Hüquqi yardım

Torpaq sahəsinin özəlləşdirilməsi
29 May

Torpaq sahəsinin özəlləşdirilməsi

Torpaq sahəsini sənədləşdirilməsi qaydası. Torpaq sahəsinin özəlləşdirilməsinin əsasları hansılardı? Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb edilən sənədlər hansılardı?

Torpaq sahəsinin sənədləşdirilməsi qaydası

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur.

Sözügedən məqallədə söhbət məhz dövlət və bələdiyyə tərəfindən vətəndaşların və ya hüquqi şəxlərin istifadə və sahibliyinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsindən gedəcəkdir.

Torpaq sahəsinin özəlləşdirilməsinin əsasları hansılardı?

“Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun” 8-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar növbətilərdi:

  • İcra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən daşınmaz əmlakın satılmasına, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar - misal üçün: İcra Hakimiyyətinin torpaq ayırlması haqqında müvafiq sərəncamı, bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərarı və s.

  • 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış - qısa olaraq “Bağçılıq kitabçası”.

Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb edilən sənədlər:

“Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun” 10-cu maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün növbəti sənədlər tələb edilir:

  • İcra hakimiyyətinin torpağın ayrılmasında dair müvafiq qərarı; 
  • “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin qərarı və alqı-satqı müqaviləsi;
  • 01.12.2007-ci il tarixindən sonra  bələdiyyələr tərəfindən satılmıış torpaq sahələdinə dair hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi 
  • Torpaq sahəsinin planı və ölçüsü;
  • Əgər torpaq sahəsinin üzərində qurğu varsa torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı hara müraciət edilməlidir?

Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb olunan bütün sənədlər toplanıldıqdan sonra şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi Şəxsin müvafiq ərazi idarəsinə və yaxud Əmlak Xidmətləri Məkanına müraciət etməlidir. 

Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»-yə (3.0.5-ci bənd) hüquqların dövlət  qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.

Torpaq sahəsinin özəlləşdirilməsinə dair hüquqlar hansı müddətdə qeydiyyata alınır?

Qeydiyyat orqanı imtinaya əsasə olmadığı təqdirdə, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. 

Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.

#Vəkil # vəkil xidmətləri # qanun # torpaq məcəlləsi # kupçanın alınması # çıxarışın alınması

Şərhlər

  • Lale 2026-09-28 19:28:17

    Eğer xəyanəti olarsa təzminat odenilirmi ve mal varlığı necə bölünür

    Xəyanət faktı təkbaşına avtomatik təzminat almaq hüququ yaratmır. Boşanma zamanı nikah dövründə birgə qazanılmış əmlak, nikah müqaviləsində başqa qayda yoxdursa, əsasən bərabər paylarla bölünür; nikahdan əvvəlki, hədiyyə və ya miras yolu ilə əldə edilmiş şəxsi əmlak isə, bir qayda olaraq, bölgüyə daxil edilmir. Məhkəmə uşaqların mənafeyini və ümumi əmlakın ailənin ziyanına sərf edilməsini nəzərə ala bilər. Konkret nəticə əmlakın əldə edilmə sənədlərindən və digər sübutlardan asılıdır. Vəkil Qulam İsmayılzadə
  • Lale 2026-09-28 19:26:03

    Er həyat yoldaşının icazəsi olmadan bangdan pul götürə bilərmi və boşanma olarsa həmin məbləği kim oduyecey?

