Hüquqi yardım

“Müharibə veteranı” adını kimlər ala bilər?
17 Okt

“Müharibə veteranı” adını kimlər ala bilər?

“Müharibə veteranı” adını kimlər ala bilər?

Azərbaycan Respublikasında “Veteranlar Haqqında” Qanun müharibə veteranlarının dairəsini müəyyən edir. Həmin qanuna əsasən növbəti şəxslər müharibə veteranı sayılırlar:

  • İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
  • 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər
  • İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə.

 

Qeyd: Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

“Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün hansı sənədlər tələb olunur? 

“Müharibə veteranı” adını almaq üçün şəxslər aşğıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməlidir:

  • şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti

  • ərizə (xidmət etdiyiniz dövr və hərbi hissələr haqqında məlumat göstərilməklə)

  • hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi xidmət haqqında arayışı

  • arxiv arayışı (yoxdursa komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır)

  • məhkəmə qətnaməsi (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti

  • amnistiya qərarı (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti

  • əlillik vəsiqəsi (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti

  • yaralanma, xəsarət və travma almış şəxslərin müayinə və müalicə haqqında sənədin surəti (mövcud olduğu halda)

#Müharibə veteran # veten muharibesi istirakcisi medali # veteran # veten muharibesi istirakcisi medali siyahisi # arxa cebhe medali # prezident teqaudu kimlere verilir # qarabag veteranlari haqqinda qanun # esger statusu # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Fizuli İsrafilov 2026-10-01 06:19:37

    Mən 93-97 illərdə hərbi xidmətdə olmuşam 95 ci ildə Ağdam bölgəsinə göndərilmişəm.hərbi biletimdə bu barədə qeyd var 97 ci ildə tərxis olmuşam veteranlıq ala bilmirəm.4 il xidmət etmişəm .zəhmət olmasa deyin hara müraciət edim

    Hərbi xidmət kitabçanızdakı Ağdam qeydi müraciət üçün əsasdır, lakin veteran adının verilməsi xidmət müddəti və yerinə görə avtomatik müəyyən edilmir. Şəxsiyyət vəsiqənizin surəti, hərbi biletinizin notarial təsdiqli surəti (bütün səhifələr), varsa arxiv arayışı və xidmət etdiyiniz hərbi hissələri/tarixləri göstərən ərizə ilə Müdafiə Nazirliyinin “Müharibə veteranı” adının verilməsi üzrə komissiyasına müraciət edin. Çatışmayan xidmət məlumatlarının arxivdən araşdırılmasını və nəticə barədə yazılı cavab verilməsini xahiş edin. İmtina olarsa, onun əsaslarını və şikayət qaydasını həmin cavab əsasında qiymətləndirmək olar. Vəkil Qulam İsmayılzadə
  • Rəşad Muradov 2026-09-19 14:59:24

    Salam. Mən 2022-ci il 12-15 sentyabr döyüşlərində iştirak etmişəm. Hərbi biletimdə döyüşün tarixi, döyüşün baş verdiyi rayon, vəzifəm, hərbi hissənin nömrəsi qeyd olunub,həmçinin, həmin yazının üzərinə hərbi hissənin nömrəsidə qeyd olunan gerbli möhür vurulub. Mən iştirakçı kimi veteranlıq ala bilərəm? Öncədən təşəkkürlər

    Hərbi biletinizdə 12–15 sentyabr 2022-ci il xidmətinizin, hərbi hissənin və döyüş bölgəsinin qeyd olunması müraciət üçün mühüm sübutdur. Lakin “müharibə veteranı” adının verilməsi təkcə hərbi biletdəki qeydə görə avtomatik həll edilmir; xidmətinizin qanunvericilikdə nəzərdə tutulan əməliyyat və iştirak şərtlərinə uyğunluğunu aidiyyəti dövlət orqanı təsdiqləməlidir. Hərbi bilet və digər xidmət sənədləri ilə Müdafiə Nazirliyinə yazılı müraciət edib rəsmi qərar tələb edin. İmtina olarsa, onun əsaslandırılmış surətini alıb şikayət verə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Nicat Haciyev 2026-09-15 09:13:13

    Salam . Men hal hazirda ehtiyatda olan zabitem Haciyev Nicat Ziyad oglu 1 ci ordu korpusu 703 sayli herbi hissede xidmet elemisem 2022_2024 illerde . 2022 / ci ilde kecirilwn doyus emelyatlarinda istirak elemisem ama buna gore Zefer alsistemine daxil edilmemiwem . Zehmet olmasa bunu icraat vaxti erzinde yekunlawdirin.

