Şərəf və ləyaqəti alçaldılan şəxs hansı hüquqi addımları atmalıdır?
Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur. Şərəf və ləyaqətin müdafiəsinin aktuallığı onda ifadə olunur ki, bunlara qarşı törədilən cinayətləri istər Avropa, istərsə də milli qanunvericiliyimizdə tədqiq etməklə, insanların şərəf və ləyaqətinə qəsd edən əməllərin dairəsi və onlara görə tətbiq edilən sanksiyaların növünü müəyyən etməklə bunun kimi ali dəyərə göstərilən həssas münasibət ön plana çəkilir. Bu hüquqlar bir sıra beynəlxalq paktlarda və konvensiyalarda təsbit olunmaqla beynəlxalq səviyyədə də müdafiə olunur. Son illərdə dünyada, eləcə də Azərbaycanda ictimaiyyətin internetdən istifadəsi geniş vüsət alıb.
Bu gün internet mediası yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlar da öz fikirlərini məhz internetdə, sosial şəbəkələrdə yaymağa üstünlük verir. İnternet azadlığından istifadə edib hər hansı bir şəxsin kimisə təhqir etməsi isə yolverilməzdir. Hər bir internet istifadəçisi həm özünün, həm də digər şəxslərin şərəf və ləyaqətini alçaldacaq qanunazidd addım atmaqdan çəkinməli, təhqirə yol verməməlidir. Təhqir sözü heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə, həqarət, alçalma, alçaltma mənalarını daşıyır”.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21.02.2014-cü il 3 saylı qərarına görə, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Qeyd edilən qərarda şərəf, ləyaqət və nüfuz sözlərinə hüquqi anlayışlar da verilib. Belə ki, həmin qərara görə, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanunumuz olan – Konstitusiya ilə qorunmaqdadır.
Qanunvericilikdə şəxsin istər öz ad, soyadı, profili ilə, istərsə də, saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək təhqir etməsinə görə məsuliyyət nəzərdə tutulub.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
148.1-ci maddənin qeyd hissəsinə görə, “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Təhqirlə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət nəzərdə tutulur.
Hər bir insan şərəf və ləyaqətinin alçaldılması halı ilə rastlaşdığı zaman məhkəməyə ərizə ilə müraciət edə bilər.
#şərəf və ləyaqətin alçaldılması # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Elmira 2022-08-14 21:30:51
Mənə bir ərizənin yazılmasında vəkil köməkliyi lazımdır
Bəhruz 2022-12-19 20:46:43
Salam, Zəhmət olmasa deyərdiz, əgər hər hansı bir şəxs doğru olmayan məlumatı ona aid olan şəxsə təklikdə bildirsə, o qanunla nəzərdə tutulan hər hansı bir məsuliyyət daşıyır? Əgər belə bir qanun varsa, mümkünsə həmən qanunun bəndini qeyd edin. Təşəkkür edirəm.
Sahin 2023-01-10 02:40:30
Salam, telefonda soyus soyeni hansi mesuliyey gozleyir?
Qasimov Elnur 2023-01-20 14:29:28
salam.mene borcu olan vardi pulu vermirdi.mende vapcat vasitesile ses yazib demisem ki adamin kisiliyi menliyi qeyreti olar..ve sosial sebekemde seklini paylasib seklin ustune bu heserati serefsizi taniyan qohum dost tanisi buna bildirsin ki camahatin pulun qaytarsin.. Bu hereketime gore mene hebs dusurmu?ve yaxud ne qeder cerme oluna bilerem zehmet olmasa deyerdiz...menden borc alan basqa 2 neferdende borc alib vermeyib.ve hal hazirda bildiyime gore birine 1050 m borcu vardi isi mehkemededir.
merih 2023-02-12 21:46:24
eyer er arvadini hec bir subutu olmadan ve tibbi reyi olmadan "eqli cehetden gusurlu" oldugunu iddia ederek (xanim hec bir psixoloji problemi olmadigi tibbi yol ile testiq edib) ve bu melumati butun qohumlarini yayibsa, xanim mehkemeye muraciet ede biler bu bohtana gore? Qarwi teref ise bowanma qerari alib, lakin 3 ayliq hamile yoldawinin (ilk hamilelik) abort etmesi ucun resmi qaydada icaze kagizi teqdim etmir. Her 2 problemim helli yolu nedir?
Elşən Əliyev 2023-04-05 13:02:59
Salam. Bir şəxs məni və ailəmi vatsapdan təhqir etmişdi və bir müddət sonra məndə onu təhqir etmişəm. O məni məhkəməyə verib 10.000 manat təzminat tələb edib və Məhkəmə iddianı qismən təmin edib 1000 manat cərimə yazıb mənə. Bu nə dərəcədə düzgündür ki, vatsap üzərindən ikimizin arasında olan səs mesajına görə 1000 manat cərimə yazılır mənə? Xahiş edirəm bu məsələyə münasibət bildirəsiniz.
Ayan kazimova 2023-04-29 12:17:44
Salam.Mumkunse mene komeklik ederdiz.Eger mektebin tibb bacisi mekteb qrupunda menim ve ovladlarimi tehqir edib yalanlar danişirsa ve soyurse onu ne gozleyir ?
