Hüquqi yardım

Hansı hallarda borclunun maaşından və gəlirlərindən pul tutula bilər?
02 Okt

Hansı hallarda borclunun maaşından və gəlirlərindən pul tutula bilər?

Hansı hallarda borclunun maaşından və gəlirlərindən pul tutula bilər?

Borc maaşdan necə tutulur?


İcra Haqqında Qanuna əsasən məhkəmə qərarı üzrə tutmalar cavabdehin (borclunun) əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə  onun əmək haqqına və digər gəlirlərinə yönəldilir.

Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğ necə hesablanır?


Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.

Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı 
50 % çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 % borcluda qalmalıdır.

Aliment, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği
70 % çox ola bilməz.

Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da eyni qaydalar tədbiq edilir.

#məhkəmə # vəkil axtarıram # borclu # cavabdeh # pulun tutulması

Şərhlər

  • Azər allahverdiyev 2026-11-10 20:50:25

    Men kime işkayet ede bilerem mene bir yol gösterin.z o

    Salam. Şikayəti icra məmurunun çalışdığı rayon və ya şəhər icra şöbəsinin baş icra məmuruna və Ədliyyə Nazirliyinə yazılı verə bilərsiniz. Şikayətdə zəng edən şəxsin adı və nömrəsi, tarix-saat, deyilən hədələr, icra işinin nömrəsi və sizin həmin borca tərəf olmadığınızı göstərin, səs yazısı və mesajları əlavə edin. Qanunsuz icra hərəkəti barədə məlumat aldığınız gündən 10 gün ərzində icra məmurunun yerləşdiyi yer üzrə məhkəməyə də şikayət vermək mümkündür; öldürmə və ya xəsarət yetirmə hədəsi realdırsa, dərhal 102-yə və ərazi polis orqanına müraciət edin. Vəkil Qulam İsmayılzadə Vəkil Qulam İsmayılzadə
  • Azer Allahverdiyev 2026-11-10 20:46:48

    Salam yoldaş vekil menim oqlumun kantakda yubatmasi var bu gün icra mene zeg vurub hede qorxu gelir dur20 yanvar gel.yada konum at mene .men deyirem ona eşya verde men demişdin deyir yox mende deyirem özüne zeg vurun.meni hedeliyir.

    Salam. Əgər icra işi oğlunuza aiddirsə və siz həmin borca zamin və ya birgə borclu deyilsinizsə, borcun icrası sizdən tələb oluna bilməz. İcra məmurundan adını, icra şöbəsini, iş nömrəsini və tələbin hüquqi əsasını yazılı bildirməsini istəyin; oğlunuzun ünvanını verməyə və qeyri-rəsmi “konum” göndərməyə məcbur deyilsiniz. Zəng və mesajları saxlayın. Hədə, təhqir və ya səlahiyyət həddini aşma varsa, baş icra məmuruna və Ədliyyə Nazirliyinə yazılı şikayət edin, konkret icra hərəkətindən isə məlumat aldığınız gündən 10 gün ərzində icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər; real təhlükə varsa 102-yə müraciət edin. Vəkil Qulam İsmayılzadə Vəkil Qulam İsmayılzadə
  • Hacıbaba Axundov 2026-10-26 11:11:19

    50 FAiz tutuilma müqavilədə 965 alıram əlimə 760 vergilərdən sonra tutulma necə olmalıdır??? icra şöbəsinə ərizə yazmışam az yaşlı 1 yaş övladım və ailədə tək işləyən mənəm ayrı gəlriim yoxdur 8800 icra söbəsində gələn 5300 də icraya getmeyen basqa bank və digər ödənislərim var deyirem azaldın faizi deyrler bank razılaşmır bu nce olmalıdır?

    Əməkhaqqından tutulma vergilər çıxıldıqdan sonra qalan məbləğdən hesablanır. Xalis əməkhaqqınız 760 manatdırsa, ümumi qayda üzrə 50 faiz tutulma 380 manat təşkil etməlidir; bir neçə icra sənədi olduqda da, aliment və qanunda göstərilən digər istisnalar yoxdursa, sizdə ən azı 50 faiz qalmalıdır. Ailə vəziyyəti və digər borclar faizi avtomatik azaltmır, lakin icra sənədini vermiş məhkəməyə möhlət, hissə-hissə icra və ya icra üsulunun dəyişdirilməsi barədə ərizə verib gəlir, uşaq, yaşayış və borc sənədlərini əlavə edə bilərsiniz; bunun üçün bankın razılığı həlledici deyil. Vəkil Qulam İsmayılzadə Vəkil Qulam İsmayılzadə
  • Vahid əliyev 2026-10-11 02:00:23

    Salam, borc müqavilə üzrə məhkəmə proseduru gedir. 19000 manat maaşıma yönlədiriləcəy bu pul . Lakin mənim 500 manat banka ödənişim 400 manat isə evim olmadığı üçün kirayə müqaviləm var Maaşım da 1200 manatdır İcra məmuru bunları nəzərə alır praktiki olaraq?

