Hüquqi yardım

Soyuq silah nədir?
05 İyl

Soyuq silah nədir?

Soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Bu silahlar təsərrüfat və ya istehsalatda istifadə olunmaq üçün hazırlanmır. Sırf kiməsə, nəyəsə xəsarət yetirmək üçün hazırlanır. 

Məsələn, “beşbarmaq” demək olar ki, çox adam bilir ki soyuq silahdır və təyinatı zərər yetirməkdir. 

Фото разных кастетов (30 фото) ⚡ Фаник.ру

“Nunçaku” da soyuq silahdır. Nunçaku ilə bağlı Azərbaycanda məhkəmə təcrübəsi də var. Həmin məhkəmənin qərarına əsasən “nunçaku”  soyuq silah hesab edilir. Qeyd edək ki, bu silah təkcə zərbə ilə zərər yetirmək üçün nəzərdə tutulmamışdır. Nunçakudan rəqibi boğmaq və sümüklərini sındırmaq üçün də istifadə olunur. Bununla əlaqədar olaraq nunçakunu çoxtəyinatlı silah hesab edirlər.

Нунчаки из дерева для начинающих, как ниндзя использовали в бою, как  изготовить своими руками, правильная техника применения оружия, виды

Bəs silah qismində istifadə edilən əşyalar hansılardı?

 

Silah qismində istifadə edilən əşyalar dedikdə, sağlamlığa zərər vurmaq, hətta adam öldürmək üçün istifadə edilə bilən, istər xüsusi hazırlanmış və ya düzəldilmiş, istərsə də adi təsərrüfat-məişət təyinatı olan və ya heç bir təyinatı olmayan əşyalar başa düşülür. 

Belə predmetlərə təsadüfi metal və ya taxta parçası, içərisi qurğuşunla doldurulmuş rezin şlanq parçası, balta, ling, hərcür bıçaq, dəyənək, ülgüc və s. əşyalar aiddir.

   Отвёртка крестовая Sparta PH1х75 мм в Москве – купить по низкой цене в  интернет-магазине Леруа Мерлен Туристический топор Hultafors Ågelsjön Mini Hatchet

Bunları fərqləndirməyimizdə müəyyən məqsədlər vardır. Soyuq silahın hər hansı cinayətdə istifadə edilib edilməməsindən asılı olmayaraq onun əldə edilməsi, satılması, gəzdirilməsi cinayət məsuliyyəti yaradır. Satan şəxs də cinayət məsuliyyətinə cəlb edilməlidir. 

Mətbəx bıçağı soyuq silah deyil. Demək olar ki, bütün mağazalarda satılır və buna heç kim məhdudiyyət qoya bilməz. Təsərrüfatda istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Əgər, mətbəx bıçağını cinayət törətməkdə istifadə etsək, o zaman mətbəx bıçağı silah qismində istifadə edilən əşya kimi qiymətləndiriləcək və bəzi cinayətlərə görə daha çox cəza verilməsinə səbəb olacaqdır. 

Misal üçün, cinayət məcəlləsinin 181.1-ci maddəsinə baxaq: “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yəqin fərqi gördüz ki, cinayətdə silah və ya silah qismində  istifadə edilən əşyanın tətbiq edilməsi cəzanı daha da ağırlaşdırır. Mətbəx bıçağı, otvertkanı və ya velosipedin sepini  bu əşyaları biz rahatlıqla mağazalardan əldə edə bilərik. 

Əlbəttə ki, bu əşyalar soyuq silah deyil, amma bəzi cinayətlər var ki onların törədilməsi zamanı onları tətbiq etsək bu əşyalar silah qismində istifadə edilən əşya kimi qiymətləndiriləcək və bizə verilən cəzanın daha da ağırlaşdırılmasına səbəb ola biləcək. 

Deməli, soyuq silah hər hansı cinayətdə istifadə edilib-edilməməsindən asılı olmayaraq əldə edilərsə, satılarsa, gəzdirilərsə, cinayət məsuliyyəti yaradır və bəzi cinayətlərin törədilməsində tətbiq edilərsə ağırlaşdırıcı hal kimi nəzərə alınır. 

Silah qismində istifadə edilən əşyanı isə əldə etmək qadağan deyil. Amma, onun bəzi cinayətlərin törədilməsində tətbiq edilməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır. 