    Əriniz, bir qayda olaraq, öz adına kredit götürmək üçün sizin razılığınızı almalı deyil; lakin ümumi daşınmaz əmlak girov qoyulursa, ayrıca razılıq tələbləri yarana bilər. Bank qarşısında ilk növbədə müqavilədə borcalan kimi göstərilən şəxs cavabdehdir. Boşanma zamanı kredit avtomatik yarı bölünmür: pulun ailənin ümumi ehtiyaclarına sərf edildiyi sübut olunarsa borc ümumi öhdəlik kimi qiymətləndirilə bilər, şəxsi məqsədlə xərclənibsə, adətən borcalanın üzərində qalır. Müqavilə və vəsaitin xərclənməsinə dair sübutlar həlledicidir. Vəkil Qulam İsmayılzadə
  • Aynur 2026-09-21 09:41:49

    Salam texniki pasportda sənədli hissə 0.6 faktiki sahə isə 0.717dir. Qalan hissəni də sənədləşdirmək üçün hara müraciət etməliyöm ? Və təxmini ümüumilikdə bunun üçün nə qədər ödəniş olunmalıdır? Öncədən təkkürlər

    Texniki pasportda göstərilən 0,6 ilə faktiki ölçülən 0,717 arasındakı fərq öz-özünə mülkiyyətinizə keçmir. Əvvəlcə torpağın çıxarışı və ayrılma sənədi üzrə sərhədləri kadastr ölçüsü ilə tutuşdurmaq lazımdır: bu, ölçü səhvidirsə, reyestr məlumatının düzəldilməsi tələb oluna bilər; əlavə sahə başqa mülkiyyətçiyə, bələdiyyəyə və ya dövlətə məxsusdursa, ayrıca hüquqi əsas olmadan rəsmiləşdirilə bilməz. Çıxarış, texniki pasport və planla ASAN xidmətə və ya Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi idarəsinə müraciət edin. Xərc tələb olunan ölçmə, qeydiyyat və sahənin hüquqi statusu müəyyən ediləndən sonra hesablanır. Vəkil Qulam İsmayılzadə
  • Lale 2026-09-14 15:48:34

    Salam.evin layihəsində hasar yoxdu qaraj qapısı esas yola açılır.amma evvelden hasar çəkilib.indi həmin hasarı söküb qapı açmaq ya hasarı bütöv sokmey olarmı yaxud icazə alınmalıdır?

    Salam. Hasarın sökülməsi və xüsusilə əsas yola yeni qaraj girişinin açılması layihədən kənar dəyişiklik sayılaraq yol hərəkətinin təhlükəsizliyi və şəhərsalma tələblərinə toxuna bilər. İşə başlamazdan əvvəl əraziniz üzrə memarlıq-şəhərsalma orqanından və yolun sahibindən yazılı razılığın tələb olunub-olunmadığını dəqiqləşdirin. Hasarın hündürlüyü 2,20 metrdən çox olduqda ayrıca məhdudiyyətlər də tətbiq edilir. Vəkil Qulam İsmayılzadə
  • İlham Əliyev 2026-09-02 19:12:33

    Salam 2005 ci ildə Xəzər rayon Şüvələn bələdiyəsindən 0.12 ha torpaq sahəsi almışam. O dövrdə mənə Bələdiyyənin qərarı, alqı satqı müqaviləsi,torpağın təhvil akt,ödəniş qəbzi və torpağın yerləşmə xəritəsi verilmişdir. Torpaq sahəsi hasara alınmışdır.O vaxtan torpağı özəlləşdirə bilməmişəm.Torpaq sahəsinin səndələrinin təsdiqinə dair asan xidmətddən Azərbaycan Milli Arxivindən rəsmi cavabını almışam ki, həmin mənə verilən sənədlər arxivdə mövcuddur.Bir neçə dəfə tikinti aparmaq üçün müraciət etmişəm ,amma razılıq verməyiblər. 2025-ci ildə qonşuların səhlənkarlığı üzündən torpaq sahəmim hasarının bir tərəfi uçmuşdur. Bu haqqda Xəzər rayon polis idarəsinə şikayyət də vermişəm. Araşdırdılar məsləhət gördülər öz vəsaitim hesabına hasarı bərpa edim. Hasarı bərpa etddim, üç gün sonra Xəzər rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən söküldü.Bu nədə dərəcədə düzgündür. Hörmətli vəkil mən nə etməliyəm? Əvvəlcədən təşəkkürümü bildirirəm.

