İcra sənədi üzrə tələb hansı əmlaka yönəldilə bilməz?
"Pul tələbi barədə” iddialarla bağlı məhkəmə qərarları bir çox hallarda müzakirə predmeti olur. Məhkəmənin bu cür iddialarda cavabdehin yeganə mənzilinin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoya bilib-bilməməsi də sual doğurur.
Nazirlər kabinetinin 05.06.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndi yeganə mənzilə tələb yönəltməyə imkan vermir.
Bundan başqa, həmin qərara əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara da tələbin yönəldilməsinə yol verilmir:
2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa;
3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə;
4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə;
5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə;
6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma;
7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə;
8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa;
9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə;
10) əlilliyi olan şəxslərin hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə;
11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə;
12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə;
13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara:
a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri;
b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı;
c) mebel — hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor;
ç) bütün uşaq ləvazimatı.
Qeyd edək ki, bu siyahıya ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir
Şərhlər
Maxsud Qədirov 2022-06-23 05:33:01
Salam.mənim 5000 azn aliment borcum var və mən hec bir yerdə işləmirəm.3 cü qrup əliləm.Birgə nigah dövründə ev almışam.Hal hazırda evdə tək yaşayıram.Mən evi necə satıb bütün alimenti baglaya bilərəm?Mənim bu sualıma qanunvericilik yol verirmi?
Orxan 2023-06-03 11:19:13
Çox lazımlı məlumat idi.Minnətdaram
Şərh yaz