Hüquq və hüquqşünaslıq.
Hüquq - cəmiyyətin ümümi məqsədlərini təmin etmək üçün müəyyən edilən və ictimai güc ilə dəstəklənən adət, qayda, haqq və qanunların toplusudur.
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. Bu cür dövlət hüquqi dövlət adlanır. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Cəmiyyətin idarə olunmasında dövlət və hüququn qarşılıqlı əlaqəsi zəruridir.
Hüququn bir neçə sahəsi var: mülki hüquq, beynəlxalq hüquq, əmək hüququ, cinayət hüququ, ailə hüququ və s.
Azərbaycan Respublikasında hüquq əsasən roman-german hüquq sistemi üzərində qurulmuşdur. Bu sistem məhz roma hüququ əsasında yaranıb və inkişaf edibdir.
Azərbaycan Respublikasında ən ali qanun Konstitusiyadır. Burada cəmiyyətə məxsus bütün hüquqlar öz əksini tapmışdır: yaşamaq hüququ, təhsil almaq hüququ, İstirahət hüququ, mülkiyyət hüququ və s.
Hüquqşünas - hüquq fakultəsində təhsil almış adam, hüququ öyrənən alim, hüquq sahəsində praktiki fəaliyyətlə məşğul olan mütəxəssisdir. Azərbaycan Respublikasında hüquqşunas yalnız ali hüquqi təhisl almış şəxs ola bilər (hüquq fakultəsi və ya beynəlaxalq hüquq fakultəsi məzunları). Hüquqşunas cinayət, mülki, vergi, əmək, ailə, miras, mənzil, korporativ, inzibati və digər hüquq sahələrində hüquqi yardım və hüquqi xidmətlər göstərə bilər. Vəkil statusu hüquqşunas üçün yalnız cinayət işində müdafiə etmək üçün lazımdır.
Hüquqşünas əmək bazarında yetirincə tələbat olan peşədir. Ali məktəblərin bu sahədə xeyli mütəxəssis hazırlamasına baxmayaraq, bir çox şirkət və müəssisələrin ixtisaslı hüquqşünaslara ehtiyacı var. Hüquqşünaslar bir qayda olaraq hüquqi yardım göstərir, öz müştərilərinə bu və ya digər sənədlərlə bağlı məsləhətlər verir, qanunlardan baş çıxarmaqda və lazım gəldikdə məhkəmə üçün gərəkli kağızları toplamaqda insanlara kömək edirlər.
Vəkillər daha çox halda cinayət işlərinə baxırlar. Bəzən məhkəmədə vəkil müdafiəsinə ehtiyacı olan şəxsin vəkil tutmaq üçün imkanı olmadıqda, dövlət tərəfindən onlara pulsuz vəkil tərəfindən pulsuz hüquq xidmətləri (vəkil xidmətləri) təklif olunur.
Hüquqşünasların köməyindən elə təşkilatlar istifadə edir ki, onların işin bütün qanuni incəliklərini bilən ştat işçisinə ehtiyacı var. Heç bir iri və ciddi şirkət hüquqi müşayiət olmadan keçinmir, çünki hər bir biznesdə saysız-hesabsız nüanslar var. Hətta tərəfdaşlarla əməkdaşlıq müqaviləsini düzgün və savadlı tərtib etmək üçün hüquqşünas lazımdır. Şirkətdə isə müxtəlif məzmunlu belə sənədlərin sayı lap çox ola bilər. Özü də hüquqi köməkçi istər şirkətdə çalışan mütəxəssis, istərsə də kənardan hüquqi xidmət göstərən abonent, yəni hüquq firmasında çalışan hüquqşünas ola bilər. Şirkətlərin çoxu məhz ikinci qəbildən olan hüquqşünaslara müraciət edirlər. Axı öz ştatında peşəkar hüquqşünas saxlamağa hər firmanın, özü də kommersiya yoluna yenicə qədəm qoyan bir firmanın imkanı yoxdur. Buna görə də müasir dövrdə abonent xidməti böyük populyarlıq qazanıb. Belə olan halda firma hər ay hüquq kontoruna (hüququ məsləhətxanası) müəyyən məbləğ ödəyir, həmin kontor da cari mülki-hüquqi işləri həll etmək üçün mütəxəssis verir.
