İctimai birliyin yaradılması
Yaxud hər hansı təhsil, mədəniyyət, turizm, ekologiya, uşaq və gənclərin inkişafına dair fikirlərinizlə bağlı ətrafınıza sizin kimi ideyalara sahib şəxsləri toplamaqla cəmiyyətə fayda vermək istəyirsiniz?
Qanunvericiliyə uyğun olaraq yaradılma məqsədi sahibkarlıq fəaliyyəti olmayan (qeyri-kommersiya) qurumlar ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında yaradıla bilər.
İlk olaraq bildirək ki, ictimai birliklərin qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirirlir.
İctimai birliyi təsis etmək istəyən şəxslər iclas əsasında ictimai birliyin təsis edilməsinə dair qərar qəbul edir. Həmçinin təsisçilər iclasda birliyin nizamnaməsi qəbul edir, birliyin idarəetmə formasını müəyyənləşdirir.
İctimai birliyin nizamnaməsində məqsədlərinin tam və əhatəli şəkildə yazılması vacib nüanslardan biridir.
Məsələn, siz dostunuzla birlikdə xaricdə təhsil alan gənclərə dəstək məqsədilə bir birlik yaratmaq istəyirsiniz. Bunun üçün aşağıdakı sənədləri Ədliyyə Nazirliyinə təqdim etməlisiniz.
1. Ərizə;
2. Təsis yığıncağının protokolu;
3. İctimai birliyin təsis sənədləri – nizamnamə, qərar;
4. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
5. Təsisçi fiziki şəxs(lər) olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
6. Hüquqi ünvanı təsdiq edən sənəd;
7. Qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən qeydiyyat üçün dövlət rüsumu 11 manatdır.
Əlavə olaraq təcrübədə rast gəlinən hallardan biri də budur ki, Ədliyyə Nazirliyi qeydiyyatdan keçmək istəyən ictimai birlikdən onun fəaliyyət göstərmək istədiyi sahəyə nəzarət edən dövlət qurumundan dəstək, ya da ki razılıq məktubu almasını tələb edir.
Məsələn, təhsil ilə əlaqəli ictimai birlik yaradan zaman Təhsil Nazirliyindən dəstək sənədinin istənilməsi bu hala nümunədir.
İctimai birliyin dövlət qeydiyyatına alınmasından imtina edilərsə, bu barədə təsisçilər inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.
Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.
Üzvlər ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlara malik ola bilər.
İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir.
Qeyri-kommersiya hüquqi şəxslərinin hər biri kimi ictimai birliklərin də əsas məqsədi sahibkarlıq fəaliyyəti deyil, lakin qanunvericilik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etmir, o halda ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
#ictimai birlik # fond # hüquqi şəxs # xeyriyəçilik # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Rahim Akhundov 2022-08-23 17:55:45
Qulam müəllim, qeydiyyat üçün müraciət etmədən ictimai birlik yaratmaq və fəaliyyət göstərmək olarmı
Cosqun Memmedov 2022-10-03 22:37:41
Salam Qulam muellim agentlik yaratmaq ucun ne etmek lazimdi ?
Elshan 2022-10-17 00:40:46
İctimai birliklərə dövlətdən hər hansısa bir şəkildə yardım olunmurmu, dövlət tərəfindən təsisçiyə maaş təyin olunurmu?
İlkin Məmiyev 2022-10-30 15:04:52
Salam. QHT yaratmaq istəyirik və bunun üçün nələr etməliyik? Və bir də nə qədər müddət çəkir ictimai birlik yaratmaq?
Mirkazım Kazımlı 2022-11-29 19:14:27
Salam, İctimai birlik yaratmaq üçün məkan lazımdırmı? İctimai birlik yaradılmasına zamanı onun üzvləri nə qədər olmalıdır?
Mirkazım Kazımlı 2022-11-29 19:16:34
Salam, birdə ictimai birliyin nizamnaməsi Hansı formada olmalıdır. Kimlər ictimai birlik yarada bilməz?
Cavid Nəzərov 2022-12-03 12:50:36
Salam Hörmətli Qulam m Biz futbol klubu fəaliyyəti ilə məşğul olmaq istəyirik bunun üçün ilk ictimai birlik açılmalıdır? Yuxarıda göstərilənləri etməliyik? Hal hazırda ofis icarəyə götürməmisik şərti olaraq qeyd edə bilərik yoxsa rəsmi yer olmalıdır.?
Rüfət Əmirsoy 2023-01-01 16:21:57
Salam Qulam Bəy, təsis edilmiş birliyin işinin təşkilinə yardım edirsiniz mi ?
Seferli Xezer 2023-01-20 19:57:07
Salam Rayon uzre Vetran Qazilerin ictjmai birluyin yaratmag isteyiriy nece ede bileriy?
