Hüquqi yardım

Xaricdə bağlanılmış nikahın pozulması
11 May

Xaricdə bağlanılmış nikahın pozulması

Xaricdə  nikaha daxil olmuş şəxslə Azərbyacanda boşana bilərmi? Xaricda bağlanmış nikahın pozulma qaydası

Xaricdə  nikaha daxil olmuş şəxslə Azərbyacanda boşana bilərmi?

Xaricdə nikah bağlamış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanda boşana bilər. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 150.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. 

Yuxarıda göstərilən halda boşanma prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.

Bundan başqa, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya”nın 31-ci maddəsinə əsasən:

1.  Nikahın pozulması haqqında işlər üzrə ər və arvadın ərizə verdiyi zaman vətəndaşı olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.

2.  Əgər ər və ya arvaddan biri Razılığa gələn bir Tərəfin vətəndaşıdırsa, ikincisi isə Razılığa gələn digər Tərəfin vətəndaşıdırsa, onda nikahın pozulması haqqında işə baxan ədliyyə müəssisəsinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.

Misal üçün Azərbaycan Respublikasının vətəndaş xanım Rusiyya Federasiyasında Rusiya vətəndaşı ilə nikaha daxil olur. Boşanmaq istədiyi zaman onun nikahın pozulması ilə bağlı həm Rusiyya Fedirasiyasında yerləşən məhkəmələrə həm də ki Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ yaranır.

Həmçinin yerli məhkəmə nikahın pozulması ilə yanaşı uşaqların hansı valideyinin yanında qalması və aliment məsələsinə də baxır.

#boşanma ərizəsi necə yazılır # boşanmaq üçün lazım olan sənədlər # boşanma prosesi neçə ay çəkir # boşanma prosesi # boşanmaq haqqında qanun # boşanmaq üçün iddia ərizəsi # bosanma erizesi # bosanmaq ucun erize formasi

Şərhlər

  • HÜSEYNOVA NƏSİBƏ 2024-09-08 11:08:04

    Salam. Bacımın yoldaşı rusiyada yaşayır. Bacım burda yaşayır. Onlar necə boşana bilər

    Burda məhkəməyə müraciət edərək boşana bilərlər. Vəkil Qulam İsmayılzadə
  • Arzuman ESMETOV 2024-09-22 21:17:57

    Salam menım adım Arzuman ESMETOV men Rusiyada ufanı stertamak weherınde Azərbaycanı qızla nigahım olub uwagım yoxdu men onan boşamag ısteyırem o ıse mene komek elemır bowmaga zakıs senetı ondadı bowana bılmırem sızde xayıw edırem mene komeklık edesız bowanım men.qızın adı Hamida Abasova şəmsədin qızıdı sizde xayıw edırem mene komeklık gorsedın hara gedırem mene komek eden yoxdu olar hal hazırda Ufada yawayılar zakısın kitabı olardadı mende hec cure boşana bılmırem sızın komeyınıze gozdeyırem

    siz Azərbaycan Respublikasında vəkil tutaraq Azərbaycanda da boşana bilərsiniz Vəkil Qulam İsmayılzadə

Şərh yaz