    Salam. Bu məsələni sayt vasitəsilə icraatda yekunlaşdırmaq mümkün deyil. Xidmət etdiyiniz hərbi hissə və döyüş əməliyyatında iştirakınızı təsdiqləyən əmr, arayış və digər sənədlərlə Müdafiə Nazirliyinin müvafiq komissiyasına, o cümlədən e-xidmet.mod.gov.az vasitəsilə yazılı müraciət edərək məlumatlarınızın yoxlanılmasını və “Zəfər” altsisteminə daxil edilməsini tələb edin. İmtina olunarsa, əsaslandırılmış yazılı qərarı alıb inzibati qaydada mübahisələndirə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Qasim 2026-08-27 23:15:45

    Salam hörmətli vəkil,bir ay olub sənədləri MN müharibə veteranı və vəsiqəsi üçün göndərmişəm,elektron məktubda göndərmişəm cavab gəlib ki baxıldı və icrası barədə məlumat veriləcək,bir dəfədə qaynar xəttə zəng elemisem,ordanda size məlumat verilecek,bu proses neqeder çəkir onu bilmək istəyirdim ,çox saq olun

    Salam. İnzibati İcraat haqqında Qanuna əsasən, dövlət orqanlarına edilən müraciətlərə baxılma müddəti ümumi qaydada 1 ay təşkil edir və zəruri hallarda daha 1 ay uzadıla bilər (bu barədə ərizəçiyə yazılı bildiriş verilməlidir). Əgər bu müddət artıq keçibsə və yazılı cavab almamısınızsa, eyni orqana təkrar yazılı sorğu göndərməyə və ya yuxarı instansiyaya (müvafiq nazirliyə) şikayət etməyə haqqınız var. Vəkil Qulam İsmayılzadə
  • Ramil Vəliyev 2026-07-12 08:34:31

    Həmin aprel döyüşü ilə bağlı hərbi biletimdə möhürdə var Fəxri fərmanla da təltif olunmuşam

  • Ramil Vəliyev 2026-07-12 08:32:28

    Salam mən aprel döyüşlərində iştirak etmişəm amma veteran statusu ala bilmirəm

    Aleykum salam. Aprel döyüşlərində iştirak etməyinizə baxmayaraq "Müharibə veteranı" adı verilməyibsə, ilk növbədə xidmət etdiyiniz hərbi hissədən döyüş əməliyyatlarında iştirakınızı təsdiq edən **xidməti arayış və ya arxiv sənədlərini** əldə edərək Müdafiə Nazirliyinin (və ya aidiyyəti güc strukturunun) Məşvərət Komissiyasına rəsmi müraciət etməlisiniz; əgər dövlət qurumu tərəfindən müraciətinizə əsassız imtina verilərsə və ya fəaliyyətsizlik göstərilərsə, müvafiq imtina məktubunu və sübutedici hərbi sənədləri əsas gətirərək **İnzibati Məhkəməyə** müraciət edib "Müharibə veteranı" adının verilməsi öhdəliyinin aidiyyəti qurumun üzərinə qoyulmasını tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Rüfət Qarayev 2026-05-28 13:21:43

    Salam , men 2023 cu il sentyabr ayininin 19 u , 20 -si antiterror emeliyyatlarinda iştirak etmişəm , herbi biletimə qeyd olunub , ancax veteranligim yoxdur , veteranlix verilecey bize ?

    Əgər antiterror tədbirlərində iştirakınız rəsmi sənədlərlə təsdiqlənirsə, sizə müharibə veteranı statusunun verilməsi mümkündür. Status verilməyibsə, xidmət etdiyiniz quruma müraciət edib səbəbini öyrənə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Emin Paşayev 2026-04-25 22:19:14

    Salam. Mənə 22.04.1994- 18.10.1997 tarixlərində Naxçıvan MR, 705 saylı h/h Döyüşən ordunun tərkibində həqiqi xidmətim olmuşdur. Xidmətim dövrü 12 may atəşkəs dövrünə kimi 20 günlük xodmətimə görə mənə Dövlət tərəfindən müharibə veteranı adı verilərək vəsiqə ilə təmin olunmuşam. Prezidentin 80 manat təqaüdünü 2022 ci illərin sonuna kimi alırdım. Mənə heç bir rəsmi bildiriş və məlumat verilmədən təqaüd dayandırılmışdır. Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinə dəfələrcə rəsmi müraciət etsəmdə nəticəsiz qalmışdır. Şifahi olaraq isə sən döyüşlərdə düşmənlə üzbə üz döyüşlərdə olmamısan cavabları verilib. Xahiş edirəm mənə hüquqi köməklik edəsiniz. öncədən təşəkkürlər!

    Təqaüdün dayandırılması barədə sizə yazılı, əsaslandırılmış qərar verilmədən ödənişin kəsilməsi qanunsuz sayılır. Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarından inzibati məhkəməyə şikayət verərək həm qərarın ləğvini, həm də dayandırılmış ödənişlərin bərpasını tələb edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Vüqar 2026-04-17 17:19:51

    Salam. Sülhməramlı qüvvələr kimi döyüş gedən dugər ölkədə xidmət edənlər müharibə veteranı sayılır, DSMF saytında Müharibə veteranlarına döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçıları (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçular aid edilir.

  • Emin isgenderli 2026-04-04 13:09:41

    Salam, mən 19 - 20 sentyabr 2023 cü ildə Xocalı rayon surxavənd ərazisində lokal xarakterli antiterror əməliyyatlarında bilavasitə iştirak etmişəm iştirakla bağlı hərbi biletimdə tarix konkret istiqamət və möhür var əməliyat zamanı filan saylı hərbi hissə 27 şəhid (böyük rütbəli şəxslər) və 91 yaralı olmuşdur. Mənə şamil oluna bilərmi vetranlıq vəsiqəsi və hara müraciət etməliyəm xaiş edirem bilgi verəsiniz sağolun

    Bəli, lokal antiterror əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular veteran statusu ala bilərlər. Veteranlıq statusunu öyrənmək və müraciət etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinə və ya yerli Hərbi Komisarlığa müraciət etməlisiniz Vəkil Qulam İsmayılzadə

    Şərh yaz