Ər-arvadın birgə mülkiyyəti hansılardı? Boşanma zamanı ər və arvadın birgə əmlakı necə bölünür?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər. Əgər birgə nikahdan uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, boşanmaq üçün lazım olan sənədləri təqdim etməklə boşanma prosesi məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur. Məhkəmə yolu ilə boşanma ilə eyni zamanda və ya boşanma prosesindən sonra məhkəmə birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması, aliment kimi məsələlərlə yanaşı ər-arvadın birgə əmlakınının bölünməsi məsələsini də həll edə bilər.
Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunmuşdur:
ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.
Ər-arvadın əmlakının bölünməsi zamanı nəzərə almaq lazımdır ki, boşanma zamanı uşaq varsa nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Eyni zamanda, nikaha daxil olanadək ər-arvaddan birinə məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Birgə mülkiyyətin bölünməsi ər-arvadın qarşılıqlı razılığı əsasında, bu razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvad arasında başqa cür razılaşdırılmayıbsa, ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Boşanmadan sonra yaranan mübahisələrin bir qismi daşınmaz əmlakın bölgüsü ilə bağlıdır. Əgər ev, torpaq sahəsi və ya digər növ daşınmaz əmlak birgə nikah dövründə əldə edilibsə, boşanmadan sonra ər və ya arvad məhkəmə qaydasında həmin əmlakın bir hissəsini və ya ona çatası hissəni pul şəklində əldə edə bilər.
Həmçinin, əgər qadın nikaha daxil olduqdan sonra ərin və ya onun ailə üzvlərindən birinin evinə qeydiyyata düşübsə, nikaha xitam verildikdən sonra arvadın həmin evdə yaşamaq (istifadə) hüququ var. Daşınmaz əmlakın mülkiyyətçisi şəxsi öz mənzilindən qeydiyyatdan çıxarmaq üçün ilk növbədə məhkəmə qaydasında qeydiyyatdan çıxarmaq istədiyi şəxsə ağlabatan miqdarda kompensasiya ödəməklə onun istifadə hüququna xitam verməli, daha sonra ümumi qaydada onun qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
Nikaha daxil olan zaman və ya nikah dövründə qadına hədiyyə şəklində, vərəsəlik qaydasında və ya hər hansı əvəzsiz əqd üzrə verilən cehiz və zinət əşyaları onun özünə məxsusdur və əmlak bölgüsünün predmeti qismində çıxış etmir. Lakin, zinət əşyaları nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilibsə ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Yəni, əgər ər və ya arvad birgə nikahda olan zaman bankdan kredit götürmüşsə, boşanandan sonra krediti götürən tərəf sübut etsə ki, həmin məbləğ birgə təsərrüfat aparılan zaman ailənin saxlanmasına sərf edilib, o zaman qarşı tərəfdən həmin kreditin müəyyən hissəsini ödəməyi tələb edə bilər.
Nikaha daxil olan zaman gələcəkdə yarana biləcək əmlak bölgüsünə dair mübahisələrin qarşısını almağın ən effektiv vasitəsi nikah müqaviləsidir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
Şərh edilənlərdən də göründüyü kimi boşanma zamanı əmlak və nikah dövründə yaranmış borc öhdəliyinin tərəflər arasında bölgüsü məsələsi tərəflərin ər-arvad kimi öz hüquq və vəzifələrini bilməsini, öz hüquqlarının müdafiəsi üçün vaxtında və lazımi tədbirlərin görülməsini zəruri edir. Çox təəssüf ki, məhkəmə yolu ilə boşanma zamanı əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını və birgə nikahdan olan uşaqların saxlanması kimi məsələləri daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən qiymətləndirir.
Vəkil məhkəmə yolu ilə boşanma zamanı tərəfin hüququnun düzgün formada qorunmasını təmin edir. Vəkil tərəfindən tərtib edilən boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.
#Ər-arvadın birgə mülkiyyəti # Boşanma prosesi # Ər-arvadın birgə mülkiyyətin bölünməsi # Boşanma zamanı cehiz və zinət əşyaları # Birgə nikah zamanı yaranmış borc öhdəliyi
Şərhlər
Gülnaz hesenli 2023-01-11 19:51:49
Salam evlənərkən alem mene bir evin bütün cehizini bütün mebel əşyaları mətbaxt mebelde içində olmaqla hər bir şey veriblər.. yoldaşımla mən o evde tek yaşayırdıq amma o ev qayınatanın adındadi..indi bosaniriq o evden mene pay düşür...? Yoldaşımla 1 körpəmiz var(1yaş 4ayliq)
Mahire 2023-01-14 22:07:56
Salam Qulam bey,qarşı tərəf mediasiyaya ərizə yazmışdı boşanmaq üçün,ve bizi çağırdılar mediatorla görüşmək üçün,ama qarşı tərəfin vəkili gəlmişdi və boşanmaq istədiyini dedi,mən ama razı olmadigima baxmayaraq qarşı tərəfin vəkili dedi oğlan razı olmadığına mehkemeye getmelidir ərizə,1aydir artıq mediatorla görüşdüyümüz,qarşı tərəflə danismadigima bilmirəm erizeni vəkili gönderin mehkemeye ya yox,çünki hele mehkemedende çağırış məktubu gelmeyib,mende qorxuramki menim xeberim olmaz birden mehkeme olmağından,necə edə bilərəm ki,bilim ərizə məhkəməyə gedib ya yox,mene komek ederdiz zehmet olmasa
Gülnaz hesenli 2023-01-15 02:01:10
Salam Evlənərkən bəyə taxılan nişan üzüyünü geriyə almaq olur..? Yoldaşıma aldığım üzüyü necə geri ala bilərəm..? Xariş edərəm bu barədə mene məlumat verəsiz...
Kərimova 2023-01-23 21:13:36
Salam yuxarda yazılıbki uşaq varsa boşanma zamanı ev təsərrüfatı, uşaqlara qulluq ilə məşgul oldugundan və ya digər uzurlü səbəblərə görə müstəqil qazancının olmaması arvadın ümumi əmlak üzərində hüquqa malikdir biz keçən il boşandıq yoldaşıma atası 2018 bizim nigahda olan vaxt torpaq vermişdir o bölünür?
Aysel 2023-01-26 01:26:31
Salam. Evlilikden once qarsi teref ipoteka ile ev alib. 5 ildir evliyik bosanmaq uzreik.ne menim ne usaqlarin qeydiyyati bu evde yoxdur .bosandiqdan sonra eve her hansi iddia qaldira bilerem? Bosandiqdan sora bizi evden rahat cixara bilir?
Murad Heybətov 2023-02-08 18:20:24
Salam. Aile qurmamişdan qabaq adıma 6 sot torpaq var idi. Aile qurduqdan 5 il sonra ayrıldıq. Həmin vaxt mən torpağı qardaşıma hədiyyə etdim bagislardim. Yoldaşım verdi məhkəməyə ki həmin torpaqda ailəli olduğumuz vaxt yarımçıq tikili var idi onu bir yerde tikmişik. Amma həmin yarımçıq tikili dövlətdə daşınmaz əmlak üzərinə heç bir yerde qeydiyyatda yoxdu. Yeni mən Respublika üzrə adıma heçnə yoxdu. Amma yerli məhkəmə menim xeyrimə qərar versədə Apelyasiya ekspert təyin etdi həmin yarımçıq tikiliyə 30 min qiymət qoydular və bölündü 15 min kompensasiya kimi məndən tutulmağın qətnamə çıxardı. Sual: Rəsmi olaraq adıma heç bir daşınmaz üzrə əmlak olmadığı halda məhkəmə qərar verə bilərmi emlak bölünmesine? Evi tikən ustalar belə natarius qaydada yazılı ərizə verdilər ki o evi qardaşım tikib mən yox amma məhkəmə qarşı tərəfin iddiasın icra elədi. Sizin bu barədə fikrinizi bilmek isterdim çox xaiş.
Aynur İsmayilova 2023-02-21 14:16:07
Salam Hörmətli Qulam Bəy! Biz yoldasimla ayriliriq.Ərizəni o birinci verib və məni cagiriblar mediasiya şurasina.Mən bilmirem orda ne deyecekler.Sadece getmeliyem ya yox?1 qizim var Menim 3 yaş 9 ayliq.Yoldasimin adina ev yoxdur.Masin var oda menden evvel adina kecirilib.Qaldigimiz ev qaynatamin adinadir.Bilmək isteyirem menim qizimin qeydiyyat oradir düşür ev qizima ? Bosanma prosesinde aliment teleb ederken hakim mene teleblerimin ne oldugunu sorusacaq ? Cunki men vekil tutmamisam bilmirem bunlari.Ve istemirem qizim atasini gorsun.gostermej istemirem bunlari nece teleb ede bilerem?
Sabir 2023-03-11 17:06:54
Salam avukat bey! Mənim 7 övladım var . Hamısı evli . Axırıncı oglum yanımda qalırdı. Boşandıqdan sonra ölkədən getdi, 3 övladı var. Mənə qızım baxır. Mən mülkiyyətimi qızıma vermək istəyirəm. Gəlini mülkdən cıxarmaq hüququm var?
Fredd 2023-03-13 19:19:21
Salam,yasadigimiz ev 2 mertebelidir yuxari mertebesinde biz yashayiriq,asagida qaynanamgil ve butun mebeller,esyalar mene aiddir.evin hecbir senedi yoxdur,yeni kiminse adina deyil,heckim de qeydiyyatda deyil senedi olmadigi ucun.Ancaq bu ev yoldasim ucun yikilib.2ovladim var.bosandiqdan sonra men evden pay teleb ede bilerem? zehmet olmasa melumatlandirardiniz.
Mətanət 2023-03-14 04:13:50
Salam Biz boşanmaq üzrəyik.30ildir evliyik Yoldaşım bir necə il qabaq nigah müqaviləsi yazdırdı ki kim nə alsa qarşı tərəf iddiaçı olmayacaq. Bu müqavilədən qabaq birgə yaşayış dövründə yoldaşım dostuna borc pul vermişdi Pul hissə hissə qaytarılır yoldaşıma amma mənə vermir Əmlak bölgüsü olarsa həmin borc pula iddiaçı ola bilərəmmi? Təşəkkürlər
Elvin Hesenov 2023-03-19 22:00:49
Salam hervaxtniz xeyir olsun.Bagsdyin narahat edrem bir soz sorusub melumat almag isderdim sizden.Bosanmisam 1 ovladim var.Yasadgim ev heyat evidir.torpagin senadi var amma.ev kupcasi yoxdur.torpag menim admadir.coxdan tikili evdir nigahdan qabag olub.torpag boluna biler 2 yera xayis edrem melumat verardiz Coxsagolun.
Mirzeyeva Mehriban 2023-04-01 13:02:23
Salam men 20 ildi evliyem yoldasim meni aldadir men bosanmag isdeyirem.bizim birge evimiz var yoldasimin adinadi.men bosansam mene evden pay dusecey?
Aytəkin 2023-04-03 01:07:08
Salam. 12 ildir evliyəm və boşanmaq üzrəyəm. 2 övladım var. Evlənən zaman bina evində yaşayırdıq sonra oranı satıb həyət rvi tikdirib köçdük. Evin sənədi tam deyildi. İndi yoldaşımın adına çıxarış alınacaq ama mən və uşaqlar o evdə qeydiyyatda deyilik. Qeydiyyatsız boşanma olsa mənə və uşaqlara yaşamaü hüququ düşürmü? Və yoldaşım bu müddət ərzində topaz (qumar) oyunlarına hədsiz çox pul uduzub və zina edir. Evə heçbir xeyri yoxdu özüm minimum əmək haqqı ilə uşaqlara baxıram. Bütün bunlardan istifadə edərək evdə yaşamaq hüququ ilə birgə digər kompensasiya iddia edə bilərəmmi? Yoldaşım özü də dövlət işində işləyir.
Nadir Qafarov 2023-04-08 03:26:58
Salam. Menim adima olan torpaq sahesini yoldasimin notarial raziligi esasinda atama bagishlamisham evli oldugum muddet erzinde. Boshandiqdan sonra hemin torpaq bolune bilermi?
arzu rzayeva 2023-04-08 15:15:15
Salam. 36 ildir evliyik indi bowaniriq ve iki evladimiz var, evlidirler oz evlerinde yawaayirlar ama qeydiyatlari bizdedir.Bowabnma zamani ev 4 yere bolunur yoxsa uwaqlara ev duwmur?ev birge nigah zamani alinib ve yoldawimin adindadir.
Aynur 2023-04-13 14:51:00
Salam Biz yoldaşımla bosanırıq. 4 yaşında qizimiz var.Yoldasim özü gedib ərizə verib.Qaldigimiz ev qaynatamin adinadir.. Mənimdə oz anamgilde qalmaga yer yoxdu.Bilmək istəyirəm mənə qaynatamin adina olan yoldasimla qaldigimiz evden orda qalmaq hüququ düşür?
Şəlal Əliyeva 2023-04-13 21:48:32
Salam. Bacım boşanır evin kiçik qızı olduğu üçün anamın yanıda qalır ailə qurduqdan sonra indi boşanır əri ev davası çəkir bu nə qədər doğrudur anam bacımı vərisə kimi qeyd etdirib evin sənədidə indi ərinə pay düşəcək ya yox təşəkkür edirəm öncədən
Murad 2023-04-14 12:29:44
Salam, mənim bankda pulum var, amma pulu evlənməmişdən əvvəl qazanmışam. sonradan banka qoydum. İndiki halda boşansaq puldan pay tələb edilə bilər? həmçinin adıma maşın var? amma pulunu evli olmamışdan əvvəl qazanmışam ,yarısını da valideynlərim verib. bəs bu halda qarşı tərəf boşandıqda maşından iddia qaldıra bilər?
Xanim 2023-04-14 18:51:15
Salam Qulam bey.Meni yoldaşım boşanmağa verib heç bir səbəb olmadan işimiz mehkemededir.Men razı olmadığıma mehkeme bize 3ay müddet verib,ama qarşı tərəf menim hüquqlarimi hece saydığı üçün mənim həyatımı məhv etdiyi üçün üzür isteyirem sözüme göre qızlıq haqqıma göre təzminat tələb etmək istəyirəm..Mümkündürmü ele bir şey.Onceden sağolun.
Ramin 2023-04-29 22:17:56
Salam Qulam bey bowanma Zaman yeni nigahin pozulmasi Zamani hemen proses zamani emlak bolgusu ve alment teleb oluna biler
Ruslan 2023-05-14 22:30:24
Salam.Yoldasimla ayrilmisig ve butun cehizleri ozlerine qaytarmiwig ve qizillar yoldasimdadi.Lakin onlar iddia edirki qizillar onlarda deyil mendedi.Ve menden yeniden qizil isteyirler.Biz ayri evde yawayirdig,indi ise menim ata evimde olan mebelleride isteyirler.Lakin onlar toydan evvel alinib ve atam ozleri ucun alib menim ucun yox.Menden nese ala bilerler?
Aynur Yunusova 2023-05-17 16:05:56
Salam . Nigah pozulması üçün məhkəmənin təyin etdiyi vaxt qarşı tərəfdə çıxış edib hemin proses zamanı əmlak bölgüsü iddiası qaldıra bilər? Və hər iki tərəf boşanmağa razıdırsa məhkəmə əmlak bölgüsü iddiasına görə boşanma prossesi 2 həftə uzadıla bilər?
Teymur 2023-05-19 17:15:33
Salam. Ev Qayınananın adınadırsa, və evdə boşanma üzrə olan ər arvadın hər ikisi, və onların 18 yaşdan kiçik 3 qız uşağı qeydiyyatdadırsa, boşanma zamanı ev məsələsi necə olur.
Hesen 2023-05-19 17:53:35
Salam. Nigahda oldugumuz muddetde masin almisdim, sadece men isleyirdim, ele nigah vaxtida onu satmisam artiq. Indi bosanma vaxti qarsi teref her hansi iddia qaldira biler mi satilmis masinla bagli? Bir de yoldasima tehsil almasi ucun az olmayan mebleq de pul vermisem, oxutmusam, onu iddia qaldirib oxumasi ucun xerclediyim pulu geri alabilerem? Tesekkur.
Aygun Allahverdiyeva 2023-05-20 11:47:12
Salam. Üzr istəyirəm narahat etdiyim üçün. Biz 2022 dekabr boşanmısıq. 2 azyaşlı övladım var və hər ikisi mənimlə qalır məhkəmə ilə təbii ki. Keçmiş yoldaşım əmlakın bölünməsi üçün məhkəməyə müraciət edib. Əmlak dedikdə nigah dövründə torpaq alınıb ev tikmişik, lakin torpağın sənədi var evin heç bir sənədi yoxdur. Məhkəmə iclası oldu ,evin sənədi olmadığından torpağa aid olan butun sənədləri Ədliyyə Nazirliyinə göndərəcəklərini bildirdilər. Sizə sualım bu ev necə bölünəcək? Çinki yalnız torpaq keçmiş yoldaşımın adınadır və evladlarım da mənim qeydiyyatda olduğum ünvanda qeydiyyatdadırlar. Əvvəlcədən təşəkkür edirəm
Nazim 2023-05-21 19:52:35
Salam hörmətli vəkil, Sizə belə bir müraciətim var , mən yoldaşımla 15 il nigahda olmuşam. Hazırda boşanma uzrəyik buna səbəb yoldaşımın mənə xəyanət etməsidir, bununla bağlı əlimdə sübutlarım var. Bunları məhkəməyə təqdim edəcəyəm. Mən 3 qiz uşağımin gələcək həyatının korlanmaması üçün uşaqları anasından ala bilərəmmi? Ondan alement tələb edə bilərəmmi? Yoldaşım heç bir yerde işləmir. Daha sonra bizim Bakıda söküntüyə getməkdə olan 2 otaqlı menzilimize görə tikinti şirkəti tərəfindən konpenssaiya veriləcəyi nəzərdə tutulur, Bu kompensasiya ailə tərkibinin sayına görə bölünəcək yoxsa necə? Mən yoldaşıma yaxşı baxmışam, lakin onun məni və 3 azyaşlı usaqlarini nəzərə almadan mənə xəyanət etməsini qəbul edə bilmirəm. Onu hər şeydən mərhum etmək istəyirəm. Daha sonra qeyd edim ki, rayonda vaxtı ilə atama məxsus ev və torpaq sahəsi bağişlama yolu ilə 2016 ci ildə mənə verilmişdir. Rayonda olan evimiz köhne olduğu üçün atam tərəfindən mənə bağişlanmiş həmin torpaqda və köhnə evin yanında yoldaşımla nigahda olduğum müddətdə 2020- ildə öz vəsaitim hesabına ev tikmişəm lakin heç bir təmir işi aparmamisdir. Müraciətim uzun olmasına görə Sizdən əvvəlcədən üzr istiyirem. Xahiş edirəm qeydlərimi ayrı-ayrılıqda cavablandirasiniz. Əvvəlcədən çox sağ olun
Nərmin 2023-05-25 16:38:34
Salam.10 ildir evliyem 2 ovladim var.Yoldasim xeyanet edib diye bosanmaq isteyirem.Hal hazirda ayri yasayiriq.Yoldasimin adina nigah dovrunde alinmis evde yasayirdiq.Hal hazirda yoldasim orada tek yasayir.Men bosanma erizesini yazmamis o evi satsa emlak bölgüsüne düsmeyecek ev?Yeni icinde menim cehizlerimle de birge satsa men esyalar ve ev ucun hecne iddea edü bilmerem?
zümrüd 2023-05-29 11:48:31
Salam Boşanma zamanı ipotekada olan ev necə bölünür? Ödənişin bitməsinə 5 il var Ev mənim adımadır 2 övladım var- biri az yaşlıdır Təşəkkür edirəm
Etibar 2023-06-01 09:55:19
Salam hormetli vekil. Bir sualim olacaq, bosanan zaman usaqlarin kimde qalacaqlarini yaşa göre ne vaxtdan seçmek hüququ verilir? Xahis edirem etrafli yaza bilersiz? Huquqi baximdan mutleq neçe yaşa qeder kimde qalabilerse ve s. Evvelceden tesekkurler.
Lale 2023-06-02 12:19:28
Salam . Hörmətli vəkil. Mənim sualım budur ki , 15 illik evliyik yoldaşım icki icir ,merc oyunları oynayır eve usaq baxmır ciddi səkildə tehdid və hədə qorxu ilə mənən pul alır və sonra danır . Evdə ədəbsiz danısıq və təgqirli davranıslar və fiziki və çənəvi zorakılıq edir, bunun ücün bosanmaq isteyirem ancaq mənə həddə qorxu qəlir ki , seni öldürərəm mənən ev istəsən . Mənim sualım ev yoldasımın adına birge evlilik dovrundə alınıb ancaq təmiru mən etmisəm . Ev alınan zaman yoldaşımın anası ona pul verib .bu ev satılsa bizə usaqımla pay düsürmü ?
Şərh yaz