Boşanma ərizəsi necə yazılır? Boşanma prosesi neçə ay davam edir? Boşanmaq üçün iddia ərizəsi. Boşanmaq üçün lazım olan sənədlər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda, ər (arvad) nikahın pozulmasına razı olmadıqda və ya ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikah məhkəmə qaydasında pozulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən boşama ərizəsi məhkəməyə yazılı şəkildə təqdim edilməlidir.
Boşanma ərizəsində növbəti məlumatlar göstərilməlidir:
Bundan başqa, boşanma ərizəsində boşanmadan sonra birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması və onların saxlanması üçün cavabdehdən tələb edilən aliment, mediasiya prosesində iştirak edib-etməməyə dair məlumatlar qeyd edilməlidir.
Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.
Məhkəmə qaydasında boşanma prosesi işin hallarından asılı olaraq 2 aydan 5 aya qədər çəkə bilər. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Sonda onu qeyd edim ki, boşanma zamanı prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, məhkəmə yolu ilə boşanma zamanı əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını və birgə nikahdan olan uşaqların saxlanması kimi məsələləri daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.
Vəkil məhkəmə yolu ilə boşanma zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.
#boşanma ərizəsi necə yazılır # boşanmaq üçün lazım olan sənədlər # boşanma prosesi neçə ay çəkir # boşanma prosesi # boşanmaq haqqında qanun # boşanmaq üçün iddia ərizəsi # bosanma erizesi # bosanmaq ucun erize formasi
Şərhlər
İdris Vəliyev 2022-11-01 18:24:49
Salam. Zəhmət olmasa boşanma zamanı hansı rüsumlar ödənilir haqqında məlumat verərdiniz. Təşəkkürlər.
Dilare Hesenova 2022-11-22 11:44:35
Salam.Bosnama olmadan usaqlarin saxlanmasi ucun Aliment baresinde mehkemeye muraciet etmek olarmi ve rusum ne qederdi??
NOVRUZOV Anar 2022-12-08 19:05:47
Salam men bosanmaq ucun bir basa mehkemeye muraciet ede bilerem.?
Konul Aliyeva 2022-12-14 11:23:49
Mediasiya əlavə xərcdir. Nə ehtiyac var əgər insan boşanmağa qərar veribsə?
Şüküfe Muradova 2022-12-17 02:25:53
Salam.men xarici vetandaşiyla evliyem indide boşanmaq istiyirem amma bizim nikahimiz burda olmuyub,öz ölkemde oturaraq men boşana bilerem ve bunun üçün ne etmek lazimdi
Leyla Quliyeva 2022-12-17 23:00:00
Salam mənim yoldaşım hal hazırda xaricdədi.o olmadan boşanmaga müraciyət edə bilərəm.bizdə razılıqlı boşanmadı
jale huseynova 2022-12-19 00:21:25
salam men bosananda evden haq teleb ede bilerem iki uşağım var
Gülnar 2022-12-21 15:29:38
Salam biz bosanmaya ərizə vermisik Bakıda qaliriq ama iş Gəncədə gedir deyiblər gəlib burda qol cəkməlisiz yada pocta ərizə göndərməlisiz ki, biz sizsiz bosanmani həll edək. biz ərizədə nə yazmaliyiq birdə hara gondərməliyik?
Aytac Cəfərova 2022-12-23 16:18:57
Salam,boşanma ərizəsində mediasiya ilə bağlı məlumat qeyd olunmalıdır?
Esmira Ağayeva 2022-12-31 21:16:21
Salam biz ailə qurandan sonra atam öz həyətyanı sahəsinə mənə 2 sot torpaq verdi və ev tikildi indi biz boşanmaya qərar vermişik əgər boşanma olarsa onda evde onada pay düşürmü? Torpaq hal-hazırda atamın adınadı
Vəfa Huseynli 2023-01-04 12:27:33
Salam mənim həyat yoldaşım boşanma üçün məhkəməyə müraciət edib Lakin men razı deyiləm..ayrılmaq istəmirəm..İndi mənə nə vaxt əlaqə saxlayacaqlar..Məhkəmə??
