Hüquqi yardım

Təhqir qanunla nə zaman cinayət sayılır?
03 İyl

Təhqir qanunla nə zaman cinayət sayılır?

Təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Təhqir nə zaman cinayət məsuliyyəti yaradır? Bunun üçün ilk öncə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə nəzər yetirək. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən:

Təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərdə xarakterizə olunur. 

Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər. 

Yazılı, şifahi və ya bədən hərəkətləri ilə:

Şifahi formada şərəf və ləyaqəti alçaltmaq söyməklə, nalayiq sözlər deməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. 

Ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə, məsələn ərizə, şikayət və yaxud təklifdə və s. istifadə oluna bilər. 

Hərəkətlərlə şərəf və ləyaqəti alçaltmaq üzünə tüpürməklə, şillə vurmaqla, mimika və jestlərlə başqa şəxsi yamsılamaqla və s. hərəkətlərlə edilir.

Şərəf və ləyaqəti alçaltmaq təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühüm olan odur ki, şərəf və  ləyaqəti kütləvi çıxışda, kütləvi nümayiş etdirmə və kütləvi informasiya vasitəsilə, internet və sosial şəbəkə vasitəsi ilə alçaldılmış olsun. 

Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.

Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

Bura Facebook, İnstagram, TikToK, Youtube platformasını da əlavə edə bilərik.

Təhqirə görə 16 yaşına çatmış fiziki şəxs və daha böyük şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. 

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən isə təhqirə görə aşağıdakı cəza nəzərdə tululur:

1000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə.

 

#Təhqir # böhtən # şərəf və ləyaqət # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Hüseynova Gülbəniz 2022-09-11 09:20:32

    Salam. Əgər 19 nəfərdən ibarət WhatsApp qrupunda təhqir edici sözlər səsləndiribsə(səsli mesaj) o zaman ecə cinayət məsuliyyətinə cəlb etmək olarmı? Bilmək istəyirəm ki, WhatsApp sosial internet şəbəkəsi və ya kütləvi informasiya vasitəsi hesab olunurmu qanunla? Xahiş edirəm cavablandirasiniz. Təşəkkürlər

    Salam. Fikrimcə polisə bu barədə ərizə versəniz nəyəsə nail olmaq olar. Cinayət işi ilə bağlı hər işin individual xarakterləri var ona görə qabaqcadan bu suala tam dəqiq cavab vermək olmur. Lakin mülki qaydada üzr istətdirə bilərsiniz. Praktikada mən belə əməl törədən şəxs barəsində onun üzr istəməsi haqqında qətnamə qəbul edilməsinə nail olmuşam. Vəkil Qulam İsmayılzadə
  • Asəf Əlisoy 2022-09-22 12:21:29

    Salam. Bir şəxs mənim şəxsi vatsapıma söyüşlər təhqirlər yazıb və mən şikayət etməmişəm. Lakin sonra mənim ailə üzvlərimin vatsapına yazanda həmin şəxsi öz şəxsi vatsapına yazmaqla təhqir etmişəm və o da Polisə şikayət edib. Mən qanunla hər hansısa məsuliyyət daşıyırammı?

    Salam. Xeyr, çünki watsapla sadəcə özünə yazmaq kütləvi xarakter daşımır. Vəkil Qulam İsmayılzadə
  • Ule Fok 2022-10-14 11:04:11

    Salam. Bir nəfər Türkiyə vətəndaşı məni təhqir edib. Bu haqqda qanun nə deyir?( Yəni təhqir edən xaricdə yaşayırsa və oranın vətəndaşıdırsa qanunla necə tənzimlənir?)

  • Ule Fok 2022-10-14 11:09:09

    ‘ Təlxək ’ ifadesi təhqir sayılır mı?

    Salam. Məqalədə qeyd edildiyi kimi təhqir kütləvi çıxışlarda, nümayişlərdə olmalıdır. Belə olan təqdirdə siz xüsusi ittiham qaydasında müraciət edə bilərsiniz. O ki qaldı yurisdiksiyanın müəyyən edilməsi ilə bağlı bununla əlaqədar qeydiyyatda olduğunuz rayon məhkəməsinin baş məsləhətçisi ilə maraqlanın. Vəkil Qulam İsmayılzadə
  • Latahzen Nur 2022-10-29 23:48:01

    Salam.sozunun üstündə durmayan birinə vatsapda adam kişi olar sözünün üstündə durar deyərsə təhqir sayılırmı bu halda şikayət edə bilər?

