawimin maasi 700manatdi ama resmi iw yeri deyil,1qizim var 7ayliqdi ona aliment almaq isteyirem ve alimenti nece ala bilerem?birseyde bilmek isteyirem yoldasimin atasi 94cu ilin sehididi.yoldasim sehit ovladidi 600manat sehidlik karti ve anasi muellimedi 350azn yaxin maas alir. Ve men ne qeder aliment teleb ede bilerem? Zehmet olmasa deye bilersiz?aliment ala bileremmi?birde bilmek isteyiremki ozum Berdede dogulmuwam metilkami deyismemiwem zaksa duwende ve zaksimiz Gence Asanxidmetde oldu usaqda Gencede dunyaya gelib mehkemeye Gencede verim yoxsa Bakida?ozumde islemirem is yerim yoxdu.birde bilmek isteyiremki Qaynanam toyumda taxilan komplekt qizillari lonbarda qoyub,ve atamin anamin verdiyi 2eded qizil uzukleri basqa birisine pul qarwiliginda verib ama bilmirem lonbarddimi onlari geri isteye bileremmi?

    Alimentin miqdarını məhkəm müəyyən edir. Qızıllarınızı tələb edə bilərsiniz məhkəmə vasitəsi ilə. Məhkəməyə qeydiyyat yeriviz üzrə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Qurbanov 2023-08-05 13:21:49

    Salam, Zehmet olmasa mene emek muqavilesinin duzgun sekilde qurulmasina komek edesiniz. Mesele bundan ibaretdir ki, men onlayn kurs acmisam vöen belə açmışam, lakin hər hansı bir müəllimi işə qəbul etdikdən sonra bəzi müəllimlər işi yarimçiq qoyub deyirlər ki, onlara ya iş qrafiki sərf etmir və ya bu onlara ailədə problem yaradır və buda məni ziyana gətirir çünki mən tələbələri tapıb verirəm həmin müəllimə bir müddətdən sonra müəllim çixıb getmək istəyən zaman tələbə pul odəməkdən imtina edir və eyni zamanda valideyin qarşısında cavabsız qalıram, məsuliyyət artıq mənim üzərimə düşür. Ona görə sizdən müqavilənin düzgün şəkildə qurulmasına mənə köməklik edəsiniz. Lazım olsa köməyə görə vəsait ödəməyə hazır. Artıq belə dəvam də bilməz

    Əlaqə nömrəmlə əlaqə saxlayın məsələyə baxaq. Vəkil Qulam İsmayılzadə
  • Nurlan Əlizadə 2023-08-18 10:44:00

    Salam. Yoldaşımın ölüm səbəbi intihardır. Ana atası 3 yaşlı qızımı mənə verməməklə hədələyir. Bu qanunla mümkündürmü ? Ana ölübsə uşaq ataya qalmalı deyil ? Lütfən cavablandırardınız. Öncədən təşəkkürlər

    Bəli atanın himayəsinə verilməlidir. Vəkil Qulam İsmayılzadə
  • Amid Memmedov 2023-10-05 16:48:31

    Salam. Men qarşı Telegram sosial şebekden inamımı qazanıb ve menden sui istifade olunub. Beleki aldadılaraq oyuna celb olunmuş ve Azerbaycan vetandaşının Kapital bank hesabına pul gondermişem. Men mehkeme yolu ile o şexsden pulumu tekleb ede bilerem? Qarşı terefein getirdiyi behnalere baxmayaraq.

    İstənilən halda məhkəməyə müraciət etmək hüququnuz var, lakin iddianızı sübutlar ilə əsaslandırmalısınız. Vəkil Qulam İsmayılzadə
  • Bayram Vəliyev 2023-10-13 14:21:18

    Salam. 2009 cu il tarixdə məhkəmə qərarı ilə atama məxsus olan 0.5 ha torpaq sahəsinin alınması və tikilinin sökülməsi barədə qərar verilib və torpaq bizdən alınıb . Hal-hazırda həmin torpağın kimə məxsus olması baradə dövlət kadastr idarəsinə hası formada və necə müraciət edə bilərəm ?

    Əgər torpaq sizə aid deyilsə bu barədə sizə məlumat verməyəcəklər. Gərək vəkil sorğusu ola. Vəkil Qulam İsmayılzadə
  • Aybəniz 2023-10-15 23:37:51

    Salam dəyərli Vəkil anam 2012 ci ildə çıxarışı texpasportu olan 2 otaqlı 1 mərtəbəli həyət evi alıb indi istəyirki üstündə ikinci mərtəbəni tiksin ev plana düşmüş ərazidə yerləşir yerli icra hakimiyyətinə şəxsiyyət vəsiqəsinin,çıxarışın,texpasportun, kopyası birdə yazılı ərizə ilə müraciət etmişik ərizədə dom örtüyünün şifirlənməsi qeyd etmişik tikinti yazmamışıq evi tikilərsə icra hakimiyyəti vəya söküntü aparan şirkət fövqalada hallar evi sökə bilərmi?

  • Ayxan,Ehmedov 2023-10-18 00:41:46

    Men,Ehmedov Ayxan ilqar oglu size qardasim Ehmedov Serxan ucun muraciet edirem.12.10.2023tarixinde Naxcivan s.Sederek r.icra sobesi terefinden saxlanilmis ve 20gun muddetinde hebs edilmisdir.Ehmedov Serxanin fakt subutlu ciddi sagliq problemi var.Hal hazirda oldugu serait qidalanmasi sagligi ucun qacinilmaz zererdi.Dermanlarini qebul ede bilmir ve xeber ala bilmirik.

  • Günay 2023-10-20 09:16:29

    Salam çoox xaiş ediirem köməy edəsiz Mənim 4 uşaqım var boşanma olsa uşaüların neçəsi mənə veriləcəy Hamsını almaq isyirem böyük uşaqın 16 kiçiyin 10 yaşı var

    Əgər uşaqlar razı olsa sizinlə qalmağa onda hamısı sizinlə qalacaq. Sizin uşaqların yaşları 10 di ona görə hər birinin fikri nəzərə alınacaq məhkəmə tərəfindən. Vəkil Qulam İsmayılzadə
  • Zaur Məmmədov 2023-11-10 20:32:55

    Salam. Qeyri resmi nikahdan övladım olub. Hal hazirda 13 yasi var. Anasi aprel ayinda ataliq ile alimentle bagli erize ile mehkemeye muraciet eledi. Qarsiliqli razılaşma ile ataliq verdim ve ayda 220 manat vereceyimi soz verdim. Mediasiyada yox öz aramızda razılaşdıq. Her ayin 3u 220 manat ve elave 20-30 manat kocururdum bank hesabina. Indi isteyir kecen 5 ilin alimentin alsin menden. Bu mumkundur? Özüm hal hazırda evliyem. 2 övladım var.

    Xeyr, 5 ilin alimentin tələb edə bilməzlər sizədən. Vəkil Qulam İsmayılzadə

Şərh yaz