Hüquqi yardım

Şəxs cinayətdə ittiham olunan yaxın qohumunun əleyhinə ifadə verməyə məcburdurmu?
26 Yan

Şəxs cinayətdə ittiham olunan yaxın qohumunun əleyhinə ifadə verməyə məcburdurmu?

Şəxs cinayətdə ittiham olunan yaxın qohumunun əleyhinə ifadə verməyə məcburdurmu?

Cinayət-prosessual qanunvericiliyə əsasən yaxın qohumlar - babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur. 

Şahidi cinayət təqibi üçün əhəmiyyəti olan hər bir hal üzrə, o cümlədən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin, digər şahidlərin şəxsiyyəti barədə dindirmək olar. Şahidin dindirilməsində onun nümayəndəsi (vəkil və ya digər şəxs) iştirak etmək hüququna malikdir. 

Bəs şahid kimlərin əleyhinə ifadə verməyə məcbur edilə bilməz? 

Cinayət-Prosessual Məcəlləyə görə, şahid özünü və qohumlarını ifşa etməkdə sərbəstdir. Yəni heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Eyni zamanda Konstitusiyanın 66-cı maddəsinə əsasən, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. 

Beləliklə, ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxsin imtina etmək haqqı var. 

 

Şərh yaz