Şəxs tərəfindən şəxsin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.”
WhatsApp, Telegram, İnstagram, Facebook və s. danışıqlarının məhkəmədə sübut kimi qəbul edilirmi?
Hansı hallarda səs yazısını və digər danışıqları məhkəməyə sübut kimi təqdim etmək olar?
İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə görə:
Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Bəs sübut nə zaman qanunsuz olur?
Lakin, Azərbyacan Respublikasının Konstitusiya məhkəməsi isə öz qərarında, sadə dilnən desək, qeyd edir ki sadə dilnən desək:
Şəxs tərəfindən şəxsin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.
Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Misal 1:
Cavid Orxandan borca 100 manat pul almaq istəyir və bununla bağllı ona zəng edir və ya Watsap vasitəsi ilə yazır. Orxanda da telefona Cavidin xəbəri olmadan onun səsini yazır və görüşürlər ona borc məbləğini verir.
Təbii olaraq bu danişiqlarda da Cavid deyir ki, misal üçün:
-“3 aya və ya 1 ilə sənin borcunu qaytaracam”.
Deməli Konstitusiya Məhkəməsinin qərarından bu nəticəni çıxara bilərik ki, Cavid borcu qaytarmasa Orxan borcun qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etsə o zaman şifahi borc müqaviləsi ilə bağlı aralarında olan söhbətləri əks etdirən gizli səs yazısını və aralarında olan yazışmanı məhkəməyə sübut kimi təqdim edə bilər. Fərqi yoxdu lap olsun Whatsapp danışığı və ya Facebook yazışması və ya digər şəbəkələrdə edilən söhbətlər.
Amma bir məsələni də xüsusi ilə, Konstitusiya Məhkəməsi qeyd edir ki, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi mümkündür.
Amma gedib Cavidin sizə olan borc məsələsinə görə Cavidin başqa şəxslə danışığını sübut kimi təqdim etsəz təbii ki, məhkəmə tərəfindən qəbul edilməyəcək.
Beləliklə göstərilən bu halda, səs yazmaq toxunulmazlığı pozmur.
Misal 2:
Elan saytlarının birində planşet satışı elanı görmüsüz. Planşetin özəlliklərinə də baxanda fikirləşirsiniz ki, sizin məqsədlərinizə uyğun gəlir. Whatsappda uzun söhbətlərdən sonra qərara gəlirsiniz ki, bu kompyuteri almaq olar. Razılığa gəlirsiniz və planşeti sizə göndərirlər. Cihaz gəlib çıxdıqdan sonra görürsünüz ki, yox bu o deyil. Sizə gəlib çıxan planşet başqa özəlliklərə sahibdir və zəifdir. Aranızda olan razılığa əsasən sizə başqa planşet göndərilməli idi. Geridönüş etdiyinizdə isə sizə deyirlər ki:
- “siz yalan deyirsiniz elə siz bu özəlliklərə sahib olan cihazı istədiniz, biz də sizə onu göndərdik”.
Və ya siz yeni planşet istəyirsinizzvə bunu onlara bildirirsiniz onlar isə sizə ikici əl işlənmiş mal göndərir.
Mübahisənin həllinə görə məhkəməyə də müraciət edəndə əlinizdə başqa sübutlar olmadığı üçün yazılı müqavilə də bağlamadığınız üçün danışıqları sübut kimi ərizənizə əlavə edirsiniz və məhkəməyə də təqdim edirsiniz. Belə olan halda məhkəmə watsap yazışmalarını sübut kimi qəbul edəcək.
#whatsapp # sübut # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Heyranə 2023-05-13 08:51:29
Salam! Vatsap vasitəsilə söyüş olubsa məhkəmədə sübut olunsa söyən şəxsdən pul tələb oluna bilər yada iş açıla bilərmi? Onuda deyim ki ailə problemidi alimentə görə öncədən təşəkkür
Aynur 2023-06-18 10:48:43
Salam.Men 2018 ilde evlilikden once ev almiwam , aile qurana yaxin evi 1 otaqli evi 2 otaga mtk da deyiwmiwem evlilikden once . 1 ci eve gore qarwi teref pul odeyib qalan krediti odeyib baglanilib - men cox hisse odemiwem - yerde qalan 30 min vesait qarwi teref Ve 2 otaga kecirtmiwem . 2 ci ev tekce kredit duwur evlilike- 2 evde evlilikden once alinib . Qarwi teref iddia edir ata yurdu satilib Mene verib lakin dedikleri Eksini tapmir. 84 min deyir tapib mene 30 min verib - lakin resmilewdirilibler aldi satqini 40 min - satib ozlerine ev aliblar - 42 , lakin deyirler ki Mene pul veribler . Ses yazisi ( whatsp) var ki deyirem pulunu qaytaracam - amma neye verilen pul deyilmir . Mehkeme Ona 3/1 pay Ona verib - 30 min+ kreditin yarisini sayib- bu qerar cixardib. Ev evlilikden once alinib . Sualim odur ki 1) ev evlilikden once alinibsa nece mehkeme 3/1 Ona verib ? Appelyasiya vermek meslehetli Dimi ? 2) ci sualim evlirini 84 min satib 40 min resmilewdiribler- vergiden yayinmaq ucun - vergiden wikayet ede bilerem ? 3) ci sualim pay verilib meni ne gozleyir evin kupcasi yoxdur meni mehkemeye verib pul isteye biler ? Onlara tecili pul lazimdi men istediyim mebleg desem raziliga sala bilerem - ustunluk men dedi ? Kupca hele yoxdu. Cox sagolun
Abbasov Novruz 2023-07-24 17:30:32
Salam mellim necesiz Bizim Anama mexsus olan evde tanımadığımız adam qeydiyyatda gorsenir onu ordan qeydiyyatdan cixartmaq isteyirik sadece mahkemeye muraciet elemek isteyirem ancag mene bele melumat verirlerki sen onu mehkemeye vermek ucun onun adı soyadı telefon nomresi birde indi hazırda harda yaşayir o ünvanı bilmelisenki mehkemeye veresen mehkeme ona bildiris göndersin mende onun indi yaşayış yerini bilmirem nedeki tapa bilmirem sadece onun qeydiyyatda olduğu yer cixir oda menim unvanim onun yaşayış yerini tapa bilmesem mehkeme bu ise baxmayacag ?
Aqil 2023-07-30 02:34:01
Salam vatsap yazışmaları subut kimi istifadə edilə bilərmi? Səs atdığım adam səsimi üçüncü şəxsə atıb və oda şikayət olunan məsələyə aid olmayan səsi həmin məsələyə aid edərək sübut kimi istifadə edir ancaq məndə yazışmada görsənir ki zaman olaraq ayrı zamanda və başqa adama atılan səsdi ancaq səsimi əldə edib və şikayət olunan məsələyə aid edir sübut kimi istifadə edir, şikayətdə bulunduğumuz orqan da nədənsə onlara yaxın olub şikayət edən biz ancaq onların tərəfini turur. Məlumat verməyinizi xahis edirəm öncədən təşəkkürlər
Abbasov İbrahim 2023-07-31 10:08:57
Mənə bir insanın borcu olub onu kart vasitəsi ilə atıb,hal hazırda həmin insan ölüb,indidə ailəsi deyirki sənə borcu yox idi pulu qaytar və vatsap yazışmaları var mənim ölən adamnan,bilmək istəyirəm ailəsi mənnən pul ala bilər ??
Anar Əliyev 2023-09-21 13:18:59
Salam. Mən birbaşa danışdığım səlahiyyətli şəxsin mənimlə danışığını qeyd edib, sübut kimi baş idarəyə və ya dövlət qurumlarına göstərə bilərəmmi?
İlahe 2023-10-07 00:45:27
Salam adi danişiq zəngini və yacudda varsao dansigimi qarsi tərəf cixartdira bilərmi
Novruz 2023-10-27 19:23:21
Men tanimadigm mağazadan mehsul sifariş elemişem. Watsap yazışmaları onun kart hesabı ses yazısı hamsi var. Ne mehsulu gönderib ne deki pulu geri qaytarib. Mehkemeye getmeden hemin adamı tapa bilerem? Polis organları terefinden?
