Hüquqi yardım

Borc verərkən nələrə diqqət etməliyik?
23 Noy

Borc verərkən nələrə diqqət etməliyik?

Borc verərkən nələrə diqqət etməliyik?

Məhkəmə təcrübəsində çox rast gəldiyimiz hallardan biri də borcun qaytarılmaması və yazılı şəkildə heç bir sənədin olmamasıdır. Bu halda borc verən və ya alan şəxs hansı tələblərə diqqət etməlidir? 

Ümumiyyətlə, borc müqaviləsi həm yazılı, həm də şifahi bağlana bilər. Hər bir halda borc verərkən yazılı sənədin, müqavilənin olması məqsədəuyğundur, çünki borc qaytarılmadığı halda yazılı sənədlər sübut kimi çıxış edir. Lakin yazılı sənəd olmadıqda isə borcun məbləği, borc verdiyiniz şəxsin kimliyi və s. məlumatları sübut etmək çətindir. 

Borcun məbləği 3000 manat və daha çox olduqda, yaxud da tərəflərdən biri hüquqi şəxs olduqda isə borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Borc müqaviləsində nələr qeyd olunmalıdır?

Borc pulun verilməsi ilə bağlı yazılı razılaşmalarda aşağıdakılar mütləq şəkildə qeyd edilməlidir ki, razılaşma etibarlı hesab edilsin və gələcəkdə ödənişin gecikdirildiyi və ya tamamilə ödənilmədiyi halda, pul vəsaitinin hüquqi müstəvidə geri alınması mümkün olmuş olsun:
- müqavilənin tarixi;
- müqavilənin tərəfləri, yəni borc alan və borc verənin adı soyadı atasının adı (şəxsiyyət vəsiqəsi üzrə məlumatların qeyd olunması);
- borc verilən pul məbləğinin miqdarı (rəqəm və sözlə yazılmaqla);
- pul öhdəliyinin icrasının forması və müddəti (yəni, geri qaytarılma müddəti, ödənişin son tarixi mütləq şəkildə qeyd edilməklə hissə hissə və ya bir dəfəlik qaydada ödənilməsi).

Pul gecikdirildikdə cərimə ödənilməlidirmi?

Bağlanılan borc müqaviləsində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi halında dəymiş zərərin qarşılanması üçün cərimə məbləğinin qeyd edilməsi, gələcəkdə borc alanda ödəniş müddətinin gecikdirilməməsilə bağlı məsuliyyət yaradacaqdır. Bu səbəbdən, mülki qanunvericilikdə pulun vaxtında ödənilmədiyi halda cərimənin (dəbbə pulu) müəyyən edilməsi öhdəliyin icrasının təmin edilmə üsullarından biri kimi müəyyən edilmişdir. Borc alan dərk edir ki, əgər borc vaxtında ödənilməzsə, götürülən borc məbləğinin üzərinə cərimə faizləri gələcək və borc məbləği artırılacaqdır.

Elə bu səbəbdəndir ki, fiziki şəxslərin bir-birinə verdiyi borc vəsaitlərinin geri qaytarılması prosesilə müqayisədə kredit təşkilatlarında bu tipli problemlər daha az yaşanır.
Buna baxmayaraq, müqavilədə dəbbə pulu nəzərdə tutulmamışdırsa, bu hələ o demək deyil ki, vəsaitinin vaxtında ödənilməməsinə, gecikdirilməsinə görə cərimə tələb edilməməlidir.

Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.

Onu da qeyd edək ki, pul vəsaitinin faizlə verilməsi lisenziyalaşdırılmış fəaliyyət olduğundan, fiziki şəxslərin xüsusi razılıq (lisenziya) almadan pul vəsaitini faizlə borc verməsi qanunsuz fəaliyyətdir, bu əməl inzibati və cinayət məsuliyyəti yaradır. Öz aranızda bağladığınız Müqavilələrdə pulun faizlə verilməsini qeyd etməyiniz arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Borc müqavilələrinin bağlanılması zamanı öhdəliyin icra edilməsini əvvəlcədən təmin etmək üçün qanunverilicikdə başqa bir sıra tədbirlər də nəzərdə tutulmuşdur: qarantiya, zaminlik, girov, ipoteka və s.

#borc müqaviləsi # şifahi borc müqaviləsi # faiz # in heablanması # mərkəzi bankın uçot norması

Şərhlər

  • Rəşad 2024-06-09 23:01:11

    Diğər şəxsin mənə borcu olduxda 500₼+ keçdikdə qaytarılması tələb edərkən imtina edərsə məhkəmə üzrə dava aça bilərəm ? Sübutum ondan ibarətdirki onlayin (kart) vaisdəsi ilə göndərmişəm bankın çıxarış sübutu nəticəsində sübut edəbilərəm

    Yetərli olmaya bilər gərək həm də sübuta yetirəsiniz ki, pulu ona borc vermisiniz. Vəkil Qulam İsmayılzadə
  • Ramil 2024-06-12 23:52:51

    Salam borca pul vermiwem muqavilesiz indi qaytarmir whotsapp daniwiqlrimiz ve yaziwmalarimiz var ozu borcun meblegini deyir evvel deyirdi qaytaracam indi deyir vermirwm ne bilirsen ele . Mehkeme yolu ile ala bilerem ?

    Yazışmalarınız durursa tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Namiq 2024-06-22 00:50:29

    Salam borc muqavilesi ile 15000 borc menden alib sonra elaqə nomresin leğv edib aradan çixiblar muqavilə mendedi borcu tam shekilde geri ala bilerem ?

    Əgər əməl etmirsə müqavilənin şərtinə onda tələb edə bilrsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elman Bayramov 2024-07-05 11:10:05

    Salam Menden yaxin qohumum xeyli miqdarda pul alib (borc, hec bir muqavile olmadan). Bankdan oz adima alib vermishem ve 15 gune qaytaracagini deyib. İki ilden cox kecib pulun doyuk bir hissesini geri qaytarmir ver deyir kime deyirsen get de. Etibarimizdan sui istifade edibler butun aile uzvleri. Bele bir plan qurublar. İndi men hem banka esas borcu ve hemde faizi odeyirem. Belelikle pulu vermiyib aradan cixiblar. Men nece edim ki, pulu geri ala bilim ?

    Məhkəməyə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Huseyn Mammadov 2024-10-05 19:16:28

    Salam ,borc muqavilende girov olmalidir?Yeni mecburidir yoxsa tereflerin razilasmasi esasinda?Ve bir de resmi is yeri olmayan sexsle borc muqavilesi baglamaq olarmi?Yeni borc verilen adamin resmi is yeri yoxdur.

    Xeyr, girov məcburi tələb deyil həmçinin rəsmi iş yeri də borc müqaviləsi üçün zəruri hal deyil Vəkil Qulam İsmayılzadə
  • Orucov Huseyin 2024-11-26 10:15:39

    Salam bir nefer mene 1500 azn borculudu kartdan karta odeniw etmiwem butun yaziwmalar durur deyib verecem bankda faiz gelir indi nomre deyiwib tapa bilmirem ayaginda qandal var hemin adamin nece ala bilerem o pulu ondan zehmet olmasa komeklik ederdiz cox saqolun

    Məhkəməyə müraciət edib bu barədə qərar qəbul edilməsini tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Şərh yaz