    Salam. Bu yalnız ikisinin arasında olan yazışmadırsa xeyr, bunun qanunla məsuliyyəti yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Yegane 2022-11-27 18:48:19

    Salam meni anami yoldawimi milletin icersin azfet dairesi deyilen yerde 2nefer soyub tehqir edibler men onu nece mehkeme vere bilerem.ve ona ne qeder cerime yalir

    Salam. Belə olan halda gərək dərhal yerində polisə müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə
  • ELŞAD DOSTİYEV 2022-11-29 12:25:28

    salam Devleti təhqir etmək cinayet sayılır? Məsəlçin bu Devlet batsın demek?

    Salam. İfadə siz tam siz dediyniz kimidirsə onda yox, lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 281-ci maddə mövcuddur - Dövlət əleyhinə yönələn açıq çağırışlar - bu maddənin tərkibi olsa cinayət məsuliyyətinə cəlb edilə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Бабаева Камила Шукур кызы 2022-11-30 02:17:00

    Bir nefer ,,qadir,, 5-6 admin incinde 27 yaşında oglumun izine: senin anan fahişedir deyerek tehqir edib.Ve mene cavab versen polis cagirib sene böhtan atacağam deyib.Men bu tehqir ve hefeye göre şikayet ede bileremmi?

    Salam. Şikayət edə bilərsiniz amma bunu sübuta yetirməlisiniz. Vəkil Qulam İsmayılzadə
  • Emin Əbilov 2022-11-30 16:50:23

    Salam. Adını çəkmək istəmədiyim bank operatoru kredit borcunun ödənilməsinə görə telefonla mənə yaza bilmədiyim söyüş söyüb. Bəs mən nə etməliyəm.

    Salam. Banka şikayət yazın araşdırsınlar. Vəkil Qulam İsmayılzadə
  • Mehri Nesibova 2022-12-05 00:09:37

    Salam mənim evimin təmirinə görə pulumu alıb 2ildir evi təmir etməyib menide bloka atıb .üstəlik sosial şəbəkədə mənim yarımçıq evimin şəkilini paylaşıb insanları aldadır ki gördüyümüz işlərdən isti isti görüntüləri sizlerle bölüşməkdən qürur duyuram.Mende kommet yazmışam ki inanmayın bu şirkətə yaladı bu şirkət Başda sahibi olmaqla massenikdi bu təhqir sayılır.Mehkemede sübut olundu ki böhtan deyil mənim pulumu alıb təmirində eymeyib

    Salam. Əgər yayılan məlumatın həqiqiliyini sübuta yetirə bilrsinizsə onda bu böhtan sayılmır. Vəkil Qulam İsmayılzadə
  • Jalə 2022-12-18 02:00:26

    Salam.Fasebook şəbəkəsində paylaşıma comment yazmışam.Və mənim ünvanıma artıq əskik şərhlər yazıldı.Altdan aldım.Amma nalayiq heçnə yazmamisam.Sonda bir qız çıxıb mənim övladımın şəkli profilində olduğu halda təhqir yazdı.Bununla bağlı necə şikayət edə bilərəm?

    Salam. Mümkündü əgə bu hansısa çox izləyicisi olan qrupda baş veribsə. Burda hər iş individual xarakter daşıyır. Vəkil Qulam İsmayılzadə
  • Sarvan 2023-01-07 19:26:45

    Bir nəfər Vhatsapla mənim şəxsiyyətimi ağır söyüşlərlə təhqir edib,milli mənsubiyyətimi "talış iti" kimi ifadə ilə təhqir edib.Polisə şikayət etdim.Təhqir edən şəxsdən izahat aldılar. Lakin bu ifadənin təhqir olmadığını qeyd etdilər. Bu ifadə təhqir sayılırmı? Hansı maddə ilə tövsüs olunur.