Telman 2023-11-21 14:33:23
Salam. Boşanma və pul məsələsində qarşı tərəf vatcapp scer çıxarıb, özünə səhf edəni. Məhkəmə yolu ilə qarşı tərəfin mobil telefonunu kompyuter texniki ekspertizasını təyin etdirə bilərik? Bununla bağlı rayon Məhkəməsinə vəsatət verdik, amma rəd edildi. İş Apellyasiya Məhkəməsinə keçəndən sonra yenidə vəsatət verib vatcapp yazısmalarını yoxladdıra bilerik mi?
Asif ceferzade 2023-11-28 16:11:54
Salam. Men taksi işləyirem meni ora bura gönderen şexs taksi pulumu verib. Kimlerdense işe düzəltmey adıyla pul alıb menim tanımadıgım şəxslərdən menimde ses yazılarımı polise təqdim edib. Misal üçün men getmişəm təhsil nazirliyinə orda mene deyileni vatcapda sesle atmışam dosduma dosdumda menim sesimi tanımadıgım adama bu neqeder düzdü onuda bildirim ki zerer çeken mənnən şikayetçi deyil sadəcə onda menim seslerimi var
Xeyal 2023-12-11 12:20:44
Salam. Evlilik zamanı vatsapp yazışmalari qarşı tərəfin telefonundan gizlin çekilib. Bu boşanma məhkəməsində Maddi sübut kimi istifade edilə zənglər yazişmalar çıxardıla ve bununla az yaşlı uşaq elden alına bilərmi?
Ləman 2024-02-16 04:01:44
Nömrənin sahibi bütün vatcap yazışmalarini çıxara bilərmi?
Tural 2024-03-14 01:05:59
Salam, qaynanam meni ev telefonu ile söyüb adboy verib. Men de onu mobil telefonla yığıb tehqir etmişem, bu zaman menim icazem olmadan sesimi yazıb. İndi hemin sesle meni şantaj edir ki, bu sesi iş yerine gönderecem, polise verecem. Bu sesi yazmağa icazesi varmı? Birde o ses yazısını iş yerime ve polise göndere bilermi? Qanun buna icaze verir?
Mehdiqulu SHIRALIYEV 2024-04-02 23:51:39
Telegram yazışmaları məhkəmədə istifadə edilə bilərmi
Zemine 2024-04-11 23:14:20
Salam. Whats upp yazismalari eyer polis orqaninda tanis varsa onun vasitesile cixarila bilermi? Icaze olmadan basqa sexsin yazismalarini sadece suphelendikleri ucun cixartmaga icaze varmi? Ve bu hemin polisin isinden sui istifade etmek demekdirmi?
Gülşən Süleymanova 2024-06-24 11:08:09
Salam.Mənim yoldaşım Rəhmətə gedib.iki azyaşlı qızım var.hal hazırda yoldaşımın evində yaşayıram.o evə gəlin köçmüşəm.iki qızım o evdə qeydiyyatdadır mən isə yox.ev Baldızımın adınadır.hal hazırda Məni evdən çıxarır.Bilmək istəyirəm çıxara bilər?
Səfərova Bahar 2024-07-22 23:04:36
Salam.boşanma zamanı.qarşı tərəf şübhələndiyi insanlarla mənim danışıqlarımı və yazışmalarımı çığartdıra bilərmi?nömrə mənim adımadı.Məhkəmədən təlıb ede bilərlərmi?
Nigar Məmmədova. 2024-10-08 23:26:46
Salam.yoldşım alqı satqı işində dolandırılğı üçün 102 ərizə verib.bu məsələdə mənim telefonumdakı mesajlara polis baxa bilərmi.nəsə araşdırma üçün.vatsap mesajlarıma.
Anar Hüseyinov 2024-10-17 17:38:14
Salam . Mənim qardaşım Hüseyinov İlqar bir qadına mesaj yazıb , onlar mesajlaşıblar sonradan qadın polisə şikayət edib .Qardaşımı həbs ediblər şöbədə saxlayırlar .Bizdən 3 min manat rüşvət istəyirlər .Qardaşım bu hərəkətinə görə həbs oluna bilərmi ?
Anar abbasov 2024-10-18 16:24:20
Salam Bosanma ucun mene aid olan subheli yazismalari mehkemede polis terefinden men icase versen yaxud vermesem mehkemeye teqdim ede bilerlermi?men icaze versemde vermesemde eger .ele biir yetki varmi
Şərh yaz