Fatali 2023-01-25 00:26:30
Salam. İctimai birlik yaradanda vöen olması şərtdir mi? Misalçün, birlik yaradılandan sonra öyrədici təlimlər, seminarlar keçirildiyi zaman bununla bağlı hər hansı xidmət haqqı olarsa vöen olmadan fəaliyyət göstərilə bilməz? Yoxsa kənardan dəvət edilən təlimçinin öz vöen-i olmalıdır? Əvvəlcədən təşəkkürlər
Elvin 2023-04-14 13:59:19
Salam,Qulam bəy.Motosikletçilərin qrup halında yolda sürməsi qanuna ziddirmi?Əgər ziddirsə, bunun üçün ictimai birlik yaratmaq zəruridirmi?
Tərlan Quliyev 2023-04-19 15:00:47
Salam. Təsisçisi olduğum İB-in sənədlərini və möhürünü itirmişəm. Sənədlərin dublikatını haradan əldə edə bilərəm? Təşəkkürlər.
Kamil 2023-05-15 09:16:08
Salam, İdman Fəaliyyətini icra edən (təşkil edən) federasiya kimi fəaliyyət göstərən İctimai Birliyin İdman və Gənclər nazirliyi tərəfindən akkreditasiya edilməsinə ehtiyac varmı ? və ya belə ictimai birliyin federasiya statusunun olması üçün Müvafiq nazirliyin qərarına ehtiyac varmı ?
Hafiz Aslanov 2023-05-29 19:03:43
Salam.İB təsis etmək üçün yuxarıda 1 nəfərin olması da kifayətdir yazmısiz.Ama səhf etmirəmsə qanun 2 və daha çox şəxs deyir.Hansı doğrudur?Öncədən təşəkkkürlər
rəfayil sadiqov 2023-06-13 18:31:46
Hörmətli Qulam müəllim! İb-yin təşkilati-hüquqi forması necə adlanır?
Cavid Mustafa 2023-06-18 20:38:17
Salam, İctimai birlik yaratmaq üün elektro müraciət etmək mümkündürmü, yoxsa sənədləri hazır edib aparmaq lazımdır ədliyyə nazirliyinin binasına?
Nurlan 2023-10-31 17:54:12
Salam, mənə mümkünsə qərarın və protokolun nümunə formasını göndərə bilərsiniz? Öncədən təşəkkür edirəm. Tel: 050-580-10-00
Teymur Babayev 2023-11-30 20:41:37
Salam Qulam muellim.Mənim atam İB -in 2 təsisçisindən biri olub və dünyasını dəyişib.Mənə vərəsəlik açdırıb bir neçə il əvvəl.Mənim həmin ictimai birliyə üzv və icracı direktor olmağım üçün hansı addımlar atılmalıdır?
Elmir Gülmalıyev 2024-02-02 10:35:37
Salam bizdə Whatsapp qruplarmız var orda Xeyriyyə aksiyası keçiririk orda Təlimlər Vebinarlar keçiririk kimsəsiz uşaqlara yardım edirik onu İctimai birliyi etmək istəyirik etmək olar?
Sevil 2024-03-29 18:03:34
Salam mən gənc xanımlarla görüşüb danışıram onlar qadın bərbəri sənətinə cox mel gösdərirlər Olar mən ictimai ,,Gənc xanımların gələcəyi ' birliyi yaradım və imkansızlara təmənnasız bu sənətin sirlərini öyrədim həmdə dərzilik
Alim Mustayev 2024-04-11 09:56:34
Hörmətli Qulam müəllim Əmək müqaviləsi ilə dövlət müəssisəsində çalışan şəxslər ictimai birlik təsis edə bilərlərmi?
Emin Hacısoy 2024-04-30 17:51:00
Salam, biz iki il yarımdır ki, xeyriyyə məqsədli işlər görən birlik təsis etmişik. Bu müddət ərzində öz vəsaitimiz hesabına 100ə yaxın tədbirlər keçirmişik. Üzvlərin iclasını toplayıb, ƏN-nə müraciət etmişik, lakin, müxtəlif səbəblər gətirərək imtina verirlər. Bizim fəaliyyətimizi bəzi millət vəkilləri yaxından tanıyır, yüksək dəyərləndirirlər. Sualım belədir ki, millət vəkillərindən alınan tövsiyə məktubu İB-nin qeydiyyatdan keçməsinə yardımçı ola bilərmi?
Hikmat Huseynov 2024-05-07 12:33:21
Salam, 1. Ictimai birliyi tək bir fiziki şəxs təsis edə bilərmi? Bu halda Təsisçilərin ümumi yığıncağına aid protokolun yerinə hansı sənəd təqdim edilməlidir? 2. İctimai birliyin idarə forması idarə heyəti şəklində olması məcburidirmi? Sadəcə olaraq icraçı direktor təyin etmək bəs edirmi? 3. Məqsədə xidmət edən layihələrin icrası məqsədilə iyanələri toplanması üçün üzvlüyə qəbul olunma şərtdir mi? Birliyə üzv olmayan fiziki və hüquqi şəxslərdən də iyanə qəbul oluna bilərmi?
Şərh yaz