Aliment ödəməyən şəxs nə kimi məsuliyyət daşıyır?
Məhkəmə sizin xeyirinizə aliment tutulması haqqında qətnamə qəbul etdikdən sonra onu dərhal icraya yönəldir.
Cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək alimenti ödəməli olan şəxsə bildiriş göndərir.
Bundan sonra, əgər məhkəmə qərarına əsasən aliment şəxsin gəlirlərinin müəyyən hissəsinə yönəldilibsə, misal üçün gəlirin ⅓ (üçdə bir) hissəsinə, icra məuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq göstəriş verir.
Həmin göstərişə əsasən cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür (aliment alanın bank hesabı olmadıqda icra şöbəsinin hesabına).
Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində (2021-ci il üçün bir uşağa görə minimum 175 manat) tutulması haqqında qətnamə qəbul edir.
Daha sonra, aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi (bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbz) işə baxan icra məmuruna təqdim etməlidir.

İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir.
Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.
Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir.
Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.
Əslində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlməsin və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətsin və s.
Bu isə o deməkdir ki, şəxs sadəcə alimenti ödməməyə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilə bilinməz.
Lakin yuxarıda qeyd olunduğu kimi praktikaya əsasən (alimentin ödənilməsinin təmin edilmə mexanizmi mükəmməl olmadığı üçün) icra məmuru şəxs barəsində, protokol tərtib edir (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsi maddə 528.1) və məhkəmələrdə qanunu düzgün tövsif etməyərək şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərarlar qəbul edir (həbs edir və yaxud cərimə edir).
Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.
Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 306.1 maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda cinayət məsuliyyəinə cəlb edilə və cəzalandırıla bilər:
1) 2000 manatdan 4000 manatadək miqdarda cərimə
2) 320 saatdan dörd 480 saatadək ictimai işlər
3) 2 ilədək müddətə islah işləri
4) 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması
5) 3 ilədək müddətə azadlıqdan məhrumetmə
Şərhlər
Gizli Qalsin 2026-10-12 12:54:55
Salam menim adima 12 min alment bircu var iwlemirdim iw olduqca iwleyib alment verirdim 1defede 8 sutka hebs olinmiwam 1aydi iwe bawlamiwam bawlayandan 300 azn alment odemiwem uwaqlarda ayin yarisin menle qalir ama yene wikayetbedib almet teleb edirler ve 8000 min ödəməsem 3 gun erzinde haqqimda inzinati xetalar mecellesiyle 3iledek hebs etdirecekler ne etmeliyem icracida axdariwa verib meni teleb edirki odeniw ele alment alan wexs ise deyir 8000 min vermesen wikayeti geri goturmeyecem ve almemt alan wexs qeyri qanuni bawqasiyla yawayir 1 uwaqda dunyaya getrib ondan ne ede bilerem heckimde baxmir menim iwime
Bağırova Aysu 2026-10-04 10:28:52
Salam menim 16 yaşım var. Anamla atam mən dunyaya gəl ləndən sora ayrılıblar anamın yanında qallam anam onunla onun içdiyinə içib anamı doyduyunə və gəzdiyinə gorə ayrılıb.1 yaşımdan mənə 16 yaşım var 16 yaşıma kimi bir dəfədə olsun atamdan pul gorməmişəm neçə min borcu var mən neynim hara muraciət edim hara da eləmişik baxmıllar bilmirəm niyə
Dadaşov Ədalət 2026-09-26 14:07:14
Salam mən xəstələnib 3 aydı aliment verə bilmirəm ne etmeliyem
Aysaba 2026-09-23 20:08:42
Salam aliment borcu olan vesiqenin vaxti bitibse asan xidmete yaxinlasa biler ona istop qoyublubsa asan xidmete getse problem yasiya biler saglana biler xayis cavabladiradiz
Leman 2026-09-21 08:56:30
Salam elment borcu olan eyer vesiqesinin vaxti bitib se onu asan xidmete yaxilasa biler yoxsam qirmizi istopuna gore saglana biler
Nurlan 2026-09-20 08:27:04
alment boşanma ləğv edin boşanan qadimlari 500000cərimə edin boşanma olmayacaq
Zabit quluyev 2026-09-18 14:19:07
Salam her vaxtınız xeyır olsun menım 950 manat borcum var her ayda artıq odenıs edırem borcdan cxlır ve hemın halda ıcracı menı axtarısa verır ve mene deyır kı sen her ay menim yanma niye gelmırsen aileme deyır kı qoy onu 10 sutka ıcre Salaq qarsı terfde gorusun bunu Men hara sıkayet edım
Elmira Quliyeva 2026-09-05 18:27:48
Salam, valideynlerim 6 yasimdan etibaren resmi boshanib, mehkemede, aliment teleb olunduqda ata axtarilib amma tapilmayib kimi qerar verilib. Ozu Avropada yasayir, uzerinden 26 yasim var hazirda. Aliment ucun mehkemeye muraciet edile butun illerin alimenti teleb oluna biler? Chox tesekkurler
Angel Houston 2026-08-17 16:33:23
Salam hormetli Vekil.Ata iki ildir alimenti odemeyib 12000 borc yigilib.Bir defe tutuldu cixdi.Indi 1 ay deyil ishleyir ve hele maashini almadigi halda icrasi deyib ki ishi mehkemededir(Qarabahda ishleyir) niye gedib.Yaxshi bu insan ishlemese alimenti nece versin? 2 ci sual-Yigilmish borclari ishleyib ayba ay vere biler? Yoxsa birdefelik vermelidir ?3 cu sual-borclu olan insanin atasi(baba)vermelidir deye bir qanun var?Baba mulkunu satib ve icraci deyir ki mulku satmisiz vermelisiz mulk de babanin adinadir aliment veren atanin yox.Onceden teshekkur edirem
Ceyhun 2026-07-28 02:47:19
Salam. Mən 2 ci qrup gözdən əliləm. Müəllim işləyirdim amma görmə qabiliyyətim imkan vermədiyinə görə işdən çıxdım. 250 manat pensiya alıram. İşlədiyim müddətdə mənə minimum əmək haqqının onda dörd misli qədər aliment kəsilib.Qətnamə müddətində 1700 borc yaranıb. Digər tərəfdən pensiyamın 70 faizi alimentə tutulur qalan pul borc yığılır. İcraçı deyirki borca görə səni həbs etdirəcəm. Mənim isə işləmə imkanım yoxdur çünki görmə qabiliyyətim çox məhduddur. Bilmək istərdim məhkəmə mənə həbs verə bilərmi və mən hansı hüquqi addıma əl atım.
Şərh yaz