    Salam. 2005-ci ildə verilmiş bələdiyyə qərarı, alqı-satqı sənədi, təhvil aktı, ödəniş qəbzi, xəritə və Milli Arxivin təsdiqi torpaq hüququnun dövlət qeydiyyatına alınması üçün mühüm sübutlardır. Bu sənədlərlə ASAN xidmət vasitəsilə ilkin dövlət qeydiyyatı və çıxarış üçün rəsmi müraciət edin; imtina olarsa, səbəbləri göstərilən yazılı qərar tələb edib onu inzibati qaydada və məhkəmədə mübahisələndirmək olar. Hasarın sökülməsi ilə bağlı icra hakimiyyətindən söküntünün hüquqi əsasını və aktın surətini yazılı tələb edin; qanuni əsas və əvvəlcədən bildiriş olmayıbsa, aktın ləğvi və vurulmuş zərərin ödənilməsi məsələsi qaldırıla bilər. Sənədlərin hamısı fərdi qaydada hüquqşünas tərəfindən yoxlanmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Lale 2026-08-29 04:11:08

    Salam hörmətli vekil.evi müqavilə ile kirayə vermeyin üstünlüyü nədir.ve evde kirayə qalanlar o eve mütləq qeydiyyata düşməlidir mi? Vergini kim ödəməlidir?

    Salam. Yazılı kirayə müqaviləsi hər iki tərəfi qoruyur — şərtlər, kirayə haqqı, depozit və mübahisə yarandıqda sübut kimi xidmət edir. Kirayəçinin mənzildə mütləq qeydiyyata (qeydiyyat ünvanı) düşməsi qanunla tələb olunmur, bu, tərəflərin öz razılığından asılıdır. Kirayə gəlirindən vergini isə əmlak sahibi (ev sahibi) ödəməlidir — bu, sadələşdirilmiş qaydada müəyyən edilmiş sabit dərəcə üzrə hesablanır; dəqiq cari dərəcəni Vergilər Nazirliyinin portalından yoxlamaq məsləhətdir. Vəkil Qulam İsmayılzadə
  • Anar Orucov 2026-08-28 15:59:10

    Salam hörmətli Qulam müəllim. Mənim 6 sot torpağım var. Torpaq 2004-cü ilin Bələdiyyə qərarlı sənədidi. Çertyoju var. Alqı-satqı aktı 2015-ci ildə verilib, amma Ləğv edilmiş Xəritəçəkmə komitəsinin imzası, möhürü yoxdu. Binəqədi icra hakimiyyətinin möhürü var. Torpağın kökü Milli Arxiv İdarəsində var. Əmlak Məkanına ərizə ilə müraciət elədim. Məktuba cavab kimi ləğv edilmiş Xəritəçəkmə komitəsinin imzası, möhürünün olmadığı bildirildi. Necə sənədləşdirmək olar bu torpağı?

    Salam. Xəritəçəkmə Komitəsi artıq fəaliyyət göstərmədiyi üçün onun funksiyalarını davam etdirən aktual dövlət orqanının (kadastr/əmlak məsələləri üzrə müvafiq qurum) arxivindən həmin sənədin təsdiqli surətini və ya texniki sənədləşməni əldə etməyə cəhd etməyiniz məqsədəuyğundur. Milli Arxivdəki əsl sənədlə birlikdə bu təsdiqi Əmlak Məkanına yenidən təqdim edə bilərsiniz; orqan yenə də rədd edərsə, mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət (fakt müəyyənləşdirmə iddiası) qalan effektiv yoldur, xüsusən sənədi vermiş qurum artıq movcud olmadıqda. Vəkil Qulam İsmayılzadə
  • Arzu Nagiyeva 2026-08-24 18:04:23

    Salam.eger həmin torpaği ev qarışı satmaq istesem bağışlanma edən bacımın razılığı olmalıdırmı ve bağışlanma bacıma subay ikən edib eğer indi yeniden torpağı satmaq istesem bacimin ve yoldaşının da razılığı olmalıdırmı yoxsa tekce bacımın razılığı olmalıdır? Və həmin torpaği başqa bacıma sata bilərəm.?

