Peşəkar vəkilə məxsus xüsusiyyətlər. Vəkil axtaranda nəyə diqqət yetirilməlidir?
Cəmiyyətdə tutduğu mövqeyindən, vəzifəsindən və digər kriteriyalardan asılı olmayaraq hər kəs müasir dövrdə üzləşdiyi müxtəlif problemlərdən dolayı peşəkar hüquqi yardıma ehtiyac duyur. Məhz, bu problemləri həll etmək üçün insanların müraciət etdiyi şəxslər hüquqşünaslar, əksər hallarda vəkillər olur.
Bəzi hallarda, hüquq müdafiəçisi icraatında olan onlarla (bəzən daha çox) işləri həll etmək üçün nəinki bir gününü, heç bir neçə saatını belə ayıra bilmir (və ya ehtiyac duymur). Bu vəziyyətdən əziyyət çəkən əlbəttə ki, yenə də vətəndaş olur. Öz həyati əhəmiyyətli hüquqi problemini həll etmək üçün vəkil dəstəyinə ehtiyac duyan vətəndaş bu durumda “ağı qaradan” necə seçməlidir?!
Vətəndaş – vəkil münasibətində sağlam zəminin formalaşması üçün peşəkar vəkil imicinin formalaşması mütləqdir.
Peşəkar vəkil qarşılaşdığı problemlərin öhdəsindən gəlmək üçün analitik düşüncəyə malik olmaqla, problemi və onun qaynaqlandığı mənbəni təyin etdikdən sonra həll yollarını müəyyənləşdirməli və buna adekvat tədbirlər görməlidir.
Vəkillik böyük səbr, əzm və inandırma tələb edir. Pəşəkar vəkilin ona hüquqi yardım almaq üçün müraciət etmiş şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Ona müraciət edən şəxsə “narahat olmayın, bu işi 100% sizin xeyrinizə həll edəcəyik” kimi vədlər vermək əvəzinə, peşəkar vəkil gördüyü iş etibarilə həmin məsələnin həlli üçün kifayət qədər araşdırma aparmalı və yüksək peşəkarlıqla şəxsi müdafiə etdiyinə onu inandırmağı bacarmalıdır. Peşəkar vəkil imicinin formalaşması insanları inandırmaq bacarığı ilə vəhdət təşkil edir.
Həqiqət odur ki, peşəkar vəkil ünsiyyətin dinamik, çoxistiqamətli məlumat və ideyalar axını olduğunu anlamalıdır. Peşəkar hüquq müdafiəçisi öz probleminin həlli üçün ona müraciət edən şəxslərin dedikləri ilə maraqlandığını nümayiş etdirməli və onların məqsədlərini dərk etməlidir.
Peşəkar vəkil imicinin formalaşmasında, vəkillərin nüfuzunun artırılması və ona olan etimadın yüksəldilməsində “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin müstəsna rolu vardır. Vəkillərin müstəqilliyinin təminatı qismində çıxış edən bu davranış kodeksi peşəkar vəkilin öz peşə fəaliyyətində rəhbər tutmalı olduğu əsas qaydaları müəyyən etməklə vəkilin öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırma kimi ali məqsədi ifadə etmişdir.
Vəkil öz peşə fəaliyyətini həyata keçirən zaman maraqların toqquşmasına yol verməməli, ona müraciət edən şəxslərə münasibətdə dürüstlük və ləyaqət nümayiş etdirməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Peşəkar vəkilin ən ümdə keyfiyyətlərindən biri də hüquqi yardımla bağlı ona müraciət edən şəxslərə dair məlumatların konfidensiallığını qorumaqdır. Həmçinin, vəkil digər şəxslərlə münasibətdə etik davranış qaydalarına əməl etməli, peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır.
Peşəkar vəkil fəaliyyəti təkcə vəkilə hüquqi yardım üçün müraciət edən müştəri ilə deyil, həmçinin vəkilin öz həmkarlarına münasibətdə hörmətlə davranmağı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməyi şərtləndirir.
Məşhur bir aforizmdə deyildi kimi “yaxşı vəkil hüququn, mükəmməl vəkil isə ədalətin carçısıdır”. Buna görə də hər bir şəxs öz hüquqlarının müdafiəsini peşəkar vəkilə həvalə etdiyi təqdirdə ədalətin bərqərar olmasına və uğurlu nəticəyə nail ola bilər.
