Xarici universitetlərin diplomlarının tanınmasında problemlər
Xaricdə təhsil alan şəxs Azərbaycana qayıtdıqdan sonra ali təhsil haqqında sənədi Azərbaycan ərazisində tanıtmalı və ixtisasın ekvivalentini müəyyən etməlidir. Çünki xaricdə təhsil alan şəxsin diplomu qanunla Azərbaycan ərazisində tanınmırsa (nostrifikasiya olunmursa) həmin şəxsin diplomu meəyyən hallarda etibarsız sayılır. Bu, həmin şəxsin ölkədə iş tapmasını çox çətinləşdirir.
Diplomların tanınmasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (əvvəllər Akkreditasiya və Nostrifikasiya İdarəsi) həyata keçir. Agentli Q. Qarayev Ave. 2B (Baku Technical College), AZ 1060, Baku, Azerbaijan Entrance from K. Balakishiyev St. ünvanında yerləşir.
Yaxın vaxtlarda xaricdə təhsilni bitirəcək və ya hazırda məzun olan şəxslər diplomlarının Azərbaycanda tanınması üçün aşağıdakı prosedurlardan keçməlidirlər:
Xaricdən gələndə (xüsusilə Rusiyada, Ukraynada və s. təhsil alanlar) diplomunuz həmin xarici ölkədə apostil və ya leqallaşdırılmalıdır.
Apostil (fr. apostille) - bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlərin digər ölkənin ərazisində leqallaşdırılması üçün istifadə olunan beynəlxalq leqallaşdırılma üsuludur. Apostil beynəlxalq standartlara uyğun olaraq tərtib edilir və bu barədə ştamp sənədin əslinnin və ya surətinin üzərinə vurulur.
Konsulluğun leqallaşdırılması sənədlərdə və aktlarda olan imzaların həqiqiliyinin, bu sənədlərin və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğunluğunun müəyyən edilməsindən və təsdiqindən ibarətdir.
Azərbaycana gəldikdən sonra diplomun,diploma əlavəni və digər sənədlərin Azərbaycan dilinə tərcümə etdirib notarial qaydada təsdiqlətdirərək nostraftikasiya sənədilə birlikdə Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə təqdim etmək lazımdlr. Müraciət yalnız onlayn formada həyata keçirilməlidir. Bunun üçün siz Elektron Müraciət Sisteminə daxil olub qeydiyyatdan keçməlisiniz.
Diplomun tanınması (nostrifikasiya) prosesində hansı problemlərlə üzləşə bilərsiniz?
Agentlik diplomunuzu hər hansı bir səbəbdən tanımaqadan imtina etdiyi təqdirdə siz bu haqda məhkəməyə müraciət edərək öz hüquqlarınızın təmin edilməsini tələb edə bilərsiniz. Belə olan halda siz Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi tələblərinə əsasən inzibati məhkəmələrə müraciət edərək imtinanın verə orqanın üzərinə diplomun tanınması öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edə bilərsiniz.
#diplomun taninmasi # nostrafikasiya # təhsil haqqinda qanun # diplom # apostil
Şərh yaz