Ləman Orucova 2023-05-03 12:23:32
Salam. Mən Dövlət qulluğunda çalışıram, naməlum şəxslər tərəfindən dəfələrlə saxta profillərlə sosial şəbəkələrdə haqqımda təhqirlər və həqiqəti əks etdirməyən məlumatlar paylaşılır, və poçt vasitəsi ilə saxta adlarla işdən çıxmağım üçün şantaj xarakterli məktublar göndərilir. Qeyd edim ki, özüm şəhid övladıyam. PŞ-nə, məhkəməyə müraciət etdiyim halda, anonim olduğunu əsas gətirərək heç bir tədbir görülməyib. Mən nə edə bilərəm? Xahiş edirəm mənə məlumat verəsiniz.
Ayşən 2023-05-22 08:19:38
Salam menim telefonum gizli girib ozume aid mesajlarimi melumatlarin weklin cekib bawqa telefonlara gonderibler.werefimi alcaldiblar. Buna gore qarwi terefi mehkemeye vere bilermmi?
Əhmədova ilahə 2023-05-27 23:12:12
Salam sizinle necə əlaqə saxlaya bilerik
Aynur 2023-08-08 02:10:19
Salam..zehmet olmasa meslehet verin. Qaynim, yoldasima SMS-yazib, orda yazili: ite oxsamis, kisiye oxsamis ARVADIN. Itden toruyen ARVADIN...ve plan quruyur SMS de. Men bu sms le seref ve leyaqetimr toxundugu ucun ne ede bilerem)???
Rovsen Haciyev 2023-09-01 00:53:12
Salam men sizi bir mesele ile bagli vaxtinizi aliram zehmet olmasa meni melumatlandirardiz seref ve leyaqetin alcaldilmasi ve vaxt itkisine dair maddeleri qeyd ederdiz meni defelerle polise ve mehkemeye vermis ve hec biri de oz tesdiqni tapmayib yeni eks terefin sikayeti ser ve bohtandan ibaret olmusdur buna gore men eks terefi menim seref ve leyaqetime nufuzuma ve vaxt itkime gore mehkemeye vermek isteyirem ona gorede maddelere ehtiyacim var mumkunse maddeler barede mene komeklik ederdiz
Nihad 2023-09-01 21:47:25
Eger qarsidaki sexs 1ci tehqir edibse ona qarsilig verilibse mesuliyyet varmi
Abbasova Gülşən 2023-09-13 11:41:11
Salam mən 2019 ildən boşamışam almetdən özüm imtina etmişəm. Amma bu insan hər səfərində söyür təqir edir hədə qorxu gəlir mənim şəxsiyyət vəsiqəsi də götürüb gedib iki uşağım var mən həqiqətən çox qorxuram kimə və neçə müraciyyət edə bilərəm. Səs yazmaları da var.
Fətəliyev Turab Əhməd oğlu 2023-09-16 06:46:54
Salam məllim.soruşmaq istərdim mən 15 il işlədiyim yerdə vəzifəsindən istifadə edib.mənə yumruq vurub.məni təhqir edib iş yoldaşlarımın yanında.Bununla bağlı polisə məlumat vermişəm.Bağışdam ərizəsi olmasa cəzalanma nə ilə nəticəlınə bilər
Emina 2023-10-03 13:45:00
Salam men bilmek isterdim internetde nomre paylaşım olduqda polis tapa bilermi yoxsa ancaq mehkeme yolu ile tapilir?
Rumi 2023-10-08 18:57:27
Salam hər vaxtınız xeyir olsun. Tanımadığım biri tərəfindən saxta bir tiktok hesabı ilə şərəf və ləyaqətimi alçaldıblar , mənə ağza alınmayacaq sözlər yazıblar iş düşür ?
Necefova Fatma 2023-10-09 09:51:01
Salam men Necefova Fatma Sefer qizi . Men Pirallahi 10 sayli tibb merkezinde Reanimasiya sobesinde teseruffat bacisi vezifesinde calisiram . Bizim sobemize yeni sobe muduri teyin edilib ve teyin edilen gunden kicik isci persanalini men daxil olmaqla hetda boyuk tibb bacisini bele teqiramiz sozlerle teqir edir seref ve leyaqetimize toxunacaq ifadeler isledir . Ve hec cekimneden qorxmadan tekrar etmeye davam edir . Sizden xahisim var mene bu barede fikir bildiresiz .
Lələyeva Vüsalə 2023-10-13 15:44:10
Salam .Əgər övladım və mən telefon üzərindən təhqir və söyüşə məruz qalaraq şərəf və ləyaqətimiz alçaldılırsa ((qarşımızdakı qanunla hansı cəza ala bilər))Zəhmət olmasa deyə bilərsinizmiQabaqcadan təşəkkürlər.
Elman aslanov 2023-11-26 22:17:55
Qonşumuzun biri anam, yoldaşımın, bacımın adına çox nalayiq sözlər danışıb o biri qonşunun yanında. Obiri qonşusa onun səsini yazıb gətirib bizə. Hal hazırda əlimizdə bizim haqqımızda deyilən sözlərin səsyazması var. Biz bununla nə edə bilərik və bunun cəzası nədi. Əvvəlcədən təşəkkürlər.
Gülər Tağıyeva 2023-11-28 20:04:49
Salam,atam anama fiziki və psixi şiddət göstərir,nalayiq sözlər danışıb ləkə yaxır,həmçinin mənə də eyni şiddətləri göstərmişdir,anam polisə şikayət edəcəyini söyləyəndə polisi də təhqir etdi və səs formasında sübut var,bunun üçün məsuliyyətə cəıb oluna bilər mi?
Şərh yaz