Məhkəmə rüsumu hansı hallarda geri qaytarılır?
Məhkəməyə müraciət etməzdən öncə yerinə yetiməli olduğumuz məsələlərdən biri də dövlət rüsumunun ödənilməsidir. Bəzən müxtəlif səbəblərdən - məhkəmə aidiyyatının yanlış müəyyən edilməsindən, məhkəmədə iddia qaldıran şəxsin dövlət rüsumu ödəməkdən azad edilən şəxslər kateqoriyasına daxil olduğunu bilməməsindən və digər səbəblərdən dövlət rüsumu artıq və ya yanlış ödənilir. Dövlət rüsumlarının miqdarında edilən son dəyişikliklərdən sonra yanlış ödənilmiş dövlət rüsumunun geri qaytarılması məsələsi daha da aktuallaşmışdır.
dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə;
ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir.
Bu müraciətə 45 gün ərzində baxılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
Digər vacib məsələ isə dövlət rüsumunu tutan orqanın müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikasının ümumi məhkəmələrinin hesabına artıq ödənilmiş rüsumu geri qaytarmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Apellyasiya məhkəməsinin hesabına artıq ödənilmiş rüsumun geri qaytarılması üçün birbaşa həmin məhkəməyə müraciət olunmalıdır.
Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir.
Vergi orqanı dövlət rüsumunu tutan orqanın düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu haqqında arayışındakı məlumatlar ilə həmin orqanın dövlət büdcəsinə ödədiyi rüsum məbləğləri barədə məlumatları müqayisə edir.
Müqayisə nəticəsində kənarlaşma aşkar olunmadıqda, vergi orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması barədə müvafiq qaydada təsdiq olunmuş 4 nüsxədə rəy tərtib edir.
Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 15 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. Nəticədə, artıq ödənilmiş rüsum vətəndaşın bank hesabına və ya nağd formada geri qaytarılır.
#Dövlət rüsumu # məhkəmə rüsumu # vəkil məsləhəti # vəkil xidməti
Şərhlər
Beyler Ağayev 2022-09-07 11:23:36
Sehven dövlet rusumu odenildiyi hallarda birbaşa hansı orqana muracıet etmek lazımdır? Evvellceden teşekkürümü bildiren.
Rzayev Rami 2022-11-18 11:04:47
Salam men iddiaci kimi mehkemmeye müraciet etmişdim qarşi teref gelmediyi ücün ve son iclasda menimde iştirak ede bilmediyim ücün mehkeme qerar cixarmişdir ve ödediyim rusumu geri qaytarilmasi barede qerar var 01,11,2022 qerar cixib men ödediyim rusumu hardan geri ala bilerem
Emil İsfəndiyarov 2023-07-03 23:56:32
Salam, iddiaçı olduğum birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarıb, lakin rüsumun qaytarılması barədə qeyd yoxdur. Rüsumun qaytarılması üçün hər hansı addım atmalıyam, harasa müraciət etməliyəm? Yoxsa avtomatik məhkəmə özü qaytaracaq?
Əsgərova Mehri 2023-08-04 14:06:28
Salam.Yoldaşım boşanmaya verib,məhkəmənin ilkin iclasi keçirilib,mübahisəli məsələ yoxdur,saziş bağlamışıq.Amma bir məsələ var.Deyir ki,məhkəmə bitəndən sonra,məhkəmə xərclərini mən ödəməliyəm,özü rüsum ödəyib,çünki özü ərizə verib.Bu nə qədər düzgündür?Mən nə üçün ödəməliyəm?
Yaqub 2023-12-17 20:17:07
Daşınmaz əmlakla əlaqədar düzgün tutulmamış rüsum haqqında hansı məhkəməyə müraciət etməliyəm.
Vaqif 2024-01-04 14:30:39
Salam, İpoteka Krediti ilə ev almışam, Krediti vaxtında ödəyə bilmədiyim üçün beynəlxalq bank məni məhkəməyə vermişdi, beynəlxalq bankın mənə məhkəməyə verdikdən sonra bütün borcumu ödədim. Amma kartımdan məhkəmədə dövlət rüsumu olaraq 52 manat 48 qəpik məbləğində pul tutuldu. Bankdan borcumu ödəməyimə baxmayaraq niyə dövlət rüsumunun tutulduğunu soruşduqda mənə bildirdilərki narahat olmayın dövlət rüsumu qaytarılacaq. Dövlət Rüsumun tutulmasında 25 gün keçməsinə baxmayaraq o pul hələdə kartıma qayıtmayıb. Dövlət Rüsumumun yanlış tutulması ilə bağlı hara müraciət etməliyəm?
Aygün Babayeva 2024-01-29 17:58:49
Salam . Mən iddia ərizəsi ilə bağlı müraciət etmişəm . Məhkəmə işi geri qaytarlb . Rüsümü necə geri ala bilərəm?
elnur azizov 2024-04-01 10:21:16
salam.Vərəsəlik ilə bağlı məhkəməyə müraciət edəcəkdim.Rüsumu ödədim,lakin iddia ərizəsini vermək fikrindən daşındım.ödədiyim rüsumun qaytarılması ilə bağlı hansı orqana müraciət etməliyəm
Elçin Rəhimov 2024-04-19 08:46:33
Alimentin artırılması barədə iddia ərizəsi üçün rüsum ödəmişəm. Bildirildi ki, bu iş üçün rüsum yoxdur, müraciət edin geri qaytarılsın. Hara müraciət etməliyəm?
Arzu Abdullayeva 2024-09-04 17:44:00
Salam, aidiyyat qaydalarının müəyyən edilməsində yanlışlıq olduği üçün Sumqayıt Kommersiya məhkəməsi əvəzinə yanlışlıqla Bakı kommersiya məhkəməsinə 122 azn rüsum ödənilib. Bununla bağlı Bakı Kommersiya məhkəməsinə müraciət etməliyəm?
Şərh yaz