  • Ule Fok 2023-01-13 20:49:41

    Salam, Facebook sosial şəbəkəsində biz ( piyadalar kütləvi şəkildə) təhqir olunmuşuq. Bir piyada olaraq həmin şəxsi məhkəməyə verə bilərəm? Ya polisə müraciət edim? 2. Sualım. Şirkət reklam xarakterli sms göndərib bu zaman qarşı tərəfi məhkəməyə verə bilərəm? Qeyd edim ki, mobil operator deyir ki, nömrəni biz verməmişik. Bu durumda hüquqi baxımdan nə edə bilərəm? Müəllim çox xahiş edirəm köməklik edərdiniz

    Salam. Əgər siz kütləvi informasiya vasitəsində və ya sosial şəbəkədə təhqir olunmusunuzsa onda müraciət edə bilərsiniz. 2-ci sualınıza gəldikdə isə məhkəməyə istənilən halda müraciət edə bilərsiniz sadəcə tələbiniz dəqiq olmalıdır və əsaslandırılmalıdır əks halda iddianız rədd edilə bilinər. Vəkil Qulam İsmayılzadə
  • Asim Əliyev 2023-01-16 19:49:00

    Salam hörmətli vəkil. Bir nəfər şəxs məni vatsapda təhqir edib və bir həftə sonra mən onu təhqir etmişəm sadəcə vatsapda özünə yazmaqla yani. Həmin şəxs məni Məhkəməyə verib məndən təzminat ala bilərmi? Məhkəmənin iddianı qəbul edərək mənə cərimə yazmaq hüququ varmı?

    Salam. Əgər yazışma yalnız ikinizin arasında olubsa onda xeyr. Vəkil Qulam İsmayılzadə
  • Yusif 2023-01-20 19:04:39

    Salam 17 yaşım var. Və yolla gedərkən mənə təhqir edici sözlər istifadə edilib,oğlan tərəfindən. Kamerada inun maşını mənim olduğum görünür. Ancaq səs düşmür. Onu şikayət edə bilərəm?

    Salam. Polis orqanına müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • İbrahimov Rövşən 2023-01-29 18:33:09

    Salam.Menim maşınıma arxa hisseden gelib başqa bir maşın zerbe endirdi.Maşınnan düşende yalannan menim üstüme atdı günahi.Cemiyyet arasında meni tehqir eledi ve meni vurmaqla hedeledi.Sonra isə maşınını sürüb qaçdı.Mən ondan təzminat ala bilərəmmi?

    Salam. Polis orqanlarına ərizə ilə müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Oqtay Ağakərimov Rüstəm 2023-02-21 04:32:34

    Salam Instagram səhifəsində müğənni fan səhifəsinə xahiş edirəm oxuma yazmışam mən bilən fikir azadlığı var amma hər şey qaydasında olmalıdır bu adam müğənnidir bəyənədə bilərəm bəyənməyədə. Commentimə cavab isə get ( ailə üzvlərindən birinin ismi olaraq )oxusun olaraq cavab gəlib bu halda skrin edib saxlamışam şikayət edə bilərəm? Qarşımdakı insanı hansı cəza gözləyir?

    Salam. Xeyr, burda cinayət əməli yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Eynar Almazov 2023-02-21 23:13:19

    Salam whatsapp vasitesi ile diger wexsi tehqir etmek cinayetdir ?

    Salam. Əgər iki nəfər yazışırsa xeyr. Vəkil Qulam İsmayılzadə
  • Nuranə Sultanova 2023-02-23 20:53:55

    Salam biri meni Nom sosial şəbəkədə paylaşıb pis məlumatlarla cinayət işi dusurmu

  • Zeynal Sofiyev 2023-02-23 21:01:54

    Salam hörmətli Qulam müəllim! Şöbə müdirinə işdə növbətçilik qrafikində düzgün bölgü aparmadığını, qrafikin dəyişməsini xahiş etdikdə, inatgarlıqla etiraz etdi, hətta digər iş yoldaşım mənim yerimə növbətçiliyə çıxmasını təklif etdi, etiraz etdi, aramızda söz mübahisəsi yarandı, digər iş yoldaşlarımın yanında (5 nəfərin yanında) məni otağından qovub, "Səni işdən qovaram" "çıxın otaqda" sözlərlə məni iclasdan qovmuşdur. Hörmətli vəkil: 1) Bu təhgir hesab edilir? 2) şöbə müdirini məhkəməyə verə bilərəm? 3) 5 nəfərdən yalnız 2 nəfər təsdiq etməyə hazırdır, digərləri subyektiv səbəblərdən yayınırlar.

  • AGARZA 2023-02-26 15:31:31

    Salam Meselen ki Men bir neferi Wahidder olan halda soymuwem.Wifahi yeni canli.Buna neqeder cerime duwur?