Ruslan Nuriyev 2023-01-09 00:51:15
Salam men boşanmağ istirem yoldaşımın iştirakı olmadan mehkemeye muraciyet ede bilerem
Abdulla Abdullayev 2023-01-09 13:06:36
Menim yaşadığım ev ata mülküdür.Atam sağdır.həmən evden boşandıqdan sonra heyat yoldaşıma ne kimi pay düşür.ata evim bizim nigahdan evvel alınan evdir. Zəhmət olmasa cavablandırardız
elvin 2023-01-11 12:17:19
salam men tovuz rayon sakiniyem sumqayit mehkemesine muraciet ede bilerem bosanmaq ucun ede bilmeremse poct ve s ne ile muraciet ede bilerem zehmet olmasa deyersiz
Abdulov Fərman 2023-01-15 23:24:40
Salam. Boşanma prosesində uşaqlardan imtina əruzəsi nə vaxt yazılır? Boşanma əruzəsi yazılanda ya proses zamanı? Bir də ana uşaqlardan imtina ərizəsi yazsa sonra onu geri çəkmək şansı varmı?
Shafag Babayeva 2023-01-18 18:42:08
Salam. Mən boşanmaq isteyirem 2 uşağım var. Bilmək istəyirəm yaşadığım ev qaynanamın adınadır boşanma olsa o evdən mənə pay düşür ?
Toğrul 2023-01-23 16:05:00
Salam. Medisaciyaya boşanmaq üçün hansı sənədləri vermək lazımdır?
Lalə İbrahimova 2023-01-27 14:19:47
Salam vəkil.Məhkəməsiz,birgə razılaşma ilə boşanmaq olur?
Əsgərova Mehri 2023-02-02 13:30:50
Salam,hörmətli vəkil.Yoldaşım boşanmaya ərizə vermək istəyir,mən də razıyam.Uşaq mənim ilə qacaq,razılaşmışıq,ev də bizə düşmür,evlilikdən əvvəl alınıb.Lakin,bu adam alimentdən də boyun qaçırmaq istəyir.Məhmkəmə zamanı hakim özü aliment qərarını çıxardır,yoxsa məhkəmədən sonra yenidən aliment ərizəsi verməliyəm?
Əlövsət 2023-02-05 09:01:36
Hörmətli Qulam müəllim bu sualın cavabını bilmək istəyirəm- Qadın boşanmaq istəyir'2 uşağı var.Yoldaşı Rusiyadadır.Uşaqlarına heç bir köməklik göstərmir.Bu halda Meditasiya müraciət olunacaqmı.Ümimiyyətlə bu məcburidirmi.Birbaşa.məhkəməyə.müraciət.eymək.mümkü'mü.
Polad Yusubov 2023-02-10 17:35:59
Salam. Boşan üçün qarşı teref mehkemeye muraciet edib. Mene ve qarsi terefe mediasiyadan kecmekle bagli sms bildiris geldi. Lakin vaxt edib mediasiyaya gede bilmedi her iki teref. İndi ise qarsi teref gedib mehkemeye ki iddia erizesini geri gotursun bildiribler ki is artiq mehkemededir erizenizi geri goture bilmezsiz. Bu durumda ne etmek olar.? Mehkeme hele nas tutmayib her iki teref bosanmaqdan imtina edir.
konul 2023-02-12 17:55:34
Salam Vekil men 4aydir ata evindeyem qaynanamgil yola vermedi incitdikleri ucun ata evime geldim 5ayliq qizim var yoldasimda qizimizla maraqlanmir hec bir komeklik etmir.Bele olan halda bosanmamis aliment duse biler?Zehmet olmasa cavablanirardiz.
Nicat 2023-02-14 17:45:30
Salam. Bilmək istərdim ki, özümə vəkil tutmadan boşanmaq üçün (məhkəmə aliment kəsib) mediasiya və daha sonra məhkəməyə müraciət edə bilərəm ? Bu necə olur? Və hansı növ ərizə formalasından istifadə edə bilərəm? Yəni heç bir vəkilsiz özum işimi yekunlaşdırım. Xahiş edirəm ki, köməklik edəsiniz. Mümkünsə ərizə formasından qeyd etdiyim email adresime gondərədiniz zəhmət olmasa. Çox sağ olun.
Gülnaz Oruczadə 2023-02-18 02:52:02
Salam mən boşanmaq istəyirəm 5ildi ailəliyəm övladım olmur.Evde qeydiyyatdayam bosanarken yaşamaq hüququ tələb edə bilərəmmi?