Soyuq silahın gəzdirilməsi məsələsi ilə bağlı bir istisna hal var ki, onu da diqqətinizə çatdırmaq istəyirik. Cinayət Məcəlləsinin 228.4 cü maddəsinə baxdıqda  həmin istisna halı görəcəksiniz “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”

Beləliklə, milli geyim ləvazimatı olan ərazilərdə və ovçuluq peşəsiylə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna hal hesab edilir. 

ОТ ЧЕРКЕСКИ ДО ФУТБОЛКИ

Əgər ov üçün bıçaq əldə etmək istəyirsizsə, mütləq o məhsulun sertifikatını da əldə edin. Həmin sertifikatda bıçağın ov üçün nəzərdə tutulduğu qeyd edilir. Lakin, bu o demək deyil ki, ov bıçağını və sertifikatı aldıqdan sonra şəxs onu üstündə gəzdirə bilər. Bu əməl Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunacaqdır. 

Bəzi şəxslər özləri evdə soyuq silah düzəltməyə çalışırlar ki, qanunsuz olaraq soyuq silah hazırlamaq özü də cinayət hesab olunur. 

Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Müəəssisələrə silah hazırlamaq icazəsini Daxili İşlər Nazirliyi verir. Belə bir  icazə olmadan silah hazırlanırsa deməli qanunsuz hazırlanmışdır.  ​​​​

#Soyuq silah # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Ramiz Pirs 2023-07-29 03:43:08

    Salam , bes bcaqin uzunluqu ne qeder olmalıdır ki soyuq silah sayilsin? Cox saq olun

    Belə bir qeyd yoxdur ki biçaqın uzunluğu nəqədər olmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Miri 2023-12-09 18:24:50

    Salam, bəs kolleksiya məqsədi ilə qılınc almaq olar?

    Olar, lakin yalnız kolleksiya saxlanılan yerdə saxlanılmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Əhməd üzzən ir 2024-01-26 21:53:53

    Salam bıçağın ölçüsü ilə əlaqədar cəza tədbiri dəyişir?

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Elmar Ehmedov 2024-05-18 15:55:58

    Salam. Beyzbol bitasını (taxta və yaxud dəmir) avtomobilin baqajında, sumkada və yaxud evdə saxlamağa görə hansısa maddəyə əsasən məsuliyyətə cəlb oluna bilərəmmi?

    Evdə yox. Lakin avtomobildə və sumkada məsuliyyətə səbəb ola bilər əgər siz həqiqətən də beysbolçu deyilsiniz. Vəkil Qulam İsmayılzadə
  • Nadir Bayramov 2024-07-20 18:38:50

    Salam.Kolleksiya ucun olan qedimi gumuw xencer (olcusu coxda boyuk olmayan) satmaq qadaqandir yoxsa yox?

    Suvenirdirsə, xeyr qadağan deyil. Vəkil Qulam İsmayılzadə
  • İlkin Nəbisoy 2024-09-08 02:22:20

    Salam mobil nömrənozlə əlaqə saxlamaq olar? Mətbəx bıcaqla kirayəçim mənə hücum edib. Vurmaq istəyib. Bıçağı əlindən almışam. İçkili olub. Şahidlərim var 4 nəfər başqa kirayəçim. Mənə hücum edənə ən ağır hansı cəza verilə bilər? Əvvəlcədən minnətdarlıq.

    Xəsarət varsa məsuliyyətə cəlb edilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Hesen Ehmedov 2024-09-15 15:43:20

    Salam maşında bita gezdirmeyin cerimesi ne qederdir?

    Maşından çıxartmayasınızsa ictimai yerlərdə bir cəriməsi yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Ismayilov Ismayil 2024-09-19 22:55:38

    Salam Airsoft oyuncaq silahda gezdirmek olmaz?

    həmir silahın atdığı güllələrdən asılıdır Vəkil Qulam İsmayılzadə
  • Eldar Abdullayev 2024-10-04 13:49:32

    Salam. Nunçakunu hava limanından baqajda(böyük çantada - əl çantasında deyil ) aparmaq olarmı?

    Xeyr Vəkil Qulam İsmayılzadə
  • Abdin kal 2024-11-22 19:40:43

    Bibər qazı soyuq silah sayılırmı ?

Şərh yaz