#vəkil # vekil # vəkillər kollegiyası # huquqi yardim # vəkillər kollegiyası rəsmi saytı # vəkillərin siyahısı
Şərhlər
Şəmsəddin 2023-01-10 22:02:22
Salam.Oğlum 2 ilə yaxındır boşanıb.Keçmiş həyat yoldaşı 9 ay əvvəl daşınmaz əmlakı satıb.Qanunla 3 il müddətində iddia qaldırmaq olar.Lakin vəkil bildirir ki,satılmış əmlaka iddianı 1 il müddətdə qaldırmaq olar. Xahiş edirəm bu barədə dəqiq məlumat verəsiniz.
diana 2023-01-21 21:50:08
salam vəkil komeyine ehtiyacım var 4ildir nikahsizzam aliment yerine evdən pay goturmek isteyirem bu mumkundur
Anarə İsmayıllı 2023-02-11 01:25:52
Salam qulam bəy mən üç ildi evli olmuşam ikiyaş yarım oğlum var indidə boşanmaq isdiyirəm yoldaşım işi yoxdur gəlin getdiyim evində heç bir sənəti yoxdur mənə pay düşürmü məndən sonra naves əl damı su quyusu qayrıp mənə pay düşürmü
Şəmsəddin 2023-02-19 21:21:40
Salam.Oğlumun adına 10 ildir sənədli (çıxarışlı) mənzil var. Oğlum 4-5 aydır ki, rəsmi nikahdadır. Onun razılığı və xəbəri olmadan, arvadı mənzilə qeydiyyata düşə bilərmi ? Yaxud mənzilə iddia qaldıra bilərmi ?
Vusale. Eyvazova 2023-02-24 22:36:13
Salam men bosanmisam 3 az yasli ovladim var yoldasim islemir xeste oldugu ucun 3 usaga 200 manat aliment kesibler .men sosial yardima muraciyet ede bilerem
Elçin Piriyev 2023-02-25 14:31:49
Salam qardaşımnan birgə yaşamışıq soram rasiyaya işdəməyə gedib qardaşım ordan başqa adamın adıyla mənə pul göndərib o pulu qardaşım məndən məhkəmə yoluynan istiyə bilər?
Sahane veliyeva 2023-04-13 08:27:02
Salam qanunu evlidi men onula 7 il bir ayile oldum ondan bir qızım var 5 yaşı ayileli olduxu ücün bize yee cıxmadı işlemirem kömeyim yoxdu atalıq verib men nece ede bilerem aliment ödeniş etsin özü mühendiz işleyir cox xayiş edirem kömeylik edesiz
Səbuhi 2023-05-15 09:05:22
Bir şəxs mənim səxsi islərimə qarisir.ev unvanimi arasdirir.adam gonderir.ozu gəlir.mənim şər böhtan atir.məni hədələyir ve şantaj edir mənim sərəf və ləyaqətimi alcaldir.ölümlə hədələyir.polisə dəfələrlə muraciyyət olunub və məhkəməyə verməyimiz daha uygun oldugunu deyiblər.təbiki bunlarin hamisinin subutu var.Bu insana qarşi nə tədbir gorə bilerik? Təzminat alib və bir daha bizə yaxinlaşdigi ucun məsuliyyətə cəlb oluna bilər? Bu işə vəkil kimi baxarsiz?
Seva 2023-06-07 16:01:59
Salam biz yoldaşımla rəsmən boşanmışıq.Birgə nigah dövründə əldə edilən,tikilən ev var,İddia qaldırsam o evdən pay hüququm var onu bilirəmki.Sadece,Bilmək istəyirəmki barışsam yenidən nigaha girsək gələcəkdə bir problem olsa yenə ayrılsaq yenə o evdən pay teleb etmek huququm ola bilermi.yoxsa birinci nigah pozuldugu ucun teleb ede bilmerem?qeyd edim ki bir ovladimiz var .
Əli Bədəlov 2023-08-10 00:06:31
Salam mənim icazəm olmadan taxılı bicib sonrada mənə qaytarmaya bilərmi qaynatam
Şərh yaz