Aynur Abdulxalıqova 2023-02-19 10:25:43
Salam men Aynur Abdulxalıqova boşanmada evse xeste 19 yaşlı ovladima mehkeme xesteliyine gore pul kesecek?
Lale 2023-02-21 14:41:30
Salam,men bugun bowanma erizesi ucun mehkemeye muraciet eledim,mediasiya ile birlikde 300manat isdedindi,,dovlet rusumuda 100manat deyir men ,,ne etmeliyem,300manata imkanim catmir biwna abilmerem?
Ayşən Qasımova 2023-02-21 23:43:39
Salam. Mən 5 ildi ailəliyəm. 1 yaş 5 ayliq bir qizim var. Yoldasim dənizci ozum isə muəllimə isləyirəm. Boşanmaq istəyirəm. Yoldasimla aramizda hec bir problem yoxdu. Ancaq evləndiyimiz gundən bu gunə qədər qaynanam mənə gun vermir. Xususilə yoldasim dənizdə oldugu 1 ay muddətində bu daha da kəskin hal alir. Nə qədər yoldasima ayri evə cixaq desəmdə ailəsini qoyub getmir. Ancaq bosanmaqda istəmir. Bilmək istəyirəm ki, mən yoldasimin raziligi olmadan bosana bilərəm? Və əsas məsələ mənim usagimi hər hansi bir yolla əlimdən ala bilərlər? Ümumiyyətlə bu kimi hallarda usaq kimdə qalir? Məndə qalacaqsa həftədə mecə gun atasigildə qalacaq?
Sadıqzadə səbinə 2023-02-24 16:44:41
Salam mən boşanmaq istəyirəm boşanma ərzəsinidə ərim verib mediyssıyaya 7 aydı evliyəm 7 aylxda hamiləyəm həmilə vaxdı boşama olur ərim uşağı əlimdən ala bilər 3 aydı ırzə verilib
Səbinə sadıqzdaə 2023-02-26 23:06:49
Salam indi deyirsizki yəni hamilə hamilə boşanmaq olmaz
Sadıqzadə səbinə 2023-02-27 23:33:52
He isteyirem çünki ərimə qarşı sevgim yoxdu ərzədən sora ama bunu demək istiyirəmki mediysıyadan mesaj gəldi ərimnən ma məndə zəng elədim həmən yerə və oda dediki helə bildim uşaq var doğulub yəniki məndə soruşdumki otərəfdən gələn varsa gəlim oda dediki yoxdu məndə dedimki ərim ora gəlsə ma xayiş eliyirəm deyəsiz gəlim odu budu səs səmir yoxdu ta bir aydı
Sadiq Ismayilov 2023-02-28 12:41:09
salam.men mehkemeye bosanmaqla bagli erize versem,nece gunden sonra qarsi terefe melumat verilir? yeni qarsi terefin xeberi olur ki,men bosanmaq ucun mehkemeye erize vermisem
Sadıqzadə səbinə 2023-02-28 15:18:08
Salam sadiq bəy sizə yazıram siz biringi mediyasıyaya ərzə verəsuz 2 günən sora qarşı tərəfədə gedəjəy biri mediyasıyaya biridə arvadınıza uşağınız var maraxlandım ona götə yazdım çünki məndə boşanma ərzəsi vermişəm
Humay Əfsun1995 2023-03-02 17:40:41
Salam mən 2017ci ildə boşanmışam yenidən nigaha daxil olmaq üçün boşanma haqda olan kağızı istəyirlər özüm hal hazırda Bakıda yaşayıram boşanma Beyləqan rayonunda olub indi hamiləyəm həkim uzaq yol getməyə icazə vermir mən o sənədi başqa necə ala bilərəm?
İnci məmmədova 2023-03-03 18:05:00
Salam men tək tərəfli boşanmağ üçün müraciət etmək istəyirəm ona ne qədər rüsum çıxacağlar ? Ve qızıllarımı döyüb əlimdən alıb ve yalandan deyillər ki aparmısan men qızıllarımı nece ala bilərəm?
