Mənəvi zərər necə ödənilməlidir?
Mənəvi zərər, haqsız bir hərəkət və ya hərəkətsizlik nəticəsində şəxsin mənəvi varlığında məruz qaldığı zərərləri ifadə edir.
Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir.
Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllədə müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. Məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi.
Həmçinin məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarda qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.
Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi müəyyən edilir. Yəni, zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin digər halları nəzərə alınmalıdır.
Zərərin məbləği konkret müəyyənləşməyib, lakin ağlabatan və ədalətli olmalıdır.
Şərhlər
Telman 2023-11-21 14:22:26
salam. Döyülmə ilə bağlı polis tərəfindən inzibati xəta kimi 300 manat cərimə edilmiş bir səxsə məhkəmə nə qədər mənəvi zərər kimi pul kəsə bilər ?
Yusif 2024-05-17 19:44:49
Salam. Mənə iki il idiki borclu olanı məhkəməyə vermişdim. Məhkəməyə verincə Borcunu verəcəyini dəyirdi.Məhkəməyə verəndən sonra borcunu eteraf etməmişdir. Apelyasiya iddiasında mənə borclu olduğunu subut edildi. İki ilə yaxında məhkəmə prosesi getdi. Mən rayondan olduğum üçün apelyasiya sikayətim Şəki məhkəməsində olmuşdur. Cavabdeh məhkəməyə gəlmədiyi üçün üç dəfə Şəki məhkəməsinə getmişəm. Cavabdeh borcu verməmək üçün hər yola əl atmışdı. Məni təqqir etmiş ailəsi ilə şantaj etmək istəmiş. Mənə mənəvi və maddi ziyan vurduğu üçün həmin adamı yenidən məhkəməyə verə bilərəm? Qeyd edim ki borcunu iki aya verəcəyinə söz versədə, məhkəmənin ( icraçıların ) tələbi ilə bir ay bundan qabaq verib. Hələ tam ödəməyib. Artıq dörd ildir. Pulun məbləqi 2800 azn idi. Mən sahibkaram. həmi mənəvi həmdə pulu vaxtında vermədiyi üçün əldən çıxmış fayda tələb edə bilərəm.
Dəniz 2024-07-23 16:08:38
Salam. Böyük market şəbəkəsi öz kompressorlarını mənim pəncərəmə üzbəüz yerləşdirib. Onunla. Neçə aydı mübarizə aparıram, vəkili və ərizə yazılmasına pulum gedib. Saxtakarlıqla uzləsmisəm. Marketi məhkəməyə verib təzminat udmaq şansım var ?
Osmanov Yusif 2024-09-04 15:38:40
Salam Qulam müəllim. Bir nəfər mənə şər ataraq prokurorluqa məndən şikayət etmişdi ki, guyəki az yaşlı oğlan uşağına cinsi təcavüz etmişəm. Şikayət prokurorluqda araşdırıldi və təsdiqini tapmadı. Həmin şikayətdən artıq 8 ay keçməsinə baxmayaraq hələ də qərarın sürətini ala bilmirəm. İki dəfə prokurorluqa rəsmi məktubla müraciət edib qərarın sürətini istəmişəm. Ancaq keçən ayın üçündə prokurorluqdan mənə məktubla bildirilibki şikayət araşdırılıb tədbir görülməsi üçün polis şöbəsinə göndərilib. Hansı tədbirlər görülməsi və qərarın sürətinin mənə göndərilməsi polis şöbəsinə həvalə olunub. Ancaq bu günə kimi qərarın sürətini mənə göndərilməyib. Bir daha qeyd edim ki, həmin şikayətlə bağlı bir neçə dəfə prokurorluqa çağırılmışam. Araşdırma aparılıb şikayət təstiqini tapmayıb. Şifahi olaraq mənə bildirilib ki, həmin şikayət verən barəsində tədbirlər görüləcək. Zəhmət olmasa deyərdiz, mən nə edim. Qərarın sürətini necə ala bilərəm.
Yusif 2024-09-06 20:17:27
Salam Qulam müəllim. Prokurorluq orqanı cinayət işinin rədd edilməsi haqqında qərarın sürətinin mənə verilmədiyi üçün sizə etdiyim müraciyətimə cavab olaraq, məhkəmə nəzarəti qaydasında həmin qərarı tələb edə biləcəyimi bildirmişsiniz. Bilmək istəyirəm yəni həmin qərarı prokurorluq orqanının verməsi üçün məhkəməyə ərizə ilə müraciət etməliyəm. Xahiş edirəm ətraflı izah edərdiniz. Əvvəlcədən təşəkkürlər.
Fərid Xəlilli 2024-09-09 14:55:22
Salam, restoranda işlədiyim zaman video çəkliş və montajlar edirdim.Bilmədən bir toyu silmişəm.Buna görə məni hansısa bir cəza gözləyir?
Aygün Rustəmova 2024-11-03 15:25:43
Salam Qulam müəllim. 16 mərtəbəli binanın 2.ci mərtəbəsində yaşayıram.Binanin 1ci mərtəbələrinin əksəriyyəti qeyri yaşayış obyektləridir.Yeni açılmış restoran binanın mərkəzində yerləşməsinə baxmayaraq öz obyektindən, binanın həyət tərəfindən baş hissədə yerləşən mənim evimin altından iri borular çəkərək ,böyük motorlu havalandirici yerləşdirib,2aydir fəaliyyət göstərir.Mənxilin döşəməsinə alt hissəsindən drellə metal millər çəkilib,borularilari saxlamaq üçün.Binanin komendantı da buna rəhbərlik edirdi,etiraz etsəm də borular çəkildi.Motorun səsindən evdə yaşamaq mümkün deyil.FHN.sikayət etdim,səs testi ilə yoxlanıldı,normadan artıq səsin olduğu rəsmi mənə yazılıb göndərildi Dövlər yanğın söndürmə idarəsində gəlib,cərimə yazıb,protokol tərtib edilib,havalandirmanin söndürülməsi üçün. Amma havalandırma yenə də ,cərimə baxmayaraq saat 18 saat (səhər saat 7.dən gecə 12.nin yarısına,bəzən 12.dək) işləyir.Mən komendanti,restoran sahibini mənəvi zərərə görə məhkəməyə versəm,təxmini nə qədər təzminat tələb edərəm?Evdə yüksək təzyiqli,şəkər xəstəsi olan xəstə anam var.Bu barədə zəhmət olmasa məlumat verərdiz.Sag olun.
Şərh yaz