    Adi müqavilə borcu üzrə əmək haqqından tutulma vergilərdən sonra qalan məbləğin 50 faizindən çox ola bilməz. Maaşınız xalis 1200 manatdırsa, ümumi qaydada aylıq tutulma 600 manatdan artıq olmamalıdır. Bank krediti və kirayə xərci icra məmuru tərəfindən avtomatik olaraq borcdan üstün tutulmur. Bu xərcləri və ailə vəziyyətinizi təsdiqləyən sənədlərlə qətnaməni çıxarmış məhkəmədən icraya möhlət, hissə-hissə icra və ya icra üsulunun dəyişdirilməsini istəyə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Ayan Babayeva 2026-08-25 15:44:46

    Borclunun emek haqqindan tutulmalar olubsa icra memuru axtaris vere biler?

    Salam. Bəli, borclunun əmək haqqından məbləğ tutulması icra icraatının yalnız bir tədbiridir və bu, icra məmurunun digər tədbirlər (o cümlədən axtarış elan etmək) görməsinə mane olmur. Adətən axtarış o halda elan olunur ki, borclunun yerini müəyyənləşdirmək mümkün olmasın və ya əmək haqqından tutulan məbləğ borcun tam ödənilməsi üçün kifayət etməsin — bu iki tədbir paralel şəkildə tətbiq oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Paşa Cecerov 2026-05-26 11:12:03

    Salam menim banka 6000 hap hazirda kreditim var nece aydirda iwsizem sonuncu odeniwimi yanvar ayinda elemiwem ve menim diger bankada borcum var 1100 manat hal hazirda o banka odeniw etmiwem amma kredit den cixilmiyib deyirler hesabina hepis qoyulub ora odediyim odeniwde odenilmir amma hesaba kecir bu nece ola biler icra menim diger banka odeniwimide mehtudlawdira bilermi?

    Barənizdə icra sənədi varsa və hesablarınıza həbs qoyulubsa, banka etdiyiniz ödənişlər hesabda bloklana bilər. Vəkil Qulam İsmayılzadə
  • Aynur Cəlilova 2026-04-28 21:47:15

    Salam. Əgər əmək haqqindan 50% tutulması ilə bağlı icra sənədi varsa. Maddə 65.1. İcra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Bu maddəyə əsasən işçinin əmək haqqında tutulmalar 50%-dən çox ola bilməz dedikdə bu vergi və məhkəmə icra sənədi uzrə tutulmalar 50%-dən çox ola bilməz deməkdir?

    Xeyr, bu 50% məhdudiyyət yalnız icra sənədləri üzrə tutulmalara aiddir Vəkil Qulam İsmayılzadə
  • Zaur Mahmudov 2026-04-05 13:06:54

    Salam, zaminliyim var 3 cu qurup elilem, menim hem pensya kartimdan tutulur hemde mais kartimdan tutulur, kime ki zamin durmusam onnanda 500 manata yaxin tutulur, qanun vericilikde ne qeder duzdu?

    Qanuna görə zaminin əmək haqqı və pensiyasından tutulma məbləği ümumilikdə onun gəlirinin 50%-ni keçə bilməz Vəkil Qulam İsmayılzadə
  • Elyar ismayilzade 2026-04-02 21:46:05

    Salam menim kantak homa kiredit borcum var isim mehkemededi emek haqqimin 10%tutmaglarini isdiyirem ancag razilawmirlar. Aleliyem iki uwagim var tutulmanin 10% olmadi mumkundurmu??

    Məhkəmə sizin gəlirlərinizə əsasən ödəniş məbləğini təyin edəcək. Vəkil Qulam İsmayılzadə
  • Dəmirov Eldəniz 2026-03-10 22:34:14

    Salam yoldaş vəkil Avtoqəza zamanı qarşı tərəfə 25000 əlavə ziyan dəyib bunu məhkəmə əsaslandlrdı Mənim adımda heç bir əmlak ev torpaq maşın heç nə yoxdur Fəhlə işləyirəm günü 15 20 manata Kartsız yəni ara fəhlə . İmkanımda sıfır dərəcəsindədir Məndən qanuni şəkildə neçə pul tutula bilər

    Məhkəmə qərarı ilə müəyyən edilmiş zərərin ödənilməsi məcburidir. , lakin rəsmi gəliriniz və əmlakınız olmadıqda icra orqanı faktiki vəziyyəti nəzərə alır. Amma borc həmişə qüvvədə qalır və rəsmi gəlir olan kimi tutulacaq. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz