Hüquqi yardım

Şəxs neçə yaşından sonra cinayyət məsuliyyətinə cəlb edilə bilər?
02 Okt

Şəxs neçə yaşından sonra cinayyət məsuliyyətinə cəlb edilə bilər?

Şəxs neçə yaşından sonra cinayyət məsuliyyətinə cəlb edilə bilər?

Cinayət məsuliyyətinə cəlb edilmə yaşı

Qanunvericiliyə əsasən şəxs 14 yaşından başlayaraq yalnız aşağıda sadalanan cinayətlərə görə məsuliyyətə cəlb edilə bilər:

• qəsdən adam öldürmə

• adam oğurluğu

• zorlama

• oğurluq

• qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə (uqon)

• terrorçuluq

• nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmaq və s.

Törədilən hər bir cinayət əməlinə görə isə şəxs yalnız 16 yaşına çatdıqda məsuliyyətə cəlb edilə bilər.

Həmçinin bunu da qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində 16 yaş həddinə çatmayan şəxslə cinsi əlaqəyə girmək cinayət məsuliyyətinə səbəb olur. Bu isə o deməkdir ki, 16 yaşına çatmış şəxs artıq cinsi əlaqəyə girməkdə sərbəstdir.

14 yaşından aşağı bir şəxs cinayət törədərsə, məsələn, adam öldürərsə, onu nə gözləyir?

14 yaşınadək uşaq cinayət məsuliyyəti daşımır, yəni 11 yaşlı uşaq adam öldürsə, bu əməl Cinayət Məcəlləsinin maddələri ilə tövsif edilməyəcək. Bu halda cinayət əməli törətmiş və 14 yaşından aşağı şəxslə bağlı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən bir sıra intizam təsir tədbirləri görülə bilər. Bu tip komissiyalar rayon (şəhər) komissiyaları olaraq bilinən yerli komissiyalardan, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan komissiyalardan ibarət ola bilər.

14 yaşından aşağı cinayət törətmiş şəxslər cinayətin növündən asılı olaraq həmin komissiyaların müraciəti ilə ya açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə, ya da qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilə bilər.

Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinə əsasən, şəxs tam olaraq cinayət məsuliyyətinə 16 yaşına çatdıqdan sonra cəlb olunur, lakin bəzi növ cinayətlər üçün bu yaş həddi 14-ə bərabərdir.

#vəkil axtarıram

Şərh yaz