    Salam. Əgər torpaq payı artıq bacınıza bağışlanıb və onun adına rəsmiləşdirilibsə, bu, onun tam mülkiyyətidir və həmin payı satmaq qərarı yalnız ona aiddir — sizin razılığınız tələb olunmur. Bağışlama yolu ilə əldə edilmiş əmlak Ailə Məcəlləsinə görə ər-arvadın ümumi əmlakı sayılmır, ona görə də bacınızın əri həmin payın satışına razılıq verməli deyil (evlənmədən əvvəl və ya sonra bağışlanmasından asılı olmayaraq). Öz payınızı isə istənilən bacınıza sərbəst şəkildə sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Arzu Nagiyeva 2026-08-23 20:03:23

    Salam.atamin adına olan torpaqda 2021 in May ayında orda ev tikintisinə başladım..2021 dekabrda atam rəhmətə getdi və həmin torpağ sahəsi 2 bacımın adına keçirildi.bacilardan 1 öz torpaq sahəsini mene bagisladi.ve ev nigah dövründə tikilib.torpagin çıxarışi var amma tikilen evin yoxdu.eger boşanma olarsa digər tərəf evden ya torpagdan pay tələb edə bilərmi? 2 uşaq var 14 ve 7 yaş.qarsi tərəf pay tələb edə bilərmi.evde heleki yaşayış yoxdu

    Salam. Bacınızın sizə bağışladığı torpaq sahəsi nikah dövründə əvəzsiz əldə edildiyi üçün, bir qayda olaraq, sizin ayrıca mülkiyyətinizdir və həyat yoldaşınız həmin torpaqdan pay tələb edə bilməz. Lakin ev nikah dövründə ailənin ümumi vəsaiti və ya həyat yoldaşınızın əməyi hesabına tikilibsə, o, tikiliyə və ya tikintiyə qoyulmuş vəsaitə dair pay və kompensasiya tələb edə bilər. Evin qeydiyyatsız olması bu tələbi avtomatik aradan qaldırmır; nəticə tikinti xərcləri, maliyyə mənbəyi və tikilinin hüquqi vəziyyətinə dair sübutlardan asılı olacaq, uşaqların olması isə öz-özlüyündə onlara və ya digər valideynə torpaqdan pay vermir. Vəkil Qulam İsmayılzadə
  • Rza Huseynsoylu 2026-08-07 08:30:40

    Salam 2014 ci ilde naxcivan MR da qeyri-yashayish sahesi tikmishik. 2022 de layihede deyishiklik oldugu ucun yeniden muraciet edib qeydiyyatdan kecmisik. Cixarishda belediyye torpagidi bu torpagi ozellesdirmek olar olarsa hansi senedler toplanmalidir? Cox teshekkur edirik.

    **Cavab:**Salam. Bəli, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikilmiş və mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış sahəsinin altındakı torpağı mülkiyyətə (özəlləşdirməyə) və ya icarəyə almaq mümkündür. Bunun üçün aidiyyəti Bələdiyyəyə müraciət edərək torpaq sahəsinin satılması barədə qərarın çıxarılmasını tələb etməlisiniz. Müraciət zamanı **ərizə**, **şəxsiyyət vəsaitiniz**, qeyri-yaşayış sahəsinə dair **çıxarış (kupça)** və **texniki pasport**, eləcə də torpağın **kadastr planı və ölçü sənədləri** təqdim edilməlidir. Bələdiyyə tərəfindən müvafiq qərar qəbul edildikdən və torpağın dəyəri ödəniləndən sonra Əmlak Məsələləri Dövlət Xidmətində torpaq sahəsinə mülkiyyət hüququnuzu qeydiyyata aldırıb müvafiq çıxarışı əldə edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz