Əcnəbilər Azərbaycanda hansı əmlaka sahib ola bilməz?
Hər hansı bir əcnəbinin yerli vətəndaş kimi Azərbaycanda fərdi əmlak almaqda bərabər hüquqları vardır. Əcnəbi Azərbaycan vətəndaşı kimi, daşınmaz əmlak - mənzil, villa, qaraj və sair əmlak ala bilər. Lakin vətəndaşlarımızdan fərqli olaraq, əcnəbilər bir əmlaka sahib ola bilməzlər ki, o da torpaqdır. Yəni, dövlət tərəfindən onlara torpaq üzərində mülkiyyət hüququ verilmir.
Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə, əcnəbilər və digərləri Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər.
Lakin əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici şirkətlər, beynəlxalq təşkilatlar, həmçinin digər dövlətlər qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, torpaq münasibətlərinin iştirakçıları ola bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Torpaq Məcəlləsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı nəticəsində mülkiyyət hüququ alıcıya keçir. Lakin Torpaq Məcəlləsinə görə tikililər, qurğular və müəssisələr əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, beynəlxalq təşkilatlara, habelə xarici dövlətlərə satıldıqda, həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir. Belə olan halda əmlak ilə üzərindəki daşınmazların hüquqi statusları ayrı-ayrılıqda tənzimlənir (torpağa görə ayrı, üzərindəki daşınmazlara görə ayrı).
Misal üçün, siz Rusiya Federasiyasının vətəndaşısınız və Azərbaycanda həyətyanı sahəsi olan ev almaq istəyirsiniz. Bu zaman həmin evə dair çıxarış (kupça) sizin adınıza rəsmiləşdirilsə də, həyətyanı sahəyə dair icarə müqaviləsi bağlamalı olacaqsınız.
Şərhlər
Мила 2024-06-02 11:11:05
Salam. 1. Rusiya vətəndaşı vərəsəlik yolu ilə həyətyanı sahəsi olan evə sahib ola bilərsə, nəyə görə onun həmin həyətyanı sahəyə sahob olmaq hüququ yoxdur? Bəs həmin evə o necə daxil ola bilər?
Calal Sultanov 2024-07-10 05:58:34
salam alekum zehmet olmasa deyerdizde menim yoldawim ukraina vetendawidi mawini onun adina ala bilerem?ve nese elave senet teleb olunmurki?pasportun tercume edilmesi vacipdi meroya teqdim etmek ucun zehmet olmasa komeklik ederdiz
Mohammed Alhamdani 2024-07-17 13:24:54
I am an Omani citizen and I want to buy a house in the villages of Azerbaijan. Can I own the property or are there some areas where buying is not allowed? Thank you.
Sevin Shamsad 2024-08-15 08:47:19
Salam,Pakistan vetendashi Azerbaycanda evi oz adina resmileshdire bilermi? Ne kimi senedler teleb olunur?
Ali 2024-08-15 15:32:49
Salam zəhmət olmasa qeyd edərdiz əcnəbi vətəndaş. Azərbaycanda Daşınmaz Əmlak əldə etməsi üçün yeni tikilməkdə olan ancaq hələ hazır olmayan binalardan hazır olana kimi aylıq ödəməklə ev əldə etmək üçün hansı sənədləri təqdim etməlidir. Misal: xarici Pasport tərcümə olunmalıdırmı? və ya əcnəbinin kimliyi tərcümə edilməlidir? Əcnəbi qeydiyyata düşməsi vacibdirmi? Əcnəbi Azərbaycana gəlmədən daşınmaz əmlak əldə edə bilərmi? Ümumi prosedur qaydaları hansılardır. Bu suallar çoxlarını maraqlandırır o üzdən verdiyiniz cabavları tərəfimizdən yüksək qiymətləndiririk. Təşəkkürlər...
Şərh yaz