Zəruri müdafiə dedikdə ictimai təhlükəli qəsdən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür.
Zəruri müdafiə - ictimai təhlükəli qəsdən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür.
Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən:
36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
Zəruri müdafiədə qəsdə və müdafiəyə aid şərtlər mövcuddur:
Sağlamlığa yetirilən zərərə qarşı, habelə, adam öldürməyə qarşı zəruri müdafiə mümkündür.
Mübahisə edən şəxslərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə səy edirsə, belə hallarda müdafiə hüququ yaranmır.
Mübahisənin gedişində tərəflərdən biri soyuq silahdan yaxud da odlu silahdan istifadə etməklə sağlamlığa ağır zərər yetirmək və ya cinayət törətmək fikrinə düşərsə belə halda mübahisənin xarakteri dəyişir. Qarşı tərəfin daha təhlükəli hərəkətdən müdafiə hüququ yaranır.
Əgər, mübahisə edən tərəflərdən biri öz hərəkətlərinə son qoyarsa. Məsələn, zərbədən yıxılır və hücum etmək imkanı aradan qalxır. Yaxud könüllü olaraq imtina edir, digər tərəf bundan sonra yenə hücumu davam etdirərsə mübahisəyə son qoyan şəxsin belə hücumdan zəruri müdafiə hüququ yaranır.
Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Qəsd edənin mənafeyinə zərər vurmaq yolu ilə qəsdin qarşısını almaq zəruri müdafiənin vacib şərtlərindəndir.
Müdafiə tədbiri nəticəsində nəinki qəsd edənin sağlamlığına, həyatına habelə onun əmlak mənafeyinə də zərər yetirilə bilər.
Müdafiə hərəkəti qəsdin xarakteri və təhlükəlik dərəcəsini aşmamalıdır.
Qanunun mənasına görə həyata qəsd edən hərəkətlərdən müdafiə olunarkən, hücum edənin öldürülməsi, zorlama, quldurluq, banditizm, xüsusilə qərəzli xuliqanlıq zamanı isə hücum edənin sağlamlığına ağır zərər vurulması hallarında müdafiə hərəkəti qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olacaqdır.
Qəsddən müdafiə olunarkən zəruri müdafiənin şərtlərinə riayət edən şəxs əgər qanunsuz gəzdirdiyi odlu və ya soyuq silahdan istifadə edərsə, bu zaman müdafiənin hüququliyi dəyişmir. Başqa sözlə, şəxs zəruri müdafiə vəziyyətində yol verdiyi hərəkətə görə məsuliyyət daşımır. Onun barəsində yalnız qanunsuz silah gəzdirdiyinə görə məsuliyyət yaranır.
#Zəruri müdafiə # cinayət məcəlləsi # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərh yaz