Qasımov Elgün 2023-03-03 20:13:06
Salam mən 2014 də ailə qurmuşam iki evladım var yoldaşım mülimədir məndə özüm özəl idardə işləyirəm əmək haqqım 518 m əlimə pul alıram 2015 də özüm ev tikimişəm 7 otaqlı evdə öz adıma deyil nə tormaq sahəsi nədə ev adımda heç bir mülk yoxdur bilmək istəyirəm boşansam uşaq nə qədər alment düşəcək və evdən onlara pay düşəcək anada 900 m maaş alır zəhmət olmsa yazardız cavab
Ayten.Eliyeva 2023-03-03 20:38:53
Salam men bosandiqdan sonra alimet.sosial ala bilerem..?iki usagim.var.
Rəşad 2023-03-05 16:48:45
Salam.Biz Azerbaycanda yasamiriq ama her ikimiz men ve yoldasim Azerbaycan vetandasiyiq ve 2 az yasli usagimiz var. Bosanmaq ücün ne etmeliyik hara müraciet ede bilerik ? Her ikimiz bosanmaya raziyiq. Tesekkür edirem.
Vüsalə qasımova 2023-03-05 23:07:55
Salam ərim məni boşuyur heşnədən ərzə verib 3 aydı 8 ay evliyəm 8 ayda hamiləyəm mən sadəcə uşağa görə boşamaq istəmirəm amma ərim heç uşağıda istəmir məndə aldıra bilmədim çünki məndə Allah qorxusu var amma onarda Allah qorxusu yoxdu məni heşnıdən boşuyur çoxsu onu anası elədi çox pis insandılar Allah heç kəsin başına gətiməsin ərim ərzəni mediyasıyaya verib mada mesaj gəldi ərmədə mediyasıyaya çağırdılar məndə zəng elədim deimki ordan gələn varsa ma zəng eliyingəlim amma gələn yoxuydu amma uşağa görə noşamaq istəmirəm
Ramin Novruzəliyev 2023-03-10 08:54:08
Salam. Mənim birgə nikah dövründə öz gəlirim ilə əldə etdiyim bir sıra daşınar və daşınmaz əmlakım olub. Ailə münasibətlərində əmlak şantajı ilə üzləşmişəm, buna görə yoldaşımın vaxtilə mənə verdiyi mülki etibarnamə əsasında həmin əmlakları qısa müddət ərzində notarial qaydada satmışam və ya bağışlamışam. (təbii ki bundan yoldaşımın xəbəri yoxdur.) İndi isə boşanma üçün müraciət edirəm. Mənə maraqlıdır, görəsən yoldaşım əmlakların qısa vaxtda gizli satılması və ya bağışlanmasını əsas gətirib satışları ləğv edib yenidən əmlak bölgüsü edə bilər? İndidən təşəkkür edirəm.
Xatire Heseni 2023-03-10 15:01:09
Salam boşanma üçün ümümi neqeder xerc çıxır.razılıq yolu ile boşanılır
Shafag 2023-03-16 06:01:02
Salam mənim yoldaşım 14 ildir ki yoxdur Azərbaycanda uşaqlarda birdefe görüblər onu men bosaniram hal.hazirda sadəcə. Bilməy istəyirəm. Boşandıqdan sonra forma 14 ala bilərəm uşaqlara
Gunay 2023-03-22 12:21:30
Salam mən boşanmaq isdəyirəm 2014 2015 təvəlüdlü uşaqlarım var alimet filan isdəmirəm sadecə uşaqlarımı isdiyirəm yolaşım uşaqlarımı mənə gösdərmiyəcəyini deyib məni boşanmadan yayındırmaq isdəyir uşaqları məndən ala bilərmi əvəlcədən təşəkür edirəm ?
Gülnarə 2023-03-22 12:23:09
Salam boşanma üçün ilk hara ərizə vermey lazımdı yeni asan xidmətdə mümkündü birde mən nikah kebn kağızımi götürə bilməmişəm yeni vermiyibler tek sexsiyyet vesiqesile ərizə yazmaq olar ?
Heyderova Asya 2023-03-26 10:54:42
Salam ev qaynimin adinadi isig su qaz kamullarda yoldasimin bosandigim zaman vu evden pay dusur mene?
Sevinc 2023-03-29 02:25:42
Salam bosanmaq isteyirem yoldasim usaqlara qygi diqet gostermir odenislerini qarsilaya bilmir anamgil edirler 2 usagim var biri 13 biri 9 yas bosanma olsa onlari elimden ala bilerler?
Tehmine 2023-03-31 02:00:36
Salam. Biz xaricdə yaşayırıq. Buranın məhkəmə qaydası ilə boşanmışıq. Ancaq Azerbaycan sənədlərinə görə hələ də evliyik, yəni Azərbqycandakı zaks qüvvədədir. Burdakı boşanma qərarını hara göndərərək Azerbaycan zaksını qüvvədən salmaq olar? Əvvəlcədən təşəkkürlər. Hörmətlər
Esmira Cavadova 2023-04-02 20:20:04
Salam men 9 ildir evliyem hal hazirda bosanmaq isteyirem ,xeyanet ve siddetden dolayi. Bilmek isteyirem ki menim birinci erize vermeyim menim xeyrimedi? Yoxsa qarsi terefi gozlemeliyem?
Niyazov Nicat 2023-04-05 13:54:43
Salam Men bosanmaq isdiyurem hara muraciyet edim
Efsane Ehmedova 2023-04-08 21:12:22
Salam.Men Baki ucotundayam ama indi anamla Bilesuvarda yasayiram. Burda mehkemeye muraciyet ede bilerem? bosanmaq ucun 5 yasinda 1oglum var. Onun atani ya anani secmek huququ var?
Freddy 2023-04-09 16:15:39
Salam,boşanma prosesinde qarşı terefle qarşı qarşıya gelmek mecburidir? Mediasiyaya ve ya mehkeme proseslerinde şexsin özü iştirak etmeden vekile etibarname vererek onun iştirak etmesi mümkündürmü?
Amil memmedov 2023-04-09 19:50:29
Salam evliliymizden 1 usaq var 4 yasinda autizm xesdesidi bilmek isdeyirem xesdeliye gore usagin atasiyla gorusu nece teyin olunacaq? Birde evliliy mudettinde avtomobil alinib hansi vaxta kimi basqa adamin adina kecirtsem bolunmeye biler mulk kimi.mes:qardasin adina kecirtmek olar?
Aslanova Şərafət 2023-04-10 04:58:58
Salam,men bosanmaq istiyirem,mediasiyaya getmemis erize vermek olmur deye basa dusdum.Bes her ikimizde mediasiya istemesek nece?birbasa mehkemeye erize yaza bilerem?
Aytac nemetli 2023-04-10 14:11:55
Men tek terefli bosanmaq isteyirem yoldasim terefden mecburen aile qurmusam sidet gölurem ona gore tek terefli bosanmaq mumkundurmu
Aytac 2023-04-10 18:05:01
Salam yoldasim turmededir boşanmaq isdeyrem 2 usaqim var isdeyrem biri onunla qalsin bir menimle iş adamiyam mene aliment kesdire bilermi usaqin biri mende olsa.
Sevinc Muxterova 2023-04-11 07:55:23
Salam.Men 10 illik evliyem 9 yasinda usagim var atasi men hamileyken atib gedib Rusyaya indiye kimi bir defe bele olsa usagi gelib gormeyib hecbir komeklikde etmir indi bosanmaq ucun muraciet etmek isteyirem.Ancaq biliremki mehkemeye gelmeyecek bu proses ne qeder zaman alacaq ve alimentin meblegi ne qeder teyin olunacaq? Evvelceden tesekkurler
Arzu Rustemova 2023-04-11 14:58:17
Salam.men 2 aydirki ayri qaliram.mehkemeye bosanma ucun muraciet etmek isteyirem amma wexsiyyet vesiqem qaynanamgilde qalib.munasibet de ele pisdirki ora getmek imkanim yoxdu.men nece mehkemeye muraciet ede bilerem?yolu varmi?
Emin 2023-04-17 01:24:12
Salam hervaxtiniz xeyirli olsun qarwi terefin xeberi olmadan bowanmaq mumkundu yoxsa yox
Aygul 2023-04-20 09:16:03
Salam. Men yoldasimdan 1 il əvvəl boşanmaq istəyirdim,qaynanam məhkəyə getmeye icazə vermədən bitəhər bizi barışdırdı. Məhkəməyə müraciət etsəm yenə mediasiya müddəti verilirmi? Şiddətli keçimsizlik boşanmaya səbəb göstərilə bilərmi? Bu nigahdan 2 körpə uşağım var və yoldaşıma nənəsi ev bagışlayıb,bu evdə qeydiyyatda olduğum üçün bizə pay düşürmü?
Hüseyneliyeva Nurane 2023-04-20 14:11:47
Xasiyyetimiz tutmadi
Faiq Memmedov 2023-04-22 20:00:39
Salam Bosanma haqqinda gonderilen erizenin geri cagirilmasi/xitam olunmasi proseduru necedir ? Onceden tesekkurler.
Aygul 2023-04-24 19:17:56
Bagislanan ev cixaris senedi ile yoldasimin adina oldugu haldada dusmur?
Sadiq Hesretov 2023-04-26 13:56:54
Salam.yoldasim bosanmaq ucun erzie verib.2usaqimiz var .boşanma zamanı uşaqlarin biri anada diğeri atada qala bilermi.usaqlarin yaşı 8 ve 5 yasdir
Salam siz Mene bosanmaq ucun vekillik ederdiniz men ozum istirak etmeden men bosanmaq isdeyirem korpe usagin oldugu ucun gelib gede bilmirem, 2023-04-29 13:13:56
Menim mektubuma cavab verersiniz
Fidan Abusova 2023-05-08 23:18:45
Salam.Mən yoldaşımdan boşanmaq istəyirəm 5ayliq qızım var.Yoldasim qızılları elimden alıb .Onu men məhkəmə əsasında tələb edə bilərəm?Ve tək tərəfli boşanmaq mümkündürmü?
Aytən 2023-05-12 14:50:10
salam mən yoldasimdan boşanmaq ucuun muraciet etmek isdeyirem. 1 usagim var 1 yasinda ne qeder aliment duser mene ve usag menim yasadiqim yere qeydiyyatdi.usaga atasindan pay duse biler evlilik muddetinde 1 dene masin alib oda oz adina deyil ve evdede pullari var lakin hecne almayib kafede alib ama oz adina yox bunlar hamisin evlilik muddetdinde olub mene cvb yazin zehmetolmasa onceden tesekkurler
Maga 2023-05-12 15:57:51
Salam atamnan qalan evda otururam ovladim yoxtur boşamaq isteyirem arvadima pay duşurmu evdan 25 ildi evliyik heçna artirmamişik atamnan qalan kohne evdir
Zeminə 2023-05-13 05:52:30
Salam vəkil zəhmət olmasa deyərdiz. 20 gündür boşanmaq üçün ərizə verilib və heç bir irəlləyiş yoxdur məhkəmə olmayıb sizcə normaldır bele gecikməyi?
Nərgiz 2023-05-15 22:14:59
Salam .Boşanmağ üçün qeydiyatda olduğun yerdəmi ərizə verməlisən?Yoxsa hər hansı bir yerdə olan məhkəmə ola bilərmi ?
Maga 2023-05-20 18:37:00
Salam . Vekil zehmet olmasa meni başa sala bilarsiz boşanma pracesi men boşanmaya vekilin yanina gehtim məne dirlerki 500 m odemelisen vekillere dövlete yene carime 150 manat tezeden odamaliamimiş men yoldaşimi yaşadiği evdan çixartmiram uşaqimiz yoxtur sadece boşanma istayirem menə zehmet olmasa meslehet verin çox xayiş edirem nece elemeliyam
Maga 2023-05-21 23:30:32
Menim 58 yaşim var uşağim yoxtur mülkü iş deyil evdan çixartmiram sadece boşanma isteyiram mene nə edim kime muraciyat etmeliyam mehqemeye gehtim vekile yöneltiler vekilin yanina gehtim 1000 manat istedi duzdürmü
Memmedova Nilüfer 2023-05-25 16:40:31
Salam men bosanmag isteyirem amma iwtirak etmek istemirem mehkemelerde bu mumkundur?Hemcinin yawadigimiz surece usaglarin atasi ev tikib amma adina kecirtmiyib onu adimiza kecirde ve yaxud pay duwe biler?
Anar 2023-05-27 01:15:47
Salam Men boşanmq ıstyırem Ozum qeydıyetım Bakıdüayam Yoldaşım Gencededı o ıstemır men nece edım .
Usmonova Zarnigor 2023-06-02 11:18:51
Salam mən Azerbaycan vətəndaşı deyiləm amma uşaqlarım Azerbəycandə duğulub yoldaşım mənə heyanət edir dəfələrlə boşanmaqçun nə edməliyəm boşansam uşaqlar məndə qalacaq ?Uşaqlarimlə oz vətənimə necə qayda bilərəm təşəkkürlər.
Şərh yaz