    Salam. Bunun əməl olması üçün gərək təhqir kütləvi ola ona görə də hələ bilinmir sizin təhqirdə cinayət əməli var ya yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Əzizova ilahe 2023-02-27 13:37:39

    Salam meni ozunun gunahi ola ola hem tehqir edib talis milletine hemde menevsoyus soymeyle birge hedeliyib bu barede melumat isderdim

    Salam. Polisə şikayət edin. Vəkil Qulam İsmayılzadə
  • Gündüz əzimov 2023-03-01 20:19:03

    Salam.bir nəfər . şəkər xəstəsi olduğumu bilərək . teleonuma sms.lə söyüşlər yazıb .mən də bundan əsəbləşmişəm şəkər qalxıb təcili yardım vaistəsi lıə xəstəxanaya yerləşdirilmişəm .bu əməl cinayət sayılırmı.

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Nasib 2023-03-06 18:06:44

    Salam xos gorduk zehmet olmasa cavablandirasiz.bir xanimi bir bey naleyiq sozlerle sms yazib ki sen fahsesen ama ortada subut yoxdu birdeki tehtid edir ki seni isden cixartdiracam.ne etmek gerekir?

  • İsmayılova Zülfiyyə 2023-03-07 15:50:12

    Salam Instagram sosial şəbəkəsində commentdə bir qadın məni təhqir etdi, nalayiq kəlimələr işlədib. Mən onu şikayət edə bilərəm?

    Əgər kütləvilik varsa onda verə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Ümid Əsədov 2023-03-17 14:22:12

    Salam mən birini söyməmişəm və ya təhqir edici,onu alçaltmaq kimi cəhdlər göstərməmişəm.Buna görə məni durduq yerə söyür, və başqasının şəkillərini mənə atır deyir ki, sənsən bu sonra lağa qoyur, şikayət edə bilərəm?

    Burda cinayət əməli yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Nəzrin 2023-03-24 21:11:06

    Salam, qonşu mənim qapımda məni pis söyüşlə söyüb keçir və bu kameraya düşüb. qanunda buna görə hansı cəza nəzərdə tutulub?

  • Sevil 2023-03-25 20:50:05

    Salam whatcappla tanimiyan insan sesle tehqir edirse pilise sikayyet erizesi yazirsansa insana ne cerime edirler

    Salam. Burda bir məsuliyyət yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Elman 2023-04-04 04:22:15

    Salam whatsappda birine isşveren yazmışam, polise erize yazacağını dedi. Yazıbda. Məsuliyyət daşıyıram? Hər hansı cəza gözləyir?

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • ilaha 2023-04-06 16:14:54

    Salam.19.03.2023 cü il tarixində Evimin içində 2 qadın gəlib məni təhqir edib, agılagəlməz şər böhtan sözlər işlədib və məni öldürəcəkləri ilə hədələyiblər.Mən bu haqqda polisə şikayət etdim ancaq polis onlari hec bir cinayət məsuliyyətinə cəlb etmədi.Mən şərəf və layaqətimin təhqir olunması ilə bağlı məhkəməyə şikayət etsəm onlara layiqli cəza tətbiq oluna bilərmi?

    Təhqirə görə cinayət məsuliyyətinə o zaman cəlb olunur ki şəxs, bu kütləvi formada olsun. Vəkil Qulam İsmayılzadə
  • Eldar Babayev 2023-04-10 02:08:23

    Salam. 16 yashli usaq ,polisi soyub tehqir edib p.bunu yoldashi telefona cekib ,polis shubhe edib qeri donub ve telefona baxaraq tehqiri qorub ve iki usaqida polis bolmesime aparib. Bilmek isterdim cezasi ne ola biler?

    Burda cinayət tədbiqi yoxdur lakin, tabe olmama ilə bağlı məsuliyyətə cəlb edilə bilər şəxs bu halda ya cərimə ya da ki, bira ayadək müddətdə həbs nəzərdə tutulur. Vəkil Qulam İsmayılzadə
  • Aysel 2023-04-10 15:58:07

    Salam .Məni məktəb direktoru ona şərəfsiz dediyimə görə işdən çıxarıb Xarırladım ki 18 illik qüsursuz iş fəaliyyətim var ,müəllimə işləmişəm

    Əgər əmək kollektivi qarşısında təhqir etmisinizsə onda Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxarıla bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Pervane heyderova 2023-04-10 16:40:41

    Salam bir nefer menim yeni rehmete getmish anami cox pis soyushlerle normal mesaj yazib polisler anavin gorunu bele bele edecek deyib.bunun cezasi olarmi sikayet etsem?

    Xeyr, bu cinayət məsuliyyətinə səbəb olmur. Vəkil Qulam İsmayılzadə
  • Cavid 2023-04-11 10:27:20

    Salam men yasadiqim unvana uber taksi sirketinden sifaris etdim ve sonra fikrimi deyisdim sifarisi levğ etdim.sifarisi goturen sexs levğ etdiyime gore mene zeng edib tehqir edib men de derhal onun sesini goruntulu sekilde yazdim ve 102 xidmetine melumat verdim.bilmek isdeyirem mehkemeye vere bilerem o sexsi ki qanun qarsisina cixartmaq ucun ne edim komek ederdiz zehmet olmasa

    Bu təhqir kütləvi olmadığı üçün cinayət məsuliyyətinə səbəb olmur. Vəkil Qulam İsmayılzadə
  • Lamiye Bayreuth 2023-04-12 05:57:09

    Salam Hormetli vekil men taksi cagirib atkaz etmimisem gec geldiyi ucun surucu defelerle meni yigib narahat etdi nomreni blok etdim bu halda mene vatsab vasitesi ile sesli mesaj atib sonrada sildi mende soydum onu meni 102 ye verib menim cermem cream nedir??

    Xeyr, heç bir məsuliyyətə səbəb olmur sizin hərəkətlər. Vəkil Qulam İsmayılzadə
  • Rehimov Elvin 2023-04-16 04:10:44

    Salam Hormetli Vekil bir nefer qadin meni tik tok seyfemde sexside cox nalayiq sozler yazib aile uzvlermide tehqir edib mende onun oznu tehqir etdim Sonra meni polise sikayet etmek ve yazilanlari sosial sebekede yaymagla hedeledi Burda o xanim sikayet ederse cinayet isi acila bilermi?

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Sevil 2023-04-22 02:39:34

    Salam, uzun bir müddət əlaqədə olduğum şəxs instagram üzərindən " səni öldürüb meyidivi sərəcəm" cümləsini işlədib. Şikayət etsəm nə kimi proseslər baş verəcək?

    Burda heç bir məsuliyyət yoxdur. Vəkil Qulam İsmayılzadə
  • İsmayılova Xatirə 2023-04-25 18:19:31

    Salam qonşum mənim şərəf və ləyaqətimə söz deyib hətta daş atıb vidyo gorntum var agza alnmiyacaq sözlər ifadə edib bunu edende qadindi

    Sual nədən ibarətdir? Vəkil Qulam İsmayılzadə
  • Rehim 2023-05-16 19:07:29

    salam biri meni telefonla soydukden sonra nomremi basqasina verib ve oda zeng vurum nalayiq sozler deyib buna gore men sikayet ede bilerem ?

    Burda cinayyət məsuliyyəti yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Elşən 2023-05-18 19:41:27

    Aşağıdakı cümlə təhqir sayılır və nəticəsi nə ola bilər? "Kullanıldı, məqsədə nail oldular, uje heç kimə lazım deyil, ona görə də tutacaqlar."

    Təhqir yalnız kütləvi olduqda cinayyət məsuliyyətinə səbəb olur. Vəkil Qulam İsmayılzadə
  • Elşən 2023-05-18 19:43:04

    Facebook şəbəkəsində xəbər səhifəsinin paylaşımında yazılmış Aşağıdakı cümlə təhqir sayılır və nəticəsi nə ola bilər? "Kullanıldı, məqsədə nail oldular, uje heç kimə lazım deyil, ona görə də tutacaqlar."

    Hesab edirəm burda hər hansı bi təhqir yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Tahirova Güləndam 2023-05-20 00:25:26

    Salam, Dəyərli Vəkil. Bir nəfər başqa şəxsə mənim və anam haqqında nalayiq ifadələr işlədərək məni söyüb və təhqir edib WatsApp'da. Məndə isə həmin yazışmanın screenləri var. Ona cinayət və ya cərimə düşürmü?

    Xeyr, təhqir kütləvi olmalıdır ki, cinayət məsuliyyətinə səbəb olsun. Vəkil Qulam İsmayılzadə

Şərh yaz