Şübhəsiz ki, sadə vətəndaşların da hüquqi yardıma ehtiyacı var. Mənzil və ailə mübahisələrində ixtisaslaşan hüquqşünaslar getdikcə daha da populyarlaşır. Çox adam mənzil alğı-satqısı, boşanma, yaxud nikah məsələlərindən baş çıxarmaq üçün mütəxəssisdən pullu məsləhət almağa hazırdır. Doğrudur, qanunu özü də oxuya bilər, amma bu, həm onun vaxtını alar, həm də təcrübəsizliyi üzündən yanlış qərarlar qəbul edə bilər. Hər hansı hüquqi məsələni mütəxəssislə həll etmək daha yaxşıdır.
Yadda saxlamaq lazımdır ki, bir hüquqşünas hüququn bütün sahələrində, məsələn, həm boşanma, həm də varislik hüququ məsələlərində eyni dərəcədə yaxşı mütəxəssis ola bilməz. Odur ki, çox vaxt ancaq bir problemə dair məsləhətlər verən məhdud profilli hüquqşünaslara rast gəlirik. Buna görə də hüquqşünasa müraciət etməzdən əvvəl onun hansı sahədə ixtisaslaşdığını öyrənmək lazımdır. Sonunda onun təcrübəsi məsələnin həllində böyük rol oynaya bilər.
#hüquqşünas # hüquq # mülkiyyət hüququ # əmək hüququ # hüquqi yardım # hüquq məsləhətxanası # mülki hüquq # hüquq anlayışı # hüquq fakultəsi # pulsuz hüquq məsləhəti # beynəlxalq hüquq # hüquqi dövlət # cinayət hüququ # hüquq xidmətləri # ailə hüququ # hüquq məsləhəti # dövlət və hüququn qarşılıqlı əlaqəsi # hüquqşunaslıq # roma hüququ # yaşamaq hüququ
Şərhlər
Pərviz Bağırov 2023-05-19 13:38:32
Salam, mən bir nəfərə banka zamin durmuşam. Bu adam pulu ödəmir. Məndə buna görə bankdan kredit götürə bilmirəm. Bu adama zamin durmamışdan qabaq bankdan kredit götürüb vaxtında ödəmişəm. Bank mənə hər zaman vaxtında pulu ödədiyimə böyük məbləqlərdə təklif edib. Mən bu adamı hüquq mühafizə orqanlarına şikayət edə bilərəm ki borcu bağlasın və mənim adım qara siyahıdan silinsin?
Orucəliyev Mehman 2023-05-21 03:19:43
Salam mənim bacım 21ildi ərdədi 1ildi yoldaşı rəhmətə gedib.ərinin ili çıxan kimi bacıma qarşı münasibətləri dəyişdi.oğlunu əsgər yola salanda 10gün sora bacıma deyiblər ki sən ged anamgilə evi satıram özumə qızımın yanında ev alacam nəvəmin adınada ev alacam gedin ayrı yaşayın.buları mehriban yola salıblar.bacımı bacım qızını evi özəlləşdirib satmaq üçün qol çəkdiriblərki evi satım sizədə ev alacam.bularda gedib razılıq veriblər özəlləşməyəki ev verəcey bunlara.oğlu əsgər olduğu üçün ondanda mülki davernis alıblar.ama bacım oğlu bilmirki ondan evi satmaq üçün mülki davernis alıblar.qaynanasıgil deyibki oğluva deme narahat olar.gələndə bir başa evinə gələr.hər şey həll olub evi satıblar gəlib dedilər ki ev tapın 35000azn kimi alım sizə bizdə axtarıb tapırıq bir əmma tapıb fırladırlar.biz nə edə bilərik.bacım oğlu 21yaşı var 5ayın əsgəridi qızıda 19yaşı var biz nə edə bilərik .xaiş edirəm yardım edəsiz.özləri dediyinə görə evlərini 80000minə satıblar.bacımın əşyaları hələ də o evdədi
Şərh yaz