Valideynlik hüququndan məhrum etmə
Əlbəttə ki, Valideynlik hüququndan məhrum edilmə, çox xoşagəlməz bir məsələdir. Bunun nəticəsində doğma ata, ana bəzən hətta hər iki valideynlər öz uşağlarının tərbiyəsindən uzaqlaşdırılırlar və eyni zamanda uşağlarını talehin mərhəmətinə buraxıllar.
Cəmiyyətdə mövcud ümumi bir yanlış təsəvvür budur ki, valideynlik hüququndan yalnız uzun illər alimenti verməyən alkoqol və ya narkotik aludəçisi olan valideyn məhrum edilə bilər.
Belə yanaşma ona gətirib çıxarır ki, məsələn, hətta 10 ildən çoxdur ki, uşağını ümumiyyətlə görməyən valideyninin, valideynlik hüquqularından məhrum edilmə məsələsi qaldırılmır. Həmin uşağa baxmayan valideyn də özünə haqq qazandırır ki: “alkoqolik deyiləm, narkoman deyiləm 50 manat alimentimi də (həqiqətəndə 50 manat aliment verən var) hər ay verirəm. Ona görə də məni heç kim valideyinlik hüququndan məhrum edə bilməz”.
Daha bir səhf fikir ondan ibartədir ki, məsələn: Uşaq altı aydır ki anadan olub valideynləri isə bir ay əvvəl birlikdə yaşamağı dayandırdılar və ana tələb edir ki "Onu valideyn hüquqlarından məhrum edin!" yəni əri.
Həqiqətən, şübhəsiz ki, bu iki yanaşmanın arasında ortada bir yerdədir.
Birincisi, yalnız məhkəmə şəxsi valideynlik hüquqlarınından məhrum edə bilər amma bunu mütləq edəcəkdir kimi məhkəmənin bir öhdəliyi yoxdur.
İkincisi, valideyn hüquqlarından məhrum edilmə üçün əsasların siyahısı qanunvericilikdə tam şəkildə müəyyən edilmişdir və bunlar növbətilərdi:
Və nahayət, valideynlik hüququndan məhrum edilmə haqqında ərizəni verərkən siz dəqiq bilməlisiniz ki digər tərəfin valideynlik hüququndan məhrum edilməsi sizə və sizin uşağınıza nə üçün lazımdır. Bununla siz nə əldə etməyi düşünürsünüz?
Onu da qeyd etməliyik ki, valideynlik hüququndan məhrum edilən valideyn öz uşağını böyütmək hüququnu itirir, onun uşaq bağçasındaki, məktəbdəki uğurları və problemləri ilə maraqlanmaq hüququ olmur.
Şəxs valideynlik hüquqlarından məhrum oluduqdan sonra uşağa nəyəsə icazə vermək və ya qadağan etmək hüququnu da itirir. İlk növbədə, bu, uşağın xarici ölkəyə aparılması ilə bağlı icazə və qadağalara, habelə tibbi yardıma müraciətlə bağlıdır.
Valideynlik hüquqlarından məhrum olan şəxs uşağının ölümündan sonra ondan qalan əmlaka varis ola bilməz, lakin uşaq valideyn hüququndan məhrum edilmiş ata-ananın əmlakının varisi olur.
Bundan əlavə qeyd etmək lazımdır ki, valideynlik hüquqlarından məhrum edilmə şəxsi aliment ödəmək öhdəliyindən heç bir şəkildə azad etmir. Yəni şəxs valideynlik hüququndan məhrum edilsə belə aliment ödəməyə davam etməlidir.
Valideynlik hüquqlarından məhrum olunmasına baxmayaraq, məhrum edilmiş valideynin digər qohumlarının (misal üçün baba və nənənin) uşağa münasibətdə hüquqları itirilmir.
Bəli, misal üçün ata valideynlikdən məhrum edildikdən sonra onun övladı anasının yeni əri tərəfidnən övladlığa götürülə bilinər (məhrum etmədən 6 ay keçdikdən sonra).
#boşanma # bosanma qanunlari # aile mecellesi bosanma # boşanma qaydaları # bosanmaq haqqinda qanun # bosanma haqqinda # ailə hüququ # bosanma ucun lazim olan senedler # bosanma zamani usaq bolgusu # boşanma zamanı uşaq # nigahın pozulması # bosanma erizesi
Şərhlər
Natiq Əliyev 2022-10-29 16:56:21
Salam, valideyin olmaq hüququndan imtina edildikdə onun yerinə alimenti kim ödəyir? Bilərəkdən alimentdən imtina edən valideyni qarşı tərəf yalnız şikayət etdikdə bu məsələyə hüquqi qiymət verilir? Aliment məhkəməyə müraciət olunduğu gündən hesablanır? Öncədən təşəkkür edirəm.
İnci 2024-06-24 14:35:06
Salam. 7ildir ölkeden xaricdedir. Ailesine demek olar ki,maddi menevi yardımı deymir. Boşananda ondan neçe manat aliment teleb etme hüququm var? Ödemeyi teqdirde hemin aliment kim terefinden ödenecek?
Elvin Cəfərov 2024-07-03 23:58:51
Salam , Valideynlik hüquqlarından sui istifadə dedikdə nələr nəzərdə tutulur.Uşağın anası bu hərəkıtləri edirsə. Xahiş edirəm deyərdiz zəhmət olmasa
Tural Mirzə 2024-07-11 14:42:17
Salam. Aliment barəsində narahat edirəm. Ailə məcəlləsinin 55.3. Maddəsini mənə izah edə bilərsiniz. Yəni mən bu hüqüqdan necə istifadə edə bilərəm.?
Gülay Babayeva 2024-07-22 01:05:02
Salam . Bılmek ısterdım eğer ata zındanda oturub. Ve bu ovlada onun aıle qurmaqında ve onun yoldaşının vezıfe artmasına manə töredir se , atadan imtina etmek olarmi ???? (Atanin evvelden hec bir komeyide olmuyub uşaqlarin boyumeyinde ve hec onlarla yaşamayib . ) ve bunu nece etmək olar ? Onceden teşekuller
Ağa Ağayev 2024-08-30 22:00:54
Salam himayədən məhrum etmə ilə bağlı məhkəmə qərarını haradan əldə edə bilərəm və online şəkildə əldə etmək mümkündürmü?
Celilzade Samiye 2024-09-18 02:15:59
Salam. Menim resmi nigahim yoxdur. Evlendikden 4ay sonra ayrildiq. Oglum 3aylıqdır. Aliment almıram. Ve usag menim soyadımdadır. Men usagi babasının (yeni atamın)himayesine vere bileremmi ?
Şərh yaz