Atalığa dair mübahisə açma tələbi hansı hallarda təmin olunmur?
Son zamanlar ölkəmizdə nikahın pozulması halları artdığından bu istiqamətdə məhkəmə işlərinin sayı da çoxalıb. Aliment tələbi, əmlak bölgüsü, alimentin artırılması və sair iddialarla yanaşı, atalığın müəyyən olunması kimi iddialar da yer alır. Bəs atalığa, analığa dair mübahisə açma hansı qaydada aparılır?
Bu barədə qanunvericliyin tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsində əks olunub.
Belə ki, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur.
Embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.
Atalığa etiraz etmək üçün prosedur
Atalıq faktının mübahisəsi qətiliklə məhkəmədə baş verirvə bu mövzuda məhkəmə işlərinin kateqoriyasına iddia müddətləri şamil edilmir, yəni istədiyiniz zaman müraciət edə və tələb edə bilərsiniz.
Tələb olunan sənədlər paketi
Onu da qeyd edim ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
#boşanma # övladın ananın yanında qalmsı # atalığın müəyyən edilməsi
Şərh yaz