Vəkil olmaq üçün tələblər hansılardı?
ali hüquq təhsilli şəxslər
hüquqşünas ixtisası üzrə ən azı 3 il iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində 3 ildən az olmayan müddətdə fəaliyyət göstərən hüquqşunaslar
Bu tələblərə cavab verən şəxslər Kollegiya tərəfindən peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə təşkil edilmiş yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verdikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyininin tədris-elm müəssisəsində icbari təlimə cəlb olunurlar və icbrari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil statusuna yiyələnir.
Lakin bəzi hallarda şəxs yazılı test, şifahi müsahibə və icbari təlimdən keçmədən də vəkil ola bilər. Belə ki, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.
Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan
qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş
qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan
qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər.
Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və vəkillik haqqında qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır.
Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə bu məzmunda and içir:
“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.
Vəkillərin səlahiyyətləri and içdiyi andan başlayır və vəkillər həmin vaxtdan vəkil reyestrinə daxil edilirlər. Vəkillər andın mətninə imza edir və bu sənəd vəkillərin şəxsi işində saxlanılır.
Vəkillər mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.
#vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Eli 2022-06-10 23:04:32
Men De HAKIM olmaq isdeyirem ve mene nece desdek ve ya bir soz deyeyersiz . Ki, mən də. Qərardan yararlanım
Əkbər Sabir Dünyamaliyev 2022-06-27 17:40:00
salam mən polis akademiyasını bitirmişəm 12 il stajım var Ali təsili hüquqşunastam bilmək istəyirəm ki, hazırlaşmaq üçün hansı fənlərdən hazırlaşmayıyam
Leyla Mustafayeva 2022-10-09 22:02:05
Salam. Ali təhsilli hüquqşünasam.Dövlət qeydiyyatından keçmiş özəl ali təhsil müəssisəsini bitirmişəm.18 il prokurorluq orqanında mütəxəsis,4 ildir isə prokurorluğun dəftərxana müdiri(böyük mütəxəssis )olaraq çalışıram. Bilmək istəyirəm ki, vəkillik fəaliyyəti üçün müraciət edə bilərəmmi? Çox sağ olun
Ayten Mamedova 2022-12-26 01:27:06
Salam.Memimle vaxtile eyni evde yawamiw biri(meselen,qaynana ve baldiz)Meni kimse soyse,tehqir etse,pis sozler iwletse,tupurse buna qarwi ne ede bilerem?cezasi nedir?ama elimde deiller yoxdu meselen.onda neyse etmek mumkundu?ve deliller olarsa ne ede bilerem?xaiw edirem meni cox etraflu melumatlandirardiz
Ziya Malişov 2023-01-16 08:57:03
Salam. Mən 2000-çi ildə Özəl ( Azərbaycan Beynəlxalq ) Universitetin hüquq fakultəsini bitirmişəm. Hərbi xidmətdə olmamişam. 15 ildən artiqdir Özəl şirkətdə ( Mobil operator) fəaliyyət göstərirəm. Bilmək istəyirəm mən vəkil fəaliyyəti göstərmək ücün uygun bir şəxsəm? Uygunamsa, bundan sonra hansi addimlari atmaliyam?
V.M 2023-02-18 12:50:45
6 da oxuyuram vekil olmaq isteyirem buna göre hansi fenler